GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Məktəb direktorunun “müştəbeh macəraları”ndan Emin Əmrullayevin xəbəri varmı?

Məktəb direktorunun “müştəbeh macəraları”ndan Emin Əmrullayevin xəbəri varmı?

Tarix: 1-02-2022, 14:16 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 119

     

Yəqin ki, Xaçmaz rayonunun Düztahiroba kənd ibtidai məktəbində yaşanan biabırçılıqları ölkəmizin təhsil sahəsinin üzqarası hesab etsək, heç də yanılmarıq. Buna əsas səbəb, bu ibtidai məktəbdə xadimə vəzifəsində çalışan 31 yaşlı Ağabalayeva Sultanağa Əbülfət qızının üz-üzə qaldığı macəraların varlığıdır. Belə ki,  Sultanağa Ağabalayeva tərəfindən GundemXeber.az saytının redaksiyasına göndərilən şikayət ərizəsində müəyyən məqamlara toxunulur və bu təhsil müəssisəsində direktor vəzifəsini daşıyan Tərlan Qurbanovun hansı əməl sahibi olduğu hər kəsə də çatdırılır. Yəni, şikayətçi xanım ərizəsində yazır ki, “Mən 2013-cü ildən Düztahiroba kənd ibtidai məktəbində xadimə işləyirəm və ötən illər ərzində hər zaman işimin öhdəsindən layiqincə gəlməyi bacarmışam. Son vaxtlar direktor Tərlan Qurbanov söz ataraq, mənə qarşı müəyyən təkliflərə yol verir, xoşagəlməz addımlarını atır. Məsələn, hallar olur ki, qapını döyüb direktorun olduğu sinifə daxil oluram, o halda o, “Sən mənə baxmağa gəlmisən” deyir. Hətta, Tərlan Qurbanov iki dəfə mənə “Gəl belimi ovuşdur” deyib və daha sonra “Çəkim nə qədər olar?” deyə, mənə sual da verib. Ötən günlərin birində o, mənə “Sənin niyə mobil telefonun yoxdur, zəng edəndə mənə cavab verəsən. Yoxdursa, razı ol sənə telefon alım. Əgər mənim dediyimi etməsən, o halda səni işdən çıxardacağam” deyib, məni işdən çıxaracağı ilə hədələyir. Düzdür, həmin vaxtlarda Tərlan Qurbanovun əməlləri ilə bağlı həyat yoldaşıma nəsə demədim. Çünki, fikirləşdim ki, kənd yeridir, hər şey ötüb keçər. Mən belə düşünsəm də, direktor vəzifəsini daşıyan bu şəxs isə günü-gündən həddini aşmağa başladı. Son anda ehtiyat etdim və baş verənlərin hamısını həyat yoldaşıma dəqiqliklə danışdım. Həyat yoldaşım Tərlan Qurbanovun əməlləri ilə bağlı polisə müraciət etsə də, polis əməkdaşları məni günahkar çıxartdılar və şikayət ərizəsini geri götürməyimi qəti şəkildə tələb etdilər. Düztahiroba kənd ibtidai məktəbi direktorunun əməlləri ilə bağlı Xaçmaz Rayon Təhsil Şöbəsinə də müraciət etsək, təəssüflər olsun ki, Tərlan Qurbanovla bağlı bir kimsə hansısa tədbiri görmədi”.

   Bəli, bütün bunlar onu sübut edir ki, gözdən uzaq, könüldən qıraq ərazidə yerləşən Düztahiroba kənd ibtidai məktəbində Tərlan Qurbanov, bu gün özünü “firon” qismində görür və düşündüyü hər cür addımını atmağa da qərar verir. O halda sual oluna bilər ki, görəsən direktor vəzifəsini daşıyan bu şəxsin atdığı addımlardan cənab Nazirin məlumatı varmı? Yoxdursa, şikayətçi Sultanağa Ağabalayevanın bildirdiklərini vaxt tapdıqca nəzərdən keçirsin və belə bir əməlin sahibi olan Tərlan Qurbanovun Azərbaycanın təhsil sistemində çalışıb-çalışmaması məsələsinə özü qərar versin. Bu yöndə apardığımız araşdırmalar zamanı o da məlum oldu ki, Düztahiroba kənd icra nümayəndəsi də bu məsələdə maraqlı tərəf olur və o da, Sultanağa Ağabalayevadan şikayət ərizəsini geri götürməyi tələb edir. Onu da qeyd etmək yerinə düşər ki, son vaxtlar əksər media qurumlarında, sosial şəbəkələrdə və s. təhsil müəssisələrində yaşanan biabırçılıqlarla bağlı yazılar, müəyyən video-çəkilişlər yayımlanır. Düztahiroba kənd ibtidai məktəbinin direktoru bu cür əməllərə qol qoyursa, deməli məktəbli şagirdlərin atdıqları addımlara adi baxmaq gərəkdir. Qarşı tərəfi də dinləyə bilərik.

 GundemXeber.az

Qarşı tərəf:

  Düztahiroba kənd ibtidai məktəbində baş verənlərlə bağlı direktor Tərlan Qurbanovdan (01 fevral 2022-ci il tarixdə, saat 12:45-də) məsələlərə münasibət bildirməsini xahiş etdikdə o, “Bilirsiniz, danışılanlar şər-böhtandır. Qeyd olunanlarla bağlı Xaçmaz polisinə müraciət olunub, iş polisdədir. Sultanağa Ağabalayeva xadimə olsa da, o, səhər saatlarında işə gəlmir, yalnız günorta saatlarından sonra məktəbə gəlib təmizlik işlərini həyata keçirir. Sultanağanın günahı yoxdur, bütün işləri qarışdıran onun qayınanasıdır” deməklə kifayətləndi. Düşündürücü hal odur ki, direktor bu kimi işlərdə xadimənin qayınanasını bu və ya digər formada ittiham etsə də, redaksiyamıza şikayət ərizəsi konkret olaraq Sultanağa Ağabalayevanın tərəfindən daxil olub.

  Bu yöndə araşdırmalarımızı davam etdirəcəyik.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Gəncə təhsilinə “üzqaralığı gətirən” hansı məktəb direktorudur? - ŞOK FAKT

    Gəncə təhsilinə “üzqaralığı gətirən” hansı məktəb ...

    15-09-2020, 17:54

  • 
  • ​ P. Nəzərov adına 60 saylı məktəbdə Nazirin​ əmrinə məhəl qoyulmayıb – MÜDHİŞ RƏZALƏT

    ​ P. Nəzərov adına 60 saylı məktəbdə Nazirin​ ...

    31-10-2021, 12:29

  • 
  • Ucar rayonunda müəllimə məktəb direktorunu hansı əməllərinə görə ittiham edir?

    Ucar rayonunda müəllimə məktəb direktorunu hansı ...

    8-11-2018, 16:21

  • 
  • Emin Əmrullayevin məktəb direktoru qarşıdurmaya zəmin yaradır- ŞOK İTTİHAMLAR

    Emin Əmrullayevin məktəb direktoru qarşıdurmaya ...

    7-11-2020, 09:49


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (30)
İyul 2025 (586)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu