GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Gəncə Dövlət Universitetində nə baş verir? Ağlasığmaz əməllər... (MÜRACİƏT)

Gəncə Dövlət Universitetində nə baş verir? Ağlasığmaz əməllər... (MÜRACİƏT)

Tarix: 21-12-2021, 15:25 Bölmə :GündəmXəbər / Manşet Baxış: 814

Mətbuatda Gəncə Dövlət Universitetin (GDU) bir qrup müəlliminin Azərbaycan Prezidenti İlham Əliyevə müraciəti yayımlanıb. Müraciətdə GDU-da baş verdiyi iddia olunan neqativ hallardan, korrupsiya əməllərindən söz açılır. Səsələnən iddiaların ciddiliyini nəzərə alaraq, həmin müraciəti oxucularımıza təqdim edirik:

"Bu gün Azərbaycanda korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin prioritet istiqamətini təşkil edir. Bu baxımdan korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə heç kimə güzəşt olunmayacaq. Son bir il ərzində müxtəlif vəzifəli məmurların həbs edilməsidə deyilənlərin əyani sübutudur. Çünki, bəzi dövlət məmurları vəzifələrindən sui-istifadə edir, korrupsiya və rüşvətxorluq kimi çirkin əməllərdən əl çəkmirlər. Belələri tutduğu vəzifədən asılı olmayaraq qanun qarşısında cavab verməli olurlar. Amma bu mübarizə tədbirləri hələ də Gəncə Dövlət Universitetində qulaq ardına vurulur.
Hal-hazırda Türkiyənin Dokuz Eylül Universitetində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi ilə bağlı tədbir keçirilir. Gəncə Dövlət Universitetində ömrü boyu Nizami Gəncəvinin həyat və yaradıcılığının tədqiqi ilə məşğul olmuş, Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının əsas tədqiqatçısı, Nizami haqqında çoxlu monoqrafiya və əsərlərin müəllifi, Nizaminin poemalarını farscadan öz dilimizə tərcümə edən, 2009-cu ildə “Azərbaycan Respublikasının əməkdar elm xadimi” fəxri adına layiq görülmüş, N.Gəncəvi irsinin tədqiqi və tədrisində uzunmüddətli səmərəli fəaliyyətinə görə 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilmiş professor Xəlil Yusifli kimi nizamişünas alim vardır.Maraqlıdır ki,qeyd olunan tədbirə Nizami ilə bağlı ensiklopedik biliklərə malik olan bu şəxs göndərilməmişdir. Bu tədbirə respublika səviyyəsində tanınmış Xəlil Yusifli, Mübariz Yusifov, Maqbet Əhmədov, Yadigar Əliyev,  Afaq Yusifli, Səba Namazova kimi alimlər getməliydi. Lakin Nizamini təbliğ etmək üçün həmin tədbirə Gəncə Dövlət Universitetinin baş kompüter ustası Vasif Həsənov, rektorun baş müşaviri Asif Cavadov, ekologiya mühəndisliyi ixtisasını bitirmiş Pərviz Adıgözəlov, Fətullah Gülənin universitetində təhsil almış Elsevər Nağıyev göndərilmişdir. Bu şəxslərin heç biri ədəbiyyatçı deyil, bu şəxslər Nizaminin neçənci ildə anadan olduğunu belə bilmirlər.
Maraqlıdır, həmin tədbirdə bu şəxslər Nizami haqqında nə danışacaqlar? Aydındır ki, bu şəxslərin hər birinə 10 gün üçün verilmiş 4000 dollar xərclik pulunun yarısı elə universitet rəhbərliyinin cibinə gedəcək. Çünki başqa vaxtlarda elmi konfranslara, məzuniyyətlərə və digər xidməti səfərlərə gedən əməkdaşlara heç bir məzuniyyət haqqı ödənilmir. Ən yaxşı halda “kor Teyyub” ləqəbi ilə məşhur olan baş mühasib bir xeyli çək-çevirdən sonra bir nəfərin gününə 7-12 manat arası ezamiyyə xərci ödəyir. Deməli, burda əsas məsələ Nizaminin təbliği yox, ayrılan ezamiyyə xərclərinin xeyli hissəsinin rektorun əsabələrinə və özünə çatmasıdır.
Müəllimlərin maaşlarının artırılmasından söz düşən kimi “büdcəmiz yol vermir” deyə yaxasını cıran rəhbərlik özünün agentura şəbəkəsinə səxavətlə ezamiyyə xərcləri, mükafatlar, yüksək maaş, fəxri adlar və təltiflər paylayır. Dövlətin təhsil ocağına yalnız qazanc mənbəyi kimi baxan bu dəstənin məqsədi universitetin büdcəsini qəpiyinə qədər talamaqdır.
Utancverici bir haldır ki, zəngin tarixə malik olan bu elm, təhsil, təlim-tərbiyə ocağında dövlətçiliyin əleyhinə təbliğat aparan bəzi şəxslər hələ də aparıcı vəzifələrdə işləyir. Məsələn, konkret olaraq rektorun baş müşaviri Asif Cavadov. Bu şəxsin faktiki fəaliyyəti ilə işlədiyi sahə arasında əlaqə belə yoxdur. GDU-da rüşvət mexanizminin və narazılıqlarla dolu “idarəetmə sistemi”nin başında duran, GDU-nu faktik idarə edən Asif Cavadov haqqında kütləvi informasiya vasitələrində kifayət qədər yazılıb və müvafiq dövlət qurumlarına professor-müəllim heyəti dəfələrlə müraciət edib. Amma Təhsil Nazirliyi və müvafiq orqanlar hələ də susur.
Asif Cavadov kommunist partiyası hakimiyyətdə olanda onun üzvü olmaqla Azərbaycan Texnologiya Univerisitetinin partiya təşkilatının sədri, Xalq Cəbhəsi vaxtında cəbhə üzvü olmaqla həmin Universitetdə kafedra müdiri və Ana Vətən Partiyasının üzvü olmaqla bu partiyanın təmsilçisi kimi Gəncə şəhər 39 saylı Kəpəz rayon Dairə Secki Komisiyasının üzvü işləmişdir. Asif Cavadov hələ 39 saylı Gəncə şəhər Kəpəz seçki dairəsində işləyən zaman prezident seçkiləri zamanı ulu öndər Heydər Əliyevin əleyhinə təbligat aparırdı.
Heydər Əliyevin əleyhinə təbliğat aparan Asif Cavadov Müsavat Partiyasının Gəncə şəhər şöbəsinin sədri Cahangir Əmirovun oğlunun Kəpəz restoranında keçirilən toy məclisində iştirak edən İsa Qəmbər, Arif Hacılı və digər müxalifət liderləri ilə ”Bəy havası” rəqsi oynayaraq “Azərbaycanın gələcək prezidenti Sizsiz, İsa bəy. Siz Azərbaycanın ən layiqli oğlusuz, sizinlə qürur duyuram” deyə tostlar deyirdi. Elə həmin məclisdə öz sədaqətini partiya üzvlərinə nümayiş etdirmək üçün ulu öndərimiz, ümummilli liderimiz Heydər Əliyevin şəklini ayaq altına atmaqla rəqs edirdi. Əlbət ki, hər kəsin siyasi mənsubiyyəti onun vicdan azadlığı məsələsidir. Amma eyni bir adamın vicdanı onun mədəsinin tələbatından asılı olaraq tez-tez başqa siyasi məcaralara yönəlirsə, artıq bu əqidəsizlik kimi dəyərləndirilir.
Gəncədə hamı bilir ki, Asif Cavadov buqələmun kimi cildini tez-tez dəyişmiş, siyasi vəziyyətdən asılı olaraq öz məsləkdaşlarına daim dönük çıxmış, müxtəlif partiyalara transfer olmuşdur. Onun həyat yoldaşı isə Lalə Şövkətin rəhbərlik etdiyi Azərbaycan Liberal Partiyasının üzvü olmuşdur. Həmin seçkilər ərəfəsində Lalə Şövkət hər dəfə Gəncəyə gələndə Asif müəllimin evində gecələyirdi. Asif Cavadovun həyat yoldaşı Zümrüd Cavadova isə GDU-nun hazırki rektoru tərəfindən Psixologiya kafedrasına müdir təyin olunub. Zümrüd Şirinova (Cavadova) eyni zamanda prezident seçkilərində Lalə Şövkətin vəkili olmuşdur. Bunu təsdiq edən, o vaxt rəsmi qəzetlərdə dərc olunan xəbərin fotosunu da Sizə göndəririk. ( FOTO 1) Zümrüd xanım kafedranı bir növ özəlləşdirib, müəllimlərdən hər yeni tədris ilində rüşvət alaraq onlara dərs verir. Hər semestr başlayanda hec kimdən qorxmadan, cəkinmədən müəllimlərdən 20-50 manatdan fond pulu, ad günü pulu, müəllim günü pulu yığır. Kafedranın müəllim və laborantlarını aylığa buraxır…
Asif Cavadov GDU-da prorektor vəzifəsinə təyin olunan kimi YAP üzvlüyünə keçdi. Onun bircə saat dərs keçdiyini görən olmasa da, rektor Yusif Yusibovun təqdimatı əsasında əməkdar müəllim adını belə veriblər.
Asif Cavadovun oğlu, maşın alverçisi, hal-hazırda Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyətində işləyən Amil Cavadov isə avtoşluq edərək Qazax rayonu, I Şıxlı kənd sakini 17 yaşlı Balcanov Musa Natiq oğlunu maşınla öldürmüş, bir ailəni bədbəxt etmiş və 40000 manat verərək cinayət məsuliyyətindən yayınmışdır. Maraqlıdır, Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyətinin Başçısı Nizami Hacıyev belə bir şəxsi hansı parametrlərinə görə icra strukturlarında vəzifədə saxlayır?
Qeyd olunan faktlardan göründüyü kimi, siyasi keçmişi şübhəli olan Asif Cavadovun məşğul olduğu işlərin heç biri onun daşıdığı rektorun baş müşaviri vəzifəsinin funksiyasına uyğun gəlmir, aidiyyəti orqanlar isə seyrçi mövqeyindədir. Bütün şüurlu fəaliyyətini dövlətçiliyimizə həsr edən layiqli kadrlar dura-dura, bu günə qədər (bəlkə indi də) ailəlikcə Heydər Əliyevin əleyhdarı olan bir şəxs hansı səbəbdən bu cür mühüm posta rəhbər təyin edilmişdir? Görünür Asif Cavadov haqqında “o mənim dostumdur” deyən hazırki GDU rektoru Yusif Yusibova bu cür kadrlar daha sərfəlidir.
İndi isə bu adam 70 yaşında Tarix fakültəsinə dekan seçilmək istəyir, özündən başqa həyat yoldaşı Zümrüd Cavadovanı isə Pedaqoji fakültəyə dekan seçdirmək istəyir. Prezident İlham Əliyevin fərmanı ilə rektor təyin edilmiş Yadigar Əliyevin zorla ərizəsinin alınmasında göstərdiyi xidmətlərə görə Yusif Yusibov Asif Cavadovun yanında gözü kölgəlidir. Ona görə də Yusif Yusibov Asif Cavadovun əlində alətə çevrilib. Asif Cavadov özünün və həyat yoldaşının yığdığı rüşvət sayəsində əldə etdiyi sərvət hesabına hər birinin dəyəri 50000 manatdan yuxarı olan 6 ədəd traktor almışdır ki, bunları da müxtəlif şirkətlərə arendaya verib. Bu traktorların ikisinin şəkillərini əldə etmişik. Bu şəkilləri də göndəririk (FOTO 2, FOTO 3).
Bundan başqa Asif Cavadov hal-hazırda yaşadığı həyət evindən əlavə şəhərin Bayraq meydanı yaxınlığında hər birinin dəyəri 150 min manat olan iki dənə müxtəlif həyət evləri alıb. Sual olunur, bununla bərabər universitetdə işləyən müəllimlər çörək pulu tapa bilmir, Asif Cavadov bunları nə ilə alıb?
Asif Cavadovun başqa bir xüsusiyyəti isə öz badə yoldaşı Fəxrəddin Həsənovla tanınmış restoranların daimi sakininə çevrilməsidir.
Fəxrəddin Şərif oğlu Həsənov 02.10.2006-cı ildən Gəncə Dövlət Universitetinin İnzibati təsərrüfat işləri üzrə prorektoru vəzifəsində çalışır və hal-hazırda da bu vəzifədədir. Bir necə illər bundan öncə Elman İdris oğlu Məmmədov Gəncə Dövlət Universitetinin rektoru işləyərkən, daxil olmuş şikayətlər əsasında Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən yoxlamalar aparılmış və onun fəaliyyətində külli miqdarda korrupsiya faktları aşkarlanmışdır. Belə ki, yoxlamalar zamanı 6 milyon 742 min 337 manat mənimsəmə olduğu aşkar olunmuşdur. Araşdırmalar zamanı məlum olmuşdur ki, bu məbləgin 982 min manatını həmin dövrdə və indi də bu vəzifədə çalışan təsərrüfat işləri üzrə prorektor Fəxrəddin Həsənov, o zaman GDU-nun bas mühasibi işləyən Nizami Mustafayevlə əlbir olaraq saxta sənədlərə imza atmaqla mənimsəmişlər. Araşdırma əsasında müəyyən edilmişdir ki, universitetin təsərrüfat bölməsində 74 nəfər işçinin işləməyinə baxmayaraq həmin işçilərdən yalnız 53 nəfəri lazımi işlərdə, yəni təsərrüfatda işləyir. Qalan 21 nəfərin adi ştat cədvəlində olsa da faktiki olaraq işə gəlmirlər, bu adamları universitetdə görən belə olmamışdır. Həmin şəxslərin maaş kartları prorektor Fəxrəddin Həsənovda olmuşdur və bu şəxslər Azərbaycanda, hətta xarici ölkələrdə ticarətlə məşğul olurdular.

Maliyyə Nazirliyinin komissiyası həmin kartları alıb sahibinə qaytarmağına baxmayaraq (?), hal-hazırda yenə də Fəxrəddin Həsənov işçilərin kartlarını mənimsəyərək öz talançı əməllərindən əl çəkmir. Şəhərdə yüksək vəzifəli məmurların adından istifadə edərək, hər yerdə onlarla qohum olduğunu bildirir və bununla da özünü sığortalamış olur.
Fəxrəddin Həsənov "Samsung” firmasının Gəncə şəhərindəki rəsmi nümayəndəliyi ilə iş birliyi quraraq oradakı dostlarının vasitəçiliyi ilə Universitetin bütün tədris binalarına külli miqdarda proyektor, komputer, noutbooklar almış və bunların hamısı sənədlərdə təzə adı ilə göstərilməsinə baxmayaraq köhnə, işlənmiş, demək olar ki, istifadəyə yararsız mallardan ibarət olmuşdur. İndi də binalarda quraşdırılmış bu avadanlıqların əksəriyyəti işləmir. Fəxrəddin Həsənov bu yolla külli miqdarda dövlət əmlakını talamışdır. Bayraq meydanının yaxınlığında yerləşən tədris korpusunun yalnız bir mərtəbəsinə təmir üçün 54000 AZN pul ayrılmağına baxmayaraq, onun bir manatı belə üzə çıxmamışdır və Fəxrəddin Həsənov tərəfindən mənimsənilmişdir. Maliyyə sənədlərinə baxdıqda aydınca görünür ki, 18 manatlıq qurğunun biri 92 manata, 3 manat 60 qəpiklik qurğunun biri isə 39 manat 70 qəpiyə sənədləşdirilmişdir. Hal-hazırda tələbə yataqxanası üçün nəzərdə tutulmuş yataq dəstləri Alüminiumçular qəsəbəsi deyilən yerdə yaşayış binasının altındakı mağazada Fəxrəddin Həsənov tərəfindən dədə malı kimi satılır. Maraqlıdır ki, universitetin yataqxanasında bir nəfər belə tələbə yaşamır. Universitet üçün alınmış inventarları Fəxrəddin müəllim öz işçilərinə dədə malı kimi paylayır.
Gəncə Dövlət Universiteti tədris müəssisəsindən çox, Gəncə şəhər İcra Hakimiyyətinin Kommunal Şöbəsini xatırladır. Bir universitetin nə qədər bağbanı, nə qədər xadiməçisi olar? Hal-hazırda GDU-da 400 nəfərdən artıq təsərrüfat işçisi var. Amma bunların ən uzağı 200 nəfəri işə gəlir. Yerdə qalan 200-ə yaxın təsərrüfat işcilərinin maaş kartı təsərrüfat işləri üzrə prorektor Fəxrəddin Həsənovun seyfində saxlanılır. Hər ay maaş veriləndə bu kartlarla pullar çıxarılır və rektor Yusif Yusibovla Fəxrəddin Həsənov arasında bölüşdürülür.
Dəftərxana ləvazimatları kafedralara sənədləşmədə göstərilənin onda biri qədər verilir. Qalan hissəsi isə köçürülən pulun müəyyən faizi qədər nəğd şəkildə təchizatçıdan geri alınır, yaxud da ki, mağazalara satışa verilir. Təhsil nazirinin açılışını etdiyi, lakin bir nəfər tələbənin belə yaşamadığı tələbə yataqxanaları üçün alınan yataq dəstləri, kimyəvi təmizləmə vasitələri, müxtəlif təsərrüfat ləvazimatları ilə də həmin hallar baş verir.
Maraqlıdır, universitetin müəllimləri 400-600 manat maaş aldıqları halda, görəsən Təsərrüfat işləri üzrə prorektor Fəxrəddin Həsənovun, Asif Cavadovun, Vasif Həsənovun maaşları hansı əsasa görə 2500 manata qaldırılıb? Fəxrəddin Həsənov özünə təzəlikcə 80000 manata "Toyota Prado" markalı maşın alıb. Göy-göl rayonunun Aşıqlı kəndində, Murud yolunda ona məxsus olan villanın dəyəri 250000 manatdır...
Fəxrəddin Həsənov tərəfindən universitetin ərazisinin xeyli hissəsi "Kontakt Home" mağazalar şəbəkəsinə satılıb. Hal-hazırda orada təmir işləri aparılır və bununla bağlı şəkillər göndərilir. Halbuki sabiq rektor Yadigar Əliyev guya universitet ərazisini satdığına görə vəzifəsindən bu dəstənin təzyiqi ilə azad olunmuşdu.
Ölkə prezidenti İlham Əliyevin iqtisadi böhran şəraitində qənaət məqsədilə struktur islahatları apardığı, lüzumsuz orqanların birləşdirildiyi bir dövrdə Fəxrəddin Həsənovun və onun himayədarlarının bu talanına nə ad vermək olar? Bu cənab Prezidentin ağıllı siyasətinin əleyhinə getmək deyilmi???
Rektor Yusif Yusibov isə layiq olmadığı halda Asif Cavadova əməkdar müəllim, Fəxrəddin Həsənova isə əməkdar mühəndis fəxri adlarını verdirib.
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin F-463 nömrəli, 12 noyabr 2020-ci il tarixli əmrinə əsasən universitetin akkreditasiyası zamanı tutulan iradlardan biri Tələbə Həmkarlar Təşkilatının Sədrinin tələbə olmamasıdır. Maraqlıdır ki, bu vəzifəni Ekologiya kafedrasının müəllimi, 43 yaşlı Pərviz Adıgözəlov tutur. Rektor isə öz adamını vəzifədə saxlamaq üçün guya Pərviz Adıgözəlovun doktorant olması kimi yalan məlumat vermişdir. Amma əslində o doktoranturanı çoxdan bitirmişdir, qabiliyyət və savadı olmadığına görə müdafiə edə bilməmişdir.
Ümumiyyətlə, hal-hazırda Gəncə Dövlət Universiteti "atın qabağına ət, itin qabağına ot qoymaq" prinsipi ilə idarə olunur. Əsası 1938-ci ildə qoyulmuş qocaman Universitet sanki son günlərini yaşayır. Zəfərimizi dünyaya car çəkdiyimiz bir zamanda bu cür hallar elm və təhsilimiz üçün böyük bir qara ləkədir.
Cənab Prezident, Sizdən xahiş edirik ki, GDU kollektivinin heç bir tədbir görülməyən müxtəlif orqanlara və seyrçi mövqeyində duran və tədbir görmək güçündə olmayan Təhsil Nazirliyinə yüzdən artıq müraciətini nəzərə alıb, buradakı özbaşınalıqlara son qoyasınız.

Hörmətlə,
Filologiya fakültəsinin əməkdaşları adından
dosent Yeganə Sabir qızı Hüseynova
baş müəllim Həmid Camal oğlu Abbasov
dosent Nazəndə Sabir qızı Hacıyeva
dosent Nəzmiyyə Məmməd qızı Axundova
dosent Həsənova Aidə Ədib qızı
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezident bəzi məmurların ciddi cəzalanacağını bildirdi - Twitter

    Prezident bəzi məmurların ciddi cəzalanacağını ...

    6-02-2014, 17:25

  • 
  • Fuad Ələsgərovdan  məhkəmə sistemində korrupsiya etirafı

    Fuad Ələsgərovdan məhkəmə sistemində korrupsiya ...

    13-02-2013, 10:20

  • 
  • “Rüşvətxorluq və inhisarçılığın təsiri bugünkü şəraitdə daha güclüdür”

    “Rüşvətxorluq və inhisarçılığın təsiri bugünkü ...

    24-12-2015, 23:42

  • 
  • Korrupsiyaya qarşı mübarizədə korrupsiya izləri

    Korrupsiyaya qarşı mübarizədə korrupsiya izləri ...

    18-01-2014, 10:53

  • 
  • Ombudsmanın müraciəti əsasında korrupsiyaya yol vermiş məmur barəsində cinayət işi başlandı

    Ombudsmanın müraciəti əsasında korrupsiyaya yol ...

    18-05-2020, 18:06


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu