GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Yardımlıda icra başçısına söykənən ÖZBAŞINALIQ... - İTTİHAM VAR!

Yardımlıda icra başçısına söykənən ÖZBAŞINALIQ... - İTTİHAM VAR!

Tarix: 20-12-2021, 11:30 Bölmə :GündəmXəbər / Manşet Baxış: 292

Yardımlı rayonunun icra başçısı Ayaz Əsgərovun bir müddət əvvəl şəhərin mərkəzində yerləşən və vətəndaş Teyyubov Rüstəm İsrafil oğluna məxsus 400 kv-metrlik qeyri-yaşayış təyinatlı torpaq sahəsinin uyğunsuz sərəncamla başqasına satması barədə məlumat vermişdik.

Gundemxeber.Az demokratik.az-a istinadən xəbər verir ki, daxil olan yeni məlumata görə, hazırda həmin torpaq sahəsi üzərində qanunsuz tikinti işləri davam etdirilir, rayon icra hakimiyyəti başçısının şəxsi maraqları sayəsində tikinti və arxitektura normaları əlində heç bir icazə sənədi olmayan şəxs və ya şəxslər tərəfindən qəsdən pozulur.

Saytımıza göndərilən şikayətin və rəsmi sənədlərin məğzindən aydın olur ki, hazırda Şirvan İnzibati məhkəməsində Teyyubov Rüstəm İsrafil oğlunun Yardımlı İHB-nin 02.11.2021-ci il tarixli, 74 nömrəli sərəncamının ləğvinə dair iddiası (İŞ: 2-1(120)-1925/2021) icraatdadır. Eləcə də Şirvan İnzibati Məhkəməsinin qərardadı ilə yekun məhkəmə aktı qəbul edilib qanuni qüvvəyə minənədək mübahisələndirilən torpaq sahəsində aparılan bütün növ tikinti-söküntü, qazma işlərinin təcili dayandırılması qət edilib. Lakin, qərardadın icrasına cavabdeh olan Yardımlı icra və probasiya şöbəsi qərardadı icra etmir, işin mahiyyətindən müxtəlif bəhanə ilə yayınmağa çalışır.

Mövzu ilə əlaqədar Yardımlı rayon icra və probasiya şöbəsinin rəisi Vasif Novruzovla telefon əlaqəsi yaratdıq. Baş icraçı əvvəlcə məsələyə özünəməxsus şəkildə izah verməyə, tikinti işlərinin durdurulmasının mümkünsüzlüyünə diqqət ayırmağa çalışdı. Qərardadda tikintinin dayandırılmasına cavabdeh kimi icra hakimiyyətinin göstərildiyini, buna görə də tikinti işi aparanlara qarşı dayandırılma tədbiri görə bilmədiklərini bildirdi. Ardından, qısa müddət sonra, bizi aldatmağa cəhd edərək tikinti işlərinin dayandırıldığını, bütün maraqlı tərəflərə hüquq və vəzifələrinin izah edildiyini bildirdi.

Lakin, dəqiqləşdirmələrdən sonra müəyyən etdik ki, tikinti işi dayandırılmayıb, əksinə hazırda obyektin ikinci mərtəbəsinin tikintisi daha da sürətləndirilib.
Onu da xatırladaq ki, Ayaz Əsgərov 02 noyabr 2021-ci il tarixli sərəncamı ilə sabiq icra başçısının imzaladığı 04 iyul 2014-cü il tarixli sərəncamın ləğvinə cəhd edib. Rayon sakinlərinin və şikayətçinin iddiasına görə, icra başçısı sahibkarlıq məqsədi daşıyan torpaq sahəsini maddi nemətlər müqabilində mülkiyyət sahibi Teyyubov Rüstəm İsrafil oğlunun əlindən qamarlayaraq başqasına satıb. Torpaq sahəsi hazırda kiminsə adına deyil və icra başçısı özbaşınalığı ört-bas etmək üçün şəhid ailəsinin atasının adından və nüfuzundan istifadə edir.

Əslində şəhid ailəsinə pulsuz torpaq verməli olan icra başçısının bir başqasını incidib məhz mübahisəli yeri şəhid ailəsinə rəva görməsi Ayaz Əsgərovun xoşniyyət olmadığını aydın edir. Şəhidlərimizə sayğımız sonsuzdur, lakin, bu halda icra başçısının özbaşınalığına heç bir mənəvi bəraət yoxdur...
(mövzu diqqətimizdədir)


Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Yardımlı rayonuna yardım edin, bizi Mirzəyev klanından qurtarın..." - Sakinlər müraciət etdi...

    "Yardımlı rayonuna yardım edin, bizi ...

    19-08-2020, 11:11

  • 
  • Salyanda icra başçısı ilə iş adamı arasında çəkişmə böyüyür – ŞOK FAKTLAR

    Salyanda icra başçısı ilə iş adamı arasında ...

    20-11-2014, 00:33

  • 
  • "Yardımlıda da əməliyyata ehtiyac var..." - İTTİHAM

    "Yardımlıda da əməliyyata ehtiyac ...

    4-08-2020, 11:55

  • 
  • "Nazir müavini və deputat olan Səfərov qardaşları məhkəmə sədrinə deyirdilər ki, şirkət Ramiz Mehdiyevindir"- MƏHKƏMƏ İŞİ

    "Nazir müavini və deputat olan Səfərov ...

    5-04-2021, 10:59

  • 
  • Sənədsiz evlərlə bağlı qanun layihəsi hazırlandı

    Sənədsiz evlərlə bağlı qanun layihəsi hazırlandı ...

    28-01-2015, 20:24


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (362)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu