GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Muxtar Respublikada otelçilik rəzaləti - İLGİNC FAKTLAR

Muxtar Respublikada otelçilik rəzaləti - İLGİNC FAKTLAR

Tarix: 29-12-2021, 10:33 Bölmə :GündəmXəbər / Manşet Baxış: 873


Doğrusu, bir neçə il bundan əvvələ qədər Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun yeganə müsbət keyfiyyətinin fahişəliyə qarşı amansız mübarizə aparması olduğu barədə çox eşidirdik. Bir çoxları kimi biz də onun “Naxçıvanın ətini yesə də, sümüyünü atmadığına” sevinir və “Cənab Sədr”ə daxilən rəğbət bəsləyirdik.

GundemXeber.Az bildirir ki, amma şərti olaraq “Qara pişik” adlandırdığımiz informasiya mənbəyimizin Ovqat.com-a açıqladığı bəzi məlumatlar bizdə sözün həqiqi mənasında şok yaratdı. Hətta bu məlumatın səhihliyinə şübhəmiz onun dərcini bir neçə gün yubatdı da. Naxçıvandakı alternativ qaynaqlardan aldığımız məlumatlar, nə yazıq ki, bu iddiaları təsdiqlədi və biz də onu olduğu kimi yayımlamağa qərar verdik.

Alternativ qaynağımızın məlumatına görə, bir neçə il bundan əvvələ qədər Naxçıvanda əxlaqsızlığa qarşı aparılan amansız mübarizə turizm sektorunu tamamilə çökdürmüşdü. Nəticədə xüsusilə otelçilik sahəsinin dirçəldilməsi üçün Naxçıvan hakimiyyəti öz ənənəvi siyasətində 180 dərəcəlik dəyişikliklər etdi. “Qara pişiy”ə inansaq, bu “U” dönüşü elə sürətli oldu ki, Naxçıvan MR DİN-də struktur dəyişikliklərinə belə, yol açdı. Başqa sözlə, qədim peşə sahibləri Naxçıvan polisi üzərində tarixi qələbə qazandı. Necə? Gəlin, əsas mövzuya keçməmişdən əvvəl yaddaşımızı qurcalayaq.

Xəbər veridiyimiz kimi, Naxçıvan MR Daxili İşlər Nazirliyində bir sıra strukturlar ümumiyyətlə ləğv edilib və bunlardan biri də İnsan Alverinə Qarşı Mübarizə İdarəsidir. Sual oluna bilər: Naxçıvan MR DİN-nin bu struktur dəyişikliyi hansı zərurətdən yaranıb?

Ovqat.com-un bu sualına adına şərti olaraq “Qara pişik” dediyimiz mənbəmiz belə aydınlıq gətirdi:

“Keçən dəfə Naxçıvan MR-in Hərbi Prokurorluğunda baş verən insan alveri cinayətlərindən məhs etmişdik. Nəzərə alsaq ki, Rəşad İsmayılov cənabları uzun müddət Naxçıvan Hərbi Prokurorluğunda yüksək vəzifələrdə işləyib, həqiqətən də belə bir sual ortaya çıxır: Naxçıvan MR DİN-də İnsan Alverinə Qarşı Mübarizə İdarəsi niyə məhz R.İsmayılovun bu nazirliyə müavin təyin olunandan sonra ləğv olundu?

Gəlin, ilk olaraq Azərbaycan Respublikasının cinayət qanunvericliyindəki insan alveri cinayətlərinin dairəsinə nəzər salaq:

CM-in 106-cı maddəsi – (Köləlik);
CM-in 144-1-ci maddəsi – (İnsan alveri);
CM-in 144-2-ci maddəsi – (Məcburi əmək);
CM-in 144-3-cü maddəsi – (İnsan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlər);
CM-in 137-ci maddəsi – (İnsan orqanlarının və ya toxumaların alqı-satqısı və onların transplantasiya məqsədi ilə götürülməsinə məcburetmə);
CM-in 151-ci maddəsi – (Seksual xarakterli hərəkətlərə məcburetmə);
CM-in 171-ci maddəsi – (Yetkinlik yaşına çatmayanı fahişəliyə cəlbetmə);
CM-in 171-1-ci maddəsi – (Uşaq pornoqrafiyasının dövriyyəsi);
CM-in 172-ci maddəsi – (Özgənin uşağını dəyişdirmə);
CM-in 174-cü maddəsi – (Qanunsuz olaraq övladlığa götürmə);
CM-in 242-ci maddəsi – (Pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma);
CM-in 243-cü maddəsi – (Fahişəliyə cəlbetmə);
CM-in 244-cü maddəsi – (Əxlaqsızlıq yuvaları saxlama);
CM-in 316-1-ci maddəsi – (İnsan alverindən zərər çəkmiş şəxs haqqında konfidensial məlumatları yayma) və s. (Yeri gəlmişkən, “Qara pişiyin hüquqi savadı da bizi xeyli təəccübləndirdi – Ovqat.com).

Siyahıya diqqət yetirəndə haqlı sual yaranır: Necə olur ki, rəsmi mənbələrə görə 462.000 nəfərdən çox əhalisi olan Naxçıvan MR-də insan alveri cinayəti qeydə alınmır? Axı bu, absurddur.

Naxçıvanda otelçilik sektoru tamamilə yerli hakim ailənin nəzarətindədir. “Təbriz Hotel”, “Grand Hotel”, “Duzdağ Hotel”, “Saat meydanı Hotel”, “Ağbulaq Hotel”, “Nəqşicahan Motel” kimi müəssisələrə Muxtar Respublikada “müəllim” ləqəbi ilə tanınan Seymur Talıbov nəzarət edir. Naxçıvanda gedən söz-söhbətə görə, bu otellərdən bəziləri artıq satılıb. Mövzumuz bu deyil. Mövzumuz Naxçıvandakı otellərin əxlaqsızlıq yuvasına çevrilməsidir. Keçmişlə müqayisədə günümüzdə Naxçıvanda əxlaqsızlıq biznesi günü-gündən vüsət alaraq böyüyür. Bu gün “Grand Otel”in qarşısından ailə ilə keçmək olmur. “Təbriz Otel”də İrandan gələn farslar min hoqqadan çıxır. “Duzdağ Otel”in kotejlerinin qarşısından bir dəfə keçmək kifayətdir ki, orada nələrin baş verdiyini anlayasan. Bu otellərə isə polis müdaxilə edə bilməz. Çünki buna cənab “müəllim” icazə vermir. Axı otellərə polis tərəfindən müdaxilə olsa, müştəri inamsızlığı yaranacaq və “müəllim” həzrətləri yaxşı qazana bilməyəcək.

Keçən yazılarımızda bildirmişdik ki, Naxçıvanda da klanlar mövcuddur. Seymur-Azər-Cəlil üçlüyü eyni klandadır. Məhz Cəlil Rüstəmovun təklifi ilə kirvəsi Rəşad İsmayılov Naxçıvan DİN-ə müavin təyin olunub. Rəşad İsmayılov da yeni vəzifəyə gələn kimi “struktur islahatları” apardı. Çünki İnsan Alverinə Qarşı Mübarizə İdarəsi “müəllim”in alverinə istər-istəməz maneçilik törədə, ən azı onun “biznes sirri” kimlərinsə əlinə keçə bilərdi. Hərbi Prokurorluqdan gəlmiş və orada baş verən insan alveri cinayətlərindən kifayət qədər məlumatlı olan Rəşad İsmayılov İnsan Alverinə Qarşı Mübarizə İdarəsini ləğv edərək bazarın fəaliyyətini daha da genişləndirdi”.

“Qara pişiy”in iddiasına görə, “Rəşad İsmayılov-Azər Zeynalov-Cəlil Rüstəmov üçlüyü”nün, eləcə də dolayısı ilə “xan” həzrətlərinin yeni otelçilik siyasəti nəticə etibarilə Prezident İlham Əliyevin bu sahə ilə bağlı siyasətinə qarşı yönəlib : “Bilirsiniz ki, Cənab Prezident İnsan Alverinə qarşı bir neçə Milli Fəaliyyət Planları qəbul edib.

Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2004-2008-ci illər üçün Milli Fəaliyyət Planı. 06.05.2004 tarixli 208 saylı sərəncam;
Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2009-2013-ci illər üçün Milli Fəaliyyət Planı. 06.02.2009 tarixli 133 saylı Sərəncam;
Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı. 24.07.2014 tarixli 667 saylı Sərəncam;
Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı. 22.07.2020 tarixli 2173 saylı Sərəncam.
Naxçıvanda otelçilik sektoru ilə bağlı həyata keçirilən yeni siyasətlər faktiki olaraq bu Sərəncamların ruhu ilə ziddiyət təşkil edir.

Digər tərəfdən, Naxçıvan MR DİN-də İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin ləğv edilməsinin 2-ci bir səbəbi də var. İdarənin rəisi, polis kapitanı Şahin Qasımov idi. O, Fazil Ələkbərovun kadrı sayılırdı və “gedər-gəlməz” məzuniyyətinə göndərilən nazirin oğlunun sinif yoldaşı idi. Bunu bilən, Rəşad İsmayılov hətta Şahin Qasımovu “Sən ikibaşlı işləyirsən” deyərək müşavirədən qovmuşdu. Hazırda Şahin Qasımov sərəncamdadır və Bakıdan gələcək ədalətli qərarı gözləyir”.

İnformasiya mənbəmiz nazir əvəzi Rəşad İsmayılovun kadr siyasəti ilə bağlı məqamlara da toxundu və ona bəzi suallar unvanladı: “Rəşad müəllim hər dəfə vurğulayır ki, artıq qohumçuluq və tanışçılıqla vəzifəyə təyin edilmək dövrü bitib. Mən buradan Rəşad İsmayılova səslənirəm və bildirirəm əgər elədirsə,

(Şəkildə: "Torbası tikilərək" həbs olunan Asim Hüseynov. Aşağıdakı şəkildə isə "torbasını tikdiyi" adamın kreslosunda əyləşən Zaur Talıbov. Qara pişik söz verib ki, axşam bu barədə bizə maraqlı əhvalatlar danışacaq. Gözləyək, görək, "Qara pişik" bu dəfə bizi təəccübləndirə biləcəkmi?)

Nazirlyin xüsusi səlahiyyətli şöbəsinə rəis olaraq niyə qayınatası deputat və Cəlil Rüstəmovun dostu olmuş, Tofiq Qarayevi;
Babək RPİ-yə Naxçıvan Ali Məclisinin sədr müavini Azər Zeynalovun xalası oğlu Elgün Əliyev kimi polis əməkdaşlarını cəza verməklə hədələyən, idarəçilik qabiliyyəti olmayan şəxsi;
Nazirliyin xüsusi səlahiyyətli şöbəsinə Sedat Kərimli adlı əmisi Naxçıvan MR FHN-in müavini olan birini;
Naxçıvan MR- DİN-in Kadrlar Şöbəsinə Nofəl Məmmədov adlı Naxçıvan MR Baş Nazirinin qardaşı oğlunu;
Şahbuz RPŞ-yə Bahadur Əhmədov adlı, (Naxçıvan MR DİN-in sabiq rəisi, Asim Hüseynovun torbasını tikib həbs etdirəni) polis mayorunu və s. təyin etdiniz”.

“Qara pişik” söz verdi ki, bu gün axşama bizə Şahbuz Rayon Polis Şöbəsinin təzə rəisi Bahadur Əhmədovun həmkarı Asim Hüseynova necə torba tikməsindən danışacaq.

Deyəsən, bizi daha maraqlı əhvalatlar gözləyir.


GUNDEMXEBER.AZ


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Vasif Talıbov müavinini işdən çıxardı

    Vasif Talıbov müavinini işdən çıxardı ...

    16-11-2017, 15:10

  • 
  • Muxtar Respublikada koronavirus niyə gizlədilirmiş? – ŞOK iddialar

    Muxtar Respublikada koronavirus niyə ...

    7-04-2020, 13:12

  • 
  • Naxçıvanın baş sığortaçısı durduğu yerdə niyə vəfat edib? – Bir ölümün ilginc səbəbi

    Naxçıvanın baş sığortaçısı durduğu yerdə niyə ...

    24-04-2020, 12:45

  • 
  • Vasif Talıbov qadınlara saç boyamağı qadağan etdi

    Vasif Talıbov qadınlara saç boyamağı qadağan etdi ...

    26-08-2013, 12:09

  • 
  • Naxçıvandakı atəşfəşanlığın yeni detalları: Uçuz barıtın “şorbası” az qala Vasif Talıbova da xəsarət yetirəcəkmiş....

    Naxçıvandakı atəşfəşanlığın yeni detalları: Uçuz ...

    3-01-2020, 12:41


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu