GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Korrupsiyaya qarşı mübarizədə korrupsiya izləri

Korrupsiyaya qarşı mübarizədə korrupsiya izləri

Tarix: 18-01-2014, 10:53 Bölmə :Ölkə Baxış: 897
Korrupsiyaya qarşı mübarizədə korrupsiya izləri
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin hesabatında deyilir ki, ən çox korrupsiya hallarına təhsil, səhiyyə və sosial təminat sahəsində rast gəlinib; adı “korrupsiya” sözünün az qala sinoniminə çevrilən gömrük və vergi xidmətlərinin adı isə qara siyahıda yoxdur
Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi ötən ilin statistik hesabatını ictimaiyyətə təqdim edib. İdarənin rəisi Kamran Əliyev jurnalistlərə açıqlamasında bildirib ki, hesabat dövründə Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə bütün sahələr üzrə şikayətlər daxil olub.

Təqdimatdan sonra K.Əliyev QHT və KİV təmsilçilərinin çoxsaylı suallarını cavablandırıb.
K.Əliyev bildirib ki, respublikada korrupsiyaya qarşı mübarizə kampaniya xarakteri daşımır: “Korrupsiyaya qarşı mübarizə sahəsində dövlət səviyyəsində ciddi işlər görülür. Hansı vəzifədə və harada işləməyindən asılı olmayaraq korrupsiya cinayəti törədən şəxslərə qarşı tədbirlər davam etdiriləcək”.



K.Əliyev ən çox korrupsiya cinayəti faktı aşkar edilən dövlət qurumlarının adlarını da açıqlayıb. Azərbaycanda korrupsiya cinayətlərinə daha çox təhsil, səhiyyə və sosial təminat sahəsində rast gəlinib.

Onun sözlərinə görə, 2013-cü il ərzində idarənin istintaq şöbəsi 367 şəxs barəsində 201 cinayət işinin araşdırılmasını tamamlayaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.



Səhiyyə sahəsində 22 şəxs barəsində 14 cinayət işi, təhsil sahəsində 25 şəxs barəsində 14 cinayət işi, sosial təminat sahəsində 16 şəxs barəsində 4 cinayət işi, əmlak məsələləri üzrə 2 şəxs barəsində 1 cinayət işi, yerli icra hakimiyyəti orqanlarının 8 əməkdaşı barəsində 6 cinayət işi, Mədəniyyət və Turizm Nazirliyinin 1 əməkdaşı barəsində 1 cinayət işi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 1 əməkdaşı barəsində 1 cinayət işi, Nəqliyyat Nazirliyinin 5 əməkdaşı barəsində 2 cinayət işi, “Azərenerji” ASC-nin 5 əməkdaşı barəsində 5 cinayət işi, bank və bank fəaliyyəti ilə məşğul olan qurumların 38 əməkdaşı barəsində 10 cinayət işi, təbiəti mühafizə sahəsində 6 cinayət işi, Kənd Təsərrüfatı Nazirliyinin 3 əməkdaşı barəsində 2 cinayət işi, ticarətlə məşğul olan 18 şəxs barəsində 17 cinayət işi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 3 əməkdaşı barəsində 2 cinayət işi, iqtisadi fəaliyyətlə məşğul olan 10 şəxs barəsində 7 cinayət işi, prokurorluq orqanlarının 1 əməkdaşı barəsində 1 cinayət işi, polis əməkdaşları barəsində 1 cinayət işi, Ədliyyə Nazirliyinin 2 əməkdaşı barəsində 2 cinayət işi, Fövqəladə Hallar Nazirliyinin 6 əməkdaşı barəsində 4 cinayət işi və özəl sahədə fəaliyyət göstərən 93 vəzifəli şəxs barədə 39 cinayət işi açılıb.



Ölkənin ən çox korrupsiyalaşmış strukturlarından sayılan vergi və gömrük orqanlarının adının bu siyahıda yer almaması təəccüb doğurur. İdarə rəisi bunu həmin qurumlardan şikayətlərin daxil olmaması ilə izah etdir: “İdarə konkret şikayətlər əsasında araşdırma aparır. Bu qurumlardan şikayətlər olsa araşdırarıq”.

Kamran Əliyev ölkədə sistemli şəkildə korrupsiya hallarına rast gəlindiyini də açıqlayıb: “Azərbaycanda sistemli korrupsiya halları müəyyən edilir, bununla bağlı cinayət işləri açılır və cinayəti törədən şəxslər qrup halında məhkəmələrə cəlb edilir”.

Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev idarənin bu sahədə gördüyü işləri təqdir etsə də, bəzi çatışmazlıqların olduğunu bildirdi: “Şəffaflıq və hesabatlılıq tam təmin edilməyib. Yaxşı olardı ki, növbəti hesabatlarda hansı məmur kateqoriyasının cəzalandırılması əksini tapsın. Bəzi vəzifəli şəxslər öz postlarından sui-istifadə edir ki, bu da korrupsiya risklərini artırır. Nazirlərin rayonlarda qəbul keçirməsi yaxşı haldır. Ancaq onlardan aşağı ranqlı məmurlar Bakıda qəbul keçirmək istəmirlər. Vətəndaşlarla birbaşa ünsiyyətdən yayınırlar. Yaxşı olardı ki, nazirlərin keçirdikləri qəbulların da nəticələri ictimaiyyətə açıqlansın. İctimaiyyət də bilsin ki, vətəndaşlar daha çox hansı problemlərdən əziyyət çəkir”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq  davam etdirilir

    Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq ...

    1-06-2016, 00:05

  • 
  • Korrupsiyaya qarşı Mübarizə İdarəsinin adı dəyişdirilir

    Korrupsiyaya qarşı Mübarizə İdarəsinin adı ...

    27-01-2014, 16:45

  • 
  • Korrupsiyaya qarşı Mübarizə İdarəsinin adı dəyişdirildi

    Korrupsiyaya qarşı Mübarizə İdarəsinin adı ...

    14-02-2014, 15:11

  • 
  • "Korrupsiyaya görə 191 cinayət işi məhkəmələrə göndərilib"

    "Korrupsiyaya görə 191 cinayət işi ...

    1-10-2014, 11:02

  • 
  • Misir Ərəb Respublikasının nümayəndə heyəti Bakıda

    Misir Ərəb Respublikasının nümayəndə heyəti Bakıda ...

    26-05-2016, 22:06


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu