GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Üç övlad atası Mehriban Zeynalovanın sığınacağını “ağ yuyub qara sərdi”- ŞOK İTTİHAM

Üç övlad atası Mehriban Zeynalovanın sığınacağını “ağ yuyub qara sərdi”- ŞOK İTTİHAM

Tarix: 30-12-2021, 15:51 Bölmə :GündəmXəbər / Manşet Baxış: 4 306


Hər kəsə məlumdur ki, Azərbaycan Respublikasında ailə dövlətin himayəsindədir və analıq, atalıq, uşaqlıq qanunla mühafizə olunur. Ailə Məcəlləsinin I maddəsinə əsasən, ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zəruriyyətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və s. ibarətdir. Ailədə uşaqların hüquqlarının qorunmasına gəlincə, qanunvericilikdə bu barədə bir çox maddələr mövcuddur. Uşaqların hüquqları və qanuni mənafeləri pozulduqda, o cümlədən valideynləri (onlardan biri) uşağın təhsili, tərbiyəsi üzrə vəzifələrini yerinə yetirmədikdə və ya valideynlik hüquqlarından sui-istifadə etdikdə, uşaq öz hüquqlarını qorumaq üçün müvafiq icra hakimiyyəti orqanına, 14 yaşına çatdıqda isə məhkəməyə müraciət etmək hüququna malikdirlər.


 Ailə Məcəlləsinin 56-cı maddəsinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Bu Məcəllənin 58-ci maddəsində isə, valideynlərin uşaqlarını tərbiyə etmək hüququna malik olmaları və uşaqlarını tərbiyə etməyə borclu olmaları təsbit olunub. Belə ki, valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Valideynlik hüquqlarının həyata keçirilməsi zamanı uşaqların mənafeyinə zidd addımlar atıla bilməz və valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına heç bir halda xələl gətirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.


Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu 3-cü maddəsində də qeyd olunub ki, uşaqlarla bağlı həyata keçirilən dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmalarına, mütərəqqi tələblər əsasında təhsil almalarına, layiqli vətəndaş kimi formalaşmalarının təmin olunmasına yönəldilir. Bu yöndə dövlət siyasəti milli və yerli xüsusiyyətlər nəzərə alınmaqla yaradılmış məqsədli uşaq sosial proqramları əsasında həyata keçirilir və bu proqramların yerinə yetirilməsi zamanı, dövlət orqanları ilə bərabər, digər hüquqi və fiziki şəxslər də iştirak edə bilərlər.


  Qeyd edək ki, Ailə Məcəlləsi və Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun varlığına baxmayaraq, Bakı şəhəri, Yasamal rayonu, D. Bünyadzadə küçəsi, ev-4 ünvanında yaşayan Hüseynov Hüseyn Vaqif oğlugilin ailəsində yaşananların varlığı, məhz fərqli məqamların varlığından xəbər verir. Belə ki, bu günlərdə Gundemxeber.az-ın redaksiyasına ərizə ilə müraciət edən Hüseynov Hüseyn Vaqif oğlu bildirir ki, “Mən 2002-ci ildə anası olmayan bir xanımla  ailə həyatı qurdum və bu evlilikdən bizim iki oğlan, bir qız övladımız dünyaya gəldi.

 2005-ci ildə mənə məlum oldu ki, qaynənəm Rüstəmova Solmaz Aqakərim qızı 1998-ci ildə başqa bir qadınla, yəni Qədırova Solmaz Əlövsət qızı ilə evdən qaçır və hal-hazırda onlar Sabunçu rayonu ərazisində birlikdə yaşamaqdadırlar. Bildirim ki, qaynatam dünyasını dəyişdikdən sonra peyda olan qaynənəmlə həyat yoldaşmın görüşməsinə heç cür imkan vermirdim. 2021-ci ilin yanvar ayında anamın təkidi ilə həyat yoldaşmın anası Solmaz Rüstəmova ilə görüşməsinə razılıq verdim. Dörd gündən sonra həyat yoldaşım evə qayıtdı və məndən ayrılmaq isdədiyni bildirdi. O halda mən heç cür razı olmadım. Bu yöndə israr etməyimə baxmayaraq, 2021-ci ilin iyun ayında həyat yoldaşım 14 yaşlı qızımı və 10 yaşlı oğlumu evdən götürüb qaçır və hər iki övladımı Bakı şəhəri, Binəqədi rayonunun “Motodrom” adı ilə tanınan ərazisində, hansı ki, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinə sədrlik edən Mehriban Zeynalovanın rəhbərlik etdiyi sığnacağa yerləşdirir. Qeyd edim ki, hal-hazırda onlar həmin sığınacaqdadırlar.

Bu gün sığnacağın rəhbərliyi uşaqlarımla görüşməyimə heç cür imkan vermir və o, uşaqlarımın məktəbdən yayınmalarına şərait yaradır. Şəxsən sığınacağın rəhbəri Mehriban xanım mənə “Uşaqlar xəstə olduqlarından məktəbə getmirlər” deyib. Sığınacağın rəhbəri uşaqlarımın şəkillərini sosial şəbəkələr vastəsi ilə yayımlayır və onların adlarına hesab nömrələri acıb pul köçürmələri həyata keçirtdirir, hətta onları dilənməyə də məcbur edir. Qeyd etdiklərimi sübuta yetirmək üçün, məndə lazımi şəkillər var. Sığınacağın rəhbərliyi bildirir ki, “Uşaqlar xüsusi avtomobillə dərsə gedirlər”. Əslində həm mənim uşaqlarımın, həm də digər uşaqların sığnacaqdan səhər saat 7-də çıxıb təqribən 1-km palçıqlı yolla avtovağzal ərazisinə qədər piyada getmələri, daha sonra 7A saylı avtobusa minib şəhərin içi ilə təqribən 10 km yolu getmələri, daha sonra avtobusdan düşüb təqribən 1 km yolu piyada gedərək məktəbə çatmalarını özündə əks etdirən şəkillər var. Qeyd edim ki, sığınacaqda qalan qadınları isə, rəhbərlik özlərinə məxsus kiçik müəssisələrdə işlədirlər. 

Sığınacağa toplanan ianələrdən, reklam tədbirlərindən, dövlətdən, imkanlı şəxslərdən və s. toplanan puların aqibəti necə olur, məhz bu haqda kimsə müfəssəl məlumata malik olmur. (Faktiki mənim uşaqlarımı sığınacaqda girov saxlayıb diləndirirlər!) Sığınacaq rəhbərliyi sosial şəbəkələrdə paylaşdıqları şəkillərə mənfi rəy yazan şəxsləri blok edirlər, yaxud da yazılanları silib təmizləyirlər. Bildirmək istəyirəm ki, sosial vəzyyətim heç də pis deyil və ailəmi normal şəkildə saxlamağa hər cür imkanım var. Bu gün 19 yaş həddində olan böyük oğlum mənim yanımda qalır. Bizim ailəmizdə baş verən belə bir olayların əsas səbəbkarı, 1998-ci ildə Hövsan qəsəbəsinə qadınla qacan qaynənəmdir və  41 yaşlı qaynımdır.

 Həyat yoldaşımdan narazılığım yoxdur və mən onu bilirəm ki, o, qaynənəmin və qaynımın vasitəsilə yolundan çıxıb. Bu gün şikayətim sığınacağın rəhbərliyindəndir. Çünki, Mehriban xanım digər uşaqların adlarından, eyni zamanda mənim uşaqlarımın adlarından da sui-istifadə edir və bu yolla maddi maraqlarının təmin olunmasına çalışır”. Yazıda adı keçən hər kəsin mövqeyini dinləyə bilərik.

Mövzuya qayıdacağıq.

VİDEO


 GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əgər uşaq valideyninə əl qaldırırsa

    Əgər uşaq valideyninə əl qaldırırsa ...

    13-02-2017, 14:48

  • 
  • Ailə Məcəlləsinə dəyişiklik

    Ailə Məcəlləsinə dəyişiklik ...

    6-05-2016, 02:27

  • 
  • Övladlığa götürmə - qaydalar və şərtlər...

    Övladlığa götürmə - qaydalar və şərtlər... ...

    8-11-2013, 12:16

  • 
  • Ailələrin dağılmasının daha bir SƏBƏBİ açıqlandı

    Ailələrin dağılmasının daha bir SƏBƏBİ açıqlandı ...

    14-12-2017, 15:44

  • 
  • Körpələr evlərində və uşaq sığınacağında nöqsanlar aşkarlanıb

    Körpələr evlərində və uşaq sığınacağında ...

    16-04-2019, 15:50


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu