Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevin PENSİYA QAYÇILAMASININ daha bir qurbanı bu körpə baladır.
Gundemxeber.Az DİA.AZ-a istinadən bildirir ki, körpənin anası Dilavər Əsədova bildirir ki, övladı beyin iflici xəstəsi olmasına baxmayaraq, 8 aydır müavinəti kəsilib. Balaxanıda yaşayan ailənin durumu olduqca ağırdır. Xəstə körpənin anası bildirir ki, övladını xəstəxanalar da qəbul etmir, atası belə uşağını atıb gedib: "Dedi ki, mən uşaqlara baxa bilmirəm..." Fəryad edən ananın ümidi dövlətin ədalətli qərarına, dövlətin sahiblənməsinədir. Daha ətraflı aşağıdakı videomaterialda:
Qeyd edək ki,şikayətçi ananın özü də əlildir və işləmə qabiliyyəti yoxdur.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?