GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Texniki Universitetdə ÖZBAŞINALIQLAR DAVAM EDİR... - Yeni ittihamlar seriyası...

Texniki Universitetdə ÖZBAŞINALIQLAR DAVAM EDİR... - Yeni ittihamlar seriyası...

Tarix: 10-11-2021, 15:34 Bölmə :Dünya Baxış: 393



"Biz, Azərbaycan Texniki Universitetinin təcrübəli müəllimlərindən bir qrupu son iki ildə universitetimizdə yaranmış acınacaqlı və fəlakətli dərəcəyə çatmış vəziyyət haqqında ürək yanğısı ilə məlumat vermək istəyirik". Bu sözlər sözügedən ali təhsil ocağının bir qrup müəllimi adından redaksiyamıza göndərilən müraciətində yer almışdı ki, həmin müraciət ictimaiyyətdə geniş rezonans yaratsa da, nəıdnsə Təhsil Nazirliyinin diqqətini cəlb etmədi.


Gundemxeber.Az dia.az-a istinadən bildirir ki, amma bu da faktların hamısı deyil və redaksiyamıza müəllimlər adından yeni müraciət daxil olub. Həmin müraciəti də olduğu ki9mi təqdim edirik və yenə də ümid edirik ki, açıqlanan faktlara rəsmi dairələr tərəfindən hansısa formada reaksiya veriləcək.


Beləliklə, müəllimlər yazır:

"Universitetdə adı olub işə gəlməyən təqaüdçü işçilər və kafedra müdirlərinin əksəriyyəti rektorun doğmalarıdır. İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Fərqanə Musayevə onun ailə üzvüdür və Rektorun iştirak etdiyi bütün tədbirlərdə iştirak edir.Tərifi ən yaxşı dekan kimi Rektorun dilindən düşməyən bu xanım bir neçə magistrantın elmi rəhbəridir və eyni zamanda dərs keçir. Xüsusi məvacib alanlar sırasında olduğu halda həftənin iki gününü oğlu az yaşlı olduğu üçün işə çıxmır. Bu cür seçilmiş münasibət sadəcə ona deyil.Rektorun ən yaxın və ikinci ailə üzvləri sayılan Elmi məsələlər üzrə müşavir, İmtahan Mərkəzinin rəhbəri, Mühəndis fizikası və elektronika, Beynəlxalq ticarət, logistika və marketing, Kimya, texnologiya təkrar emal və texnologiya kafedrasının və Texnoloji transfer, Xarici əlaqələr və digər şöbə və struktur rəhbərləri Rektorun yaxınları və yerliləri Qərbi Azərbaycan nümayəndələridir. Vilayət Vəliyevin köməkçisi Elvin Bəxtiyarlı uzun illər Tələbə Həmkərlar İttifaqının sədri olub. Onu indiki tutduğu vəzifəyə Xəqani Cəfərov təyin etdirib.Çünki aralarında iş bağı var.


Tələbə Həmkərlar İttifaqının indiki sədri və əvvəl müavin vəzifəsində işləyən Mir-Məhəmməd Ələkbərli də bu iş birliyininə daxildir. Elvin Bəxtiyarlı tələbələrdən sertifikat, tədbirlərdə iştiraka görə pul yığırdı.İndi isə Mir-Məhəmməd Ələkbərli ekskursiyalar, gəzintilər adı ilə iki qat pul yığma ənənəsini davam etdirərək Elvin və Xəqani müəllimlə bölüşür.2021-ci ilin mart ayı Novruz bayramı ərəfəsində Elvin Bəxtiyarlı və Mir-Məhəmməd Ələkbərli, həmçinin Həmkərlar İttifaqının sədri İlham Aslanzadə Rektorun yüksək vəzifəyə təyin etdiyi vəzifəli şəxsləri pul mükafatları olan zərflər və qiymətli hədiyyələr paylayırdılar. Bunu çəkib ictimailəşdirən işçi işdən çıxarıldı. Əslində universitetin pedaqoji heyətinin və izibati işçilərinin təbrikə ehtiyacı olduğu halda onlar diqqətdən kənarda qalırlar və hər kəsin gözü önündə bu cür xoşagəlməz rüşfət paylanması müşahidə olunur. Uzun müddət İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı olan və rüşfətxorluğu ilə tələbələrin ikrah hissini qazanan İlham Aslanzadə eyni ənənəsini rəhbəri olduğu Həmkərlar İttifaqının sədri vəzifəsində davam etdirir. Belə ki, yaxın əlaqəsi olduğu insanlara yardım adı ilə pul yazıb yarı bölmək, putyovkaları od qiymətinə satmaqla gününü keçirir. Universitetdə tələbələrə olan davranış ürək açan deyil.


Tələbələr məzun olduqdan sonra bütün universitetlərdən fərqli olaraq aylarla diplom almaq üçün sürünürlər. Diplomların yazılması üzrə təyin olunan mütəxəssis tanınan rəssam, təsisçisi olduğu şirkət rəhbəri olduğuna görə ay ərzində iki dəfə işə gəlir. Digər vaxtları şirkətdə özəl kurslar verir, tv proqramlarda iştirak edir. Tələbələrin tədrisinə gəlincə heç bir tədris plan, proqramı yenilənməyib.Tədris olmadığına görə, tələbələrin akademik göstəriciləri də formal qiymətləndirilir.Bir müəllim onlarla magistrantın Elmi rəhbəri olmağa məcbur edilir.Əslində isə bir qrupa görə maaş alır. Belə hallar müəllim əməyinin istismar olunması ilə yanaşı, tədrisin keyfiyyətinin tamamilə azaldılmasına gətirib çıxardır. Rektor əsas odur, tələbələr şikayət etməsinlər deyir. Universitetin elektron kitabxanası yoxdur. Rəsmi sayt tamamilə köhnə informasiyalarla yüklənib, axtarış keçidi işləmir.


Yeməkxana və sanitar qovşaqları, yataqxana ürək dağlayan vəziyyətdədir. Tələbələrin dərs prosesinə qoşulduğu KOİKA sistemi sıradan çıxdığna görə pandemiya dövründə tələbələrin çoxu dərsə whatsapp proqramı ZOOM platforması vasitəsi ilə qoşulurlar. AzTU-da inkişaf üzdə görünüş xarakteri daşıyır. Bir neçə laboratoriya “TİKA”-nın vəsaiti ilə açılıb.Həmin laboratoriyalar gəlin otağı kimi qorunur.Qapısı kilidli saxlanılır. Avadanlıqları universitetin mütəxəssisi Murad Qurbanov işlədə bilir. Mütəxəssis olduğuna görə o da tələbələrə dərs deyə bilməyədiyinə görə, tələbələrin bu bir neçə laboratoriyada nə vaxtsa nə isə öyrənəcəkləri hələlik bəlli deyil.


Universitetdə hökm sürən təhsil mühitinə yaraşmayan xoşagəlməz hallar haqqında çox yazmaq olar. Biz arzu edərdik ki, AzTU-nun rektoru şəhid məzunlardan birinin evinə gedib özünü ictimaiyyətə yaxşı insan obrazında təqdim etdiyi kimi, müharibə iştirakçıları və qazi tələbələrin kəsrlərini ləğv etdirərdi. Bir sıra universitetlərin rektorları bu təşəbbüsü irəli sürüb icra etdiyi halda, Vilayət Vəliyev hərbiçilərlə onlayn formatda keçirilən görüş zamanı buna söz verdi lakin sonradan icra etmədi. Hələ rektorun yerlisi universitetin nəzdindəki Nəqliyyat və Rabitə Kollecinin təqüd yaşına çatmış direktoru Bəxtiyar Bəxtiyarovun rəhbərlik etdiyi kollecdə rüşfətxorluğun tüğyan etməsi kimi faktların şərhə ehtiyacı yoxdur.Rektorun Sumqayıt Kimya Sənayə Parkının həmtəsisçisi, prorektor Çetin Elmazsla Türkiyədə ortaq şirkət sahibi olduğunu qeyd ediri.Ümid edirik ki, Azərbaycan Respublikasının Prezident Administrasiyası, Azərbaycan Respublikiasının Təhsil Nazirliyi bu qədim və texniki bazası zəngin olan universitetə biganə qalmayacaq və daxili yoxlama keçirib növbəti proseslərin qarşısını alacaqlar".


Mövzu diqqətimizdədir...

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...


GUNDEMXEBER.AZ


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Texniki Universitetin günahı nədir? - MÜƏLLİMLƏR HARAY ÇƏKİR...

    Texniki Universitetin günahı nədir? - MÜƏLLİMLƏR ...

    3-11-2021, 11:53

  • 
  • Müəllimlər İnstitutunun bağlanan filiallarının müəllimlərinə xoş xəbər

    Müəllimlər İnstitutunun bağlanan filiallarının ...

    30-01-2014, 12:55

  • 
  • Şamaxıda müəllimlər niyə etiraz edir? - Müraciət

    Şamaxıda müəllimlər niyə etiraz edir? - Müraciət ...

    1-02-2019, 12:18

  • 
  • Dekan Fazil Həsənov Texniki Universitetdə rüşvət terroru əsdirir

    Dekan Fazil Həsənov Texniki Universitetdə rüşvət ...

    29-01-2014, 12:22

  • 
  • Müəllimlər İnstitutu Pedaqoji Universitetə birləşdirildi - SƏRƏNCAM

    Müəllimlər İnstitutu Pedaqoji Universitetə ...

    26-11-2015, 20:16


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu