GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Emin Əmrullayevin məktəb direktoru qarşıdurmaya zəmin yaradır- ŞOK İTTİHAMLAR

Emin Əmrullayevin məktəb direktoru qarşıdurmaya zəmin yaradır- ŞOK İTTİHAMLAR

Tarix: 7-11-2020, 09:49 Bölmə :GündəmXəbər / Manşet Baxış: 618
Emin Əmrullayevin məktəb direktoru qarşıdurmaya zəmin yaradır- ŞOK İTTİHAMLAR


​ ​ Yeni tədris ili başlanandan indiyə kimi Gəncə şəhərindəki Mircəlal Paşayev adına 39 saylı tam orta məktəbdə yaşananlar, daha çox isə, adı çəkilən bu təhsil ocağına rəhbərlik edən Nizami Rzayevin həyata keçirdiyi “müstəbeh idarəçilik” haqda digər məlumatları eşitdikcə, sanki şoka deyil, birbaşa “şökə” düşməli oluruq.

Buna səbəb, məhz bu şəxsin idarəçiliyini öz düşüncə tərzinə uyğun həyata keçirməsidir. Belə ki, dolaşan söz-söhbətlərə görə Rzayev soyadını daşıyan və təqribən doqquz ilə yaxın müddət ərzində yazıçı, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, 1934-cü ildən​ Azərbaycan Yazıçılar Birliyinin​ üzvü, Azərbaycan SSR əməkdar elm xadimi,​ Azərbaycan SSR Lenin komsomolu mükafatı​ laureatı​ adlarını daşıyan Mircəlal Paşayevin də çalışdığı 39 saylı tam orta məktəbə rəhbərlik edən Nizami müəllim, hal-hazırda da “xariqələr yaratmaq”la məşğul olur. Məsələn, söylənilənlərə görə o, məktəbin ştat cədvəlində texniki işçi vəzifəsini daşıyan şəxsləri də sinif rəhbəri təyin edir. Yəni, müəyyən iddialara görə Nizami Rzayev hər kəsi, o cümlədən​ məktəbin laborantını, kitabxanaçısını və digər texniki işçilərini də 200 manat​ pulun müqabilində sinif rəhbəri təyin edir. Müəyyən hesablamalara görə o, deyəsən belə bir gedişlə gələcəkdə​ xadimələri də sinif rəhbəri təyin edəcək. Düşündürücü hal odur ki, mövcud qanunvericiliyin tələbinə görə təhsil müəssisələrində texniki işçi vəzifəsində çalışan şəxs və ya şəxslər heç zaman sinif rəhbəri təyin oluna bilməzlər. O halın varlığını da unutmaq olmaz ki, Nizami Rzayev laborantı, kitabxanaçını və s. sinif rəhbəri vəzifəsinə təyin etsə də, əslində sənədləşmə işlərində həmin vəzifəyə digər şəxslərin adları rəsmiləşdirilir. Belə bir səbəb üzündəndir ki, o, orda-burda danışır ki, mənim bu yöndə atdığım addımları bir kimsə sübuta yetirə blməz.

​ ​ ​ ​ Xüsusi qeyd olunası hallardan biri də, bu gün 39 saylı tam orta məktəbin M.C. Paşayevin adını daşımasına baxmayaraq, hal-hazırda tam əksəriyyətin Nizami Rzayevin bu təhsil ocağına rəhbərlik etməsini usandırıcı hal hesab etmələridir. Çünki əldə etdiyimiz bəzi məlumatlara görə, vaxtilə bu təhsil ocağına çox böyük hörmət-izzət sahibi olan müdrik şəxslər rəhbərlik etmişlər və 39 saylı tam orta məktəb, məhz onların sayəsində nüfuzlu təhsil ocaqlarından birinə çevrilmişdir. Hal-hazırda isə, Nizami Rzayevin rəhbərlik etdiyi bu təhsil müəssisəsində fərqli bir ab-hava hökm sürməkdədir. Məsələn, müəyyən iddialara görə uzun illər ərzində adı çəkilən bu təhsil müəssisəsində çalışan və olduqca nüfuz sahibi olan bəzi müəllimləri direktor öz davranışı və yarıtmaz idarəçiliyi ilə bezdirir. Yayılan söz-söhbətlərə görə, Nizami Rzayev çox zaman nüfuz sahibi olan bəzi müəllimlərə “Sən iclasda yatırsan” deməkdən də ehtiyat etmir. Bundan əlavə, pensiyaya çıxmaq üçün yaş həddi çatan elə nüfuzlu müəllim var ki, direktor onların yaş həddinin tamam olmasını səbirsizliklə gözləyir. Elə ki,​ həmin müəllimlərin yaş həddi tamam olur, o halda Nizami Rzayev həmin müəllimin evinə zəng edib “Gəl ərizəni yaz da işdən çıx” deyir. Hansı ki, həmin şəxslərin Mircəlal Paşayev adına 39 saylı tam orta məktəbdə lazımi qədər zəhmətləri olmuşdur. Əslində bu təhsil müəssisəsinə rəhbərlik edən şəxs onları gül dəsti ilə yola salmalı və barələrində xoş fikirlər səsləndirməli olduğu halda, Nizami Rzayev isə atdığı addımları ilə fərqli yanaşmasını ortaya qoyur. Unutmaq olmaz ki, vaxtilə M.C.Paşayevin özü də bu məktəbdə çalışmış və məktəbin nüfuzlu təhsil ocağına çevrilməsində xüsusi rol oynamışdır.

​ ​ ​ Bütün bunlara baxmayaraq, bu gün Nizami Rzayevin öz ətrafında ayrı-ayrı qruplar yaratdığı da söylənilir. Belə ki, əldə etdiyimiz bəzi məlumatlara görə o, daha çox cavanları öz ətrafına toplayır və onların da əsas işi-peşəsi, məhz bir ünvandan digər ünvana “söz daşımaq” olur. Diqqəti cəlb edən hallardan biri də, 39 saylı tam orta məktəbdə (məktəb davamlı fəaliyyət göstərən zamanlarda) ibtidai siniflərə və yuxarı sinif şagirdlərinə xidmət göstərən iki bufetin fəaliyyət göstərməsi və həmin bufetlərdə direktorun istədiyi ərzaq məhsullarını satdırması olur. Elə ki, ayın sonu çatır, o halda Nizami Rzayev hər bufeti işlədən şəxsdən müəyyən etdiyi “haqq-hesab”ı tələb edir.​

​ ​ ​ ​ İddialara görə Anar Qədimalıyevin xeyli bundan öncə Gəncə şəhər təhsil idarəsinə rəis təyin olunması, məhz Nizami Rzayevin “əl-qolu”nun bağlanması ilə nəticələnib. Belə ki, ŞTŞ-i rəisinin verdiyi tapşırıqdan sonra, 39 saylı tam orta məktəbin direktoru dərs saatlarını müəllimlərə pulla satmaqdan “vaz keçdi”.​Buna görə də, kollektiv üzvlərinin bu gün də Anar Qədimalıyevə təşəkkür etdikləri söylənilir.

​ ​ Başqa bir məqamı da qeyd edək ki, Nizami Rzayevin həyata keçirdiyi idarəçiliyin mahiyyəti ilə bağlı indiyə kimi bəzi media qurumlarında tənqidi yazılar dərc olunub. Adı çəkilən bu şəxs məqalələrdə sadalanan faktlardan hansısa nəticəni çıxartmaq, problemləri aradan qaldırmaq və s. əvəzinə, hələlik adının çəkilməsini istəmədiyimiz müəllimin “üstünə hücum çəkməyi” vəziyyətdən çıxış yolu hesab edir. Yəni, əldə etdiyimiz məlumatlara görə 39 saylı tam orta məktəbə rəhbərlik edən bu şəxsin atdığı addımlar, bu gün ailədaxili münaqişənin baş verməsinə də səbəb olmaqdadır. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.

Bu yöndə araşdırmamız davam edəcək.

GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Gəncə təhsilinə “üzqaralığı gətirən” hansı məktəb direktorudur? - ŞOK FAKT

    Gəncə təhsilinə “üzqaralığı gətirən” hansı məktəb ...

    15-09-2020, 17:54

  • 
  • Gəncə təhsilində nələr baş verir? - İTTİHAM

    Gəncə təhsilində nələr baş verir? - İTTİHAM ...

    31-10-2020, 15:36

  • 
  • Abşeronda icra başçısının tapşırığı iş gününü qeyri-iş gününə çevirir

    Abşeronda icra başçısının tapşırığı iş gününü ...

    28-03-2017, 21:12


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (30)
İyul 2025 (586)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
betboom.com/az
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu