GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Texniki Universitet NECƏ AĞLAR GÜNƏ QOYULUR... - Müəllimlər YENİ FAKTLARI AÇIQLAYIR...

Texniki Universitet NECƏ AĞLAR GÜNƏ QOYULUR... - Müəllimlər YENİ FAKTLARI AÇIQLAYIR...

Tarix: 7-01-2022, 14:14 Bölmə :GündəmXəbər / Manşet Baxış: 606

"Biz, Azərbaycan Texniki Universitetinin təcrübəli müəllimlərindən bir qrupu, yenə də ictimaiyyətə müraciət etmək məcburiyyətindəyik". Gundemxeber.az dia.az-a istinadən bildirir ki, bu barədə AzTU-nun bir qrup müəllimi adından edilən müraciətdə deyilir.

Həmin müraciətin davamını təqdim edirik:

"Prorektor N.Yusifbəylinin AzTU-ya gəlişi onunla əlamətdar oldu ki, o, son iki ildə universitetdə həddən artıq dərəcəyə çatmış bürokratik sistemi daha da bürokratikləşdirməyə başladı. Özünü tədris işinin rəhbəri kimi göstərərək, tədris materiallarını yenidən təftiş edərək, onsuz da universitetdə geniş vüsət almış kağız-kuğuz işini dözülməz dərəcəyə çatdırdı. Məsələn, əvvəllər 3-4 səhifə həcmində olan sillabuslar indi artırılaraq, bəzən 20 səhifəyə çatdırılıb, lazımsız informasiya ilə doldurulub. Bu tədris ilinin payız semestrində isə sillabuslar yalnız semestrin sonuna yaxın, artıq öz əhəmiyyətinin itirdikdə təsdiq edilib. Sillabusları təsdiq etdirmək böyük bir problemə çevrilib, onları kiçik bir bəhanə ilə düzəliş edilmək üçün geri qaytarırlar və kafedralarda qalaq-qalaq lazımsız sillabus nüsxələri yığılıb, qalıb. Başqa tədris sənədləri də bunun kimi. AzTU-nun tarixində ilk dəfədir ki, tədris ili üçün professor müəllim heyətinin tədris yükü dekabr ayında, yəni tədris ilinin yarısı keçdikdən sonra təsdiq edildi. Rektorun bəyənmədiyi keçmiş AzTU-da isə tədris yükləri iyul ayında, müəllimlər məzuniyyətə çıxmazdan əvvəl təsdiq edilərdi. Bunda isə rektorun “günahı” daha böyükdür, nəinki, prorektorun. Bütün bunlar isə tədris prosesində xaos yaradır, onu normal məcrasından çıxarır. Müəllimlər dərs deyə-deyə onların tədris yükləri dəyişdirilir.

İndi müəyyən əhəmiyyətli vəzifələrə öz kadrlarını yerləşdirmək uğrunda rektorla prorektor N.Yusifbəyli arasında rəqabət başlamışdır. Belə ki, N.Yusifbəyli universitetə gələn kimi dərhal “Energetika və avtomatika” fakültəsinin dekanı və iki kafedranın birləşdirilməsi ilə yaradılmış, bir əndrəbadi adla adlandırılmış “Enerji effektivliyi və yaşıl enerji texnologiyaları” (???) kafedrasının müdiri vəzifələrinə öz adamlarını gətirdi. Artıq hiss olunur ki, N.Yusifbəyli rektorun adamlarını sıxışdırmağa başlamışdır. Ancaq bu məsələdə bəzi müsbət məqamları da qeyd etmək lazımdır. Məsələn, N.Yusifbəylinin təkidi ilə rektorun “kadrlarından” olan ibtidai sinif müəlliməsi təhsili almış Qəmər İsayeva universitetdə tədrisi faktiki olaraq idarə etməli olan Tədris hissəsinin müdiri vəzifəsindən kənarlaşdırıldı ki, bunu da yalnız müsbət hal kimi qiymətləndirmək olar. Qeyd etmək lazımdır ki, rektor V.Vəliyevin AzTU-da işlədiyi iki ildə yeni təyin edilən müdir artıq 4-cü Tədris hissə müdiridir. Müxtəlif rəhbər vəzifələri tutan şəxslər iki il ərzində artıq 3-cü, 4-cü dövrə üzrə dəyişdirilir.


Ümumiyyətlə, son iki ildə AzTU-da kadr siyasəti fəlakətli həddə çatmışdır və bunun səbəbləri haqqında ətraflı danışmaq lazımdır. Bu kadr siyasətinin səbəblərini universitet rəhbərliyinin arxasında duran regional klanların və onların şəxsi himayədarlarının təsirində axtarmaq lazımdır. Rektor V.Vəliyevin şəxsi himayədarı kimdir? Onun himayədarı Nazirlər Kabinetində kifayət qədər yüksək vəzifə tutur və hələlik onun adını demək istəmirik. Belə bir adamın dəstəyini hiss edən V.Vəliyev heç nəyə məhəl qoymayaraq, öz dağıdıcı fəaliyyətini davam etdirməkdədir. Və heç də qəribə deyil ki, bunu bilən universitetlərin fəaliyyətinə nəzarət etməli olan müxtəlif təşkilatlar da onun xətrinə dəymirlər.


Ancaq, bundan daha böyük bəla bizdə olan regionçuluq siyasətidir. Bu regional klanların daxili qayda-qanunlarının heç də hamısı bizə məlum deyil. Ancaq bəzilərini deyə bilərik. Əgər məsələn, V.Vəliyev hansısa bir regionun nümayəndəsidirsə, onun məxsus olduğu regional klan onu vəzifəyə gətirir, onun arxasında durur və lazım gələndə onu müdafiə edir. Əvəzində isə V.Vəliyev həmin klanın göstərişlərini yerinə yetirməlidir. Göstəriş isə əsas etibarilə onun rəhbərlik etdiyi universitetdə həmin region nümayəndələrini yerləşdirmək, işlə təmin etməkdən ibarətdir. V.Vəliyev AzTU-ya rəhbərlik etdiyi iki ildə yüzlərlə yeni adamı işə götürmüşdür, onların sayını yəqin indi heç özü də bilmir. Bunların arasında, mətbuatda konkret adları göstərilən onun yaxın qohumları və hətta ailə üzvləri də vardır. Ancaq aydındır ki, bir adamın yüzlərlə qohum-qardaşı, dostu-tanışı ola bilməz. Məsələ bundadır ki, onun universitetə yerləşdirdiyi digər adamlar onun klanının onun yanına göndərdiyi adamlardır. Onların çoxunu yəqin ki, V.Vəliyev heç şəxsən tanımır da. Həmin regiondan olan şəxslər və ya onların əkmə-törəmələri işlə təmin olunmaq üçün klana müraciət edirlər, klan isə onları V.Vəliyevin yanına göndərir və o da onları işə qəbul etməyə borcludur. Əks halda klanın dəstəyindən məhrum edilə bilər. Buna görə də V.Vəliyev yəqin ki, özü də başa düşsə də daim lazımsız struktur dəyişiklikləri aparmalı, köhnə işçiləri müxtəlif yollarla sıxışdırıb, əvəzinə yenilərini qəbul etməlidir. Bunun nəticəsində isə AzTU-nun strukturu başqa heç bir universitetə bənzəməyən eybəcər bir şəklə düşüb, həddən artıq şişirdilib və yenə də dəyişdirilməkdə davam edir. Universitetin ştat tərkibinin sayı isə qeyri-məhdud deyil. Həm də onların hamısına maaş vermək üçün vəsait lazımdır. Rektor V.Vəliyevin yerlipərəstliyinin sübutu kimi bir də bunu göstərmək olar ki, universitetdə əvvəlki prorektorlardan vəzifəsində yalnız Beynəlxalq əlaqələr üzrə prorektor Sübhan Namazov qalıb ki, o da V.Vəliyevlə eyni regionun nümayəndəsidir".

DAVAMI VAR...


Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Vilayət Vəliyev AzTU-nu NECƏ ÇÖKDÜRÜR... - Müəllimlər YENİ FAKTLARI AÇIQLAYIR...

    Vilayət Vəliyev AzTU-nu NECƏ ÇÖKDÜRÜR... - ...

    24-11-2021, 11:23

  • 
  • Texniki Universitetin günahı nədir? - MÜƏLLİMLƏR HARAY ÇƏKİR...

    Texniki Universitetin günahı nədir? - MÜƏLLİMLƏR ...

    3-11-2021, 11:53

  • 
  • Azərbaycanda universitet əməkdaşı koronavirusdan öldü - FOTO

    Azərbaycanda universitet əməkdaşı koronavirusdan ...

    13-03-2021, 18:11

  • 
  • Texniki Universitetdə ÖZBAŞINALIQLAR DAVAM EDİR... - Yeni ittihamlar seriyası...

    Texniki Universitetdə ÖZBAŞINALIQLAR DAVAM ...

    10-11-2021, 15:34

  • 
  • ​Tələbənin öldürülməsinə RƏSMİ MÜNASİBƏT: “Hadisə olan gün tələbəmiz dostu ilə...” –

    ​Tələbənin öldürülməsinə RƏSMİ MÜNASİBƏT: “Hadisə ...

    24-12-2018, 12:42


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu