GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Rektor Hesablama Palatasını da satın alıb? - İLGİNC İDDİALAR...

Rektor Hesablama Palatasını da satın alıb? - İLGİNC İDDİALAR...

Tarix: 18-01-2022, 14:18 Bölmə :GündəmXəbər / Manşet Baxış: 646

Xatırladaq ki, bu yaxınlarda aktualxeber.az saytında “ADAU-nun “dərsə gəlməyən müəllimlər”i”, “ADAU-da DİM-in nüfuzuna kölgə salanlar”, “Oliqarx rektorun yeni tikdiyi 5-ci villası” və digər başlıqlı məqalələr dərc etmişdik. Məqalələrdə qeyd etmişik ki, Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) təkcə elmi-tədris mühitindəki geriləmələri ilə diqqət çəkmir, eləcə də həcmi 100 minlərlə ölçülən korrupsiya bataqlığına bənzəyir. ADAU-da önəmli vəzifələri qəsb etmiş məlum bir qrup əsas qanunları və dövlətin təhsil strategiyasını ayaqlar altına sərərək, aqrar mütəxəssis hazırlığında elmi potensiala gerilikçi davranışları ilə maliyyə və inzibati maxinasiyalara da qorxmadan imza atırlar.Adıkeçən təhsil ocağının rektoru başda olmaqla, əsabələrinin də etdiklərinin cəzasızlıq mühitində yoğrulmasından ortaya çıxan bir çox eybəcərliklər özünün ölçü meyarlarına görə ölkəmizdə analoqu olmayan rəzaləti yaradır. ADAU-da saxta elmi adların daşınmasından və paylanmasından tutmuş, plagiatlığın başbilənlər tərəfindən normal qarşılanması tədris mühitilə bərabər, digər maddi maxinasiyalar üçün də qızıl açar rolu olub. Universitetdə 80 hektarı əhatə edən tədris-təcrübə təsərrüfatındakı proseslər, pedoqoji-istehsalat təcrübələrinə ayırmalar, illik dövriyyəsi küllü miqdarı aşan tələbə və müəllim həmkarlar təşkilatlarının əlindəki rəqəmlər də kağızlardan-kağıza köçürülür. Yerli Həmkarlar Təşkilatının müstəqilliyi pozulur, büdcəsinin də necə məsrəf edilməsi rektorun şəxsən özünə bəllidir.
2016-cı ildə Hesablama Palatasının ADAU-da keçirdiyi maliyyə yoxlamaları zamanı “ölü canlar” maxinasiyası vasitəsilə 500 min manatlıq dövlət vəsaitinin mənimsənilməsi faktının aşkarlandığı faktı gündəmə gəlmişdi. Maxinasiyanın isə birbaşa rektor İbrahim Cəfərovun göstərişi ilə baş verdiyi yazılırdı. Gundemxeber.az aktualxeber.az-a istinadla bildirir ki, Aqrar Universitetin nəzdində olan 5 elmi sahəvi labaratoriyalarda təcrübə aparan işçilərin sayı azı 5 dəfə artırılıb və həmin “ölü can”ların adına əmək haqqı yazılaraq götürüldüyü iddia edilirdi. Bundan başqa Universitetin 4 laboratoriyasında 70-dən çox şəxsin adı iş cədvəlində yazılsa da, əmək haqqlarının rektor İ.Cəfərova çatdırıldığı bildirilirdi. Bütün bunlara baxmayaraq bu tədris ili rektor rüşvət müqabilində yenidən 80-ə yaxın təhsilə aid olmayan adamı ADAU-da işlə təmin edibdir. Rüşvətlə işə qəbuldan əldə etdiyi çirkli pullarla isə Göygöl yolunda “Sevimli market”in arxasında tikdirdiyi 5-ci villasını təmir edib və Goran qəsəbəsində yerləşən mebel dükanından bu yaxınlarda 50.000 manata mebel dəstləri alıbdır. Maraqlıdır ki, Hesablama Palatasının maliyyə yoxlaması 5 ildən bir aparılmalı olduğu halda İbrahim Cəfərovun himyədarları sayəsində bu günə qədər də aparılmayıb və yubadılmaqdadır. Çünki bilirlər ki, bu yoxlamalar rektorun ən azı vəzifəsiylə vidalaşmasına gətirib çıxara bilər. Bir maraqlı məqama da toxunaq ki, İ.Cəfərov Elmi Şura qarşısında bu günə qədər maliyyə hesabatı verməyibdir.
“Universitetin tozu da mənə bəsdir deyən”, rüşvətsiz və korrupsiyasız idarəçiliyindən dəm vuran ADAU rektoru sən demə elə də kasıb deyilmiş. Əksinə, ölkəmizin yeganə aqrar təhsil ocağının rəhbəri “adi tozla” lüks və eyş-işrətli həyat tərzi sürürmüş. Rektorun villaları, bahalı son model maşınları, rektorluğu dönəmində Bakıda və Gəncədəki göydələnlərdə almağa macal tapdığı bir neçə bahalı mənzilləri varmış. Rektorun var-dövləti barədə bilgilərin sübutu kimi redaksiyamıza fotoşəkillər təqdim edən, adlarının açıqlanmasını istəməyən professor-müəllim heyəti bildirir ki, İbrahim Cəfərov övladlarına aldığı inomarka maşınların özü qədər dövlət nömrə nişanları da uzun illərdir hamıda maraq doğurur. Belə ki, ADAU rektoru üçün universitetdən ayrılan “BMW” markalı xidməti avtomaşının da, özünün və ailə üzvlərinin mülkiyyətində olan maşınların da nömrələrinin sonu “333”-dür və bu təsadüfi hal deyil. Deyilənlərə inansaq, rektor məhz “333” rəqəmini öz uğuru hesab edir.Həqiqətən maraqlıdır, hazırda rektorun öz xidməti maşını (10 AA 333) da, digər Cəfərovların idarə etdikləri son model – “BMW” və “Hyunday Elantra” markalı avtomaşınlar da nömrə sonluğunda “333” rəqəmini gəzdirir. Verilən məlumata görə, rektor bir neçə il əvvəl Göygöl rayonu Aşıqlı-Köşkü kəndində “Noxudluq” deyilən ərazidə özünə mini villa da tikdirib. 10 sotdan artıq torpaq sahəsində yerləşdirilən villa-daçanın tikintisinə isə azı 200 min manat vəsait xərcləndiyi deyilir.Bundan əlavə, Gəncənin Totanlı ərazisindəki 3 mərtəbəli villanın dəyəri milyonlarla ölçülür. Digər məlumata görə, ADAU rektoru illər əvvəl universitetin müəllimləri üçün tikilib istifadəyə verilmiş mehmanxana tipli yataqxanadan özünə bir neçə mənzil alıb və çox zaman da özünü “kasıb və sadə” göstərsin deyə oradakı mənzillərində qalır.
Mövzuya qayıdacağıq və qarşı tərəfi də dinləməyə hazırıq. 


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rektor ADAU-da müxalifətçini dekan seçdirir- Prezident İlham Əliyevə MÜRACİƏT

    Rektor ADAU-da müxalifətçini dekan seçdirir- ...

    13-01-2022, 11:57

  • 
  • Azərbaycan Dövlət Aqrar Universitetinin ( ADAU ) rektoru İbrahim Cəfərov öz tay-tuşları kimi orta məktəbi bitirəndə ali məktəbə daxil ola bilməyib.

    Azərbaycan Dövlət Aqrar Universitetinin ( ADAU ) ...

    19-05-2021, 11:55

  • 
  • Tədris ustası ADAU rektoruna tənələr yağdırdı: - “Siz rektor olandan bəri…”

    Tədris ustası ADAU rektoruna tənələr yağdırdı: - ...

    4-05-2020, 14:56

  • 
  • ADAU-nun vəzifəli şəxsinin plagiatlığı - Rektorun ADI HALLANIR...

    ADAU-nun vəzifəli şəxsinin plagiatlığı - Rektorun ...

    13-11-2021, 12:44

  • 
  • Rektordan Nazirlər Kabinetinin qərarına hörmətsizlik - İLGİNC FAKT

    Rektordan Nazirlər Kabinetinin qərarına ...

    12-12-2020, 20:43


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (381)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu