GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Ziyalılar Ramiz Mehdiyevi istefaya çağırdı

Ziyalılar Ramiz Mehdiyevi istefaya çağırdı

Tarix: 3-02-2022, 11:44 Bölmə :GündəmXəbər / Manşet Baxış: 319

Ölkədə sovet quruluşunun yadigarlarından biri Azərbaycan Milli Elmlər Akademiyasıdır. AMEA-da müxtəlif  institutlar illərdir ki, fəaliyyət göstərsələr də, amma bu elm mərkəzlərinin funksionallığı, effektivliyi sıfıra bərabərdir. Hətta AMEA-nın ləğv olunmasını təklif edənlər də az deyil. Sirr deyil ki, hazırda AMEA öz statusundan, profilindən qoparaq fərqli bir arsenala çevrilib. Bir çox professorlar, alimlər, tanınmış ziyalılar iddia edir ki, hazırda AMEA-sı qurumun prezidenti Ramiz Mehdiyevin əlində bir siyasi mərkəz, təbliğat ruporu kimi fəaliyyətdədir.

Professor Qulu Məhərrəmlinin Demokrat.az-a bildirdiyinə görə, Azərbaycanda elmlər akademiyasının problemi bu gününün problemi deyil:



"Çox təəssüf hissi ilə demək lazımdır ki, müstəqillik dövrü akademiyanın ciddi şəkildə axsadığı bir dövrdür. Sadəcə olaraq, Ramiz Mehdiyevin bura təyin olunması, o böhranı biraz da dərinləşdirdi, sürətləndirdi. İnsanlarda elmdən daha çox başqa meyillər ortaya çıxdı. Akademiyanın sanki inzibati aparat kimi idarə etmək cəhdi, adamlara münasibət, elmi tədqiqatlardan uzaq, elm havasının boğulması, insanları elmi qüdrətinə, elmi təfəkkürünə görə deyil, başqa keyfiyyətlərinə görə irəli çəkilməsi, regionçuluq və s. kimi digər neqativ şeylərin hamısı durulub suyun üzünə çıxdı. Ona görə də, bu gün akademiya hesab edirəm ki, ciddi böhran yaşayır. Ramiz Mehdiyev elm adamı deyil, Ramiz Mehdiyev elm təşkilatçısı deyil, Ramiz Mehdiyev inzibatçıdır. O, administrativ metodlarla işləyən, əmr verən adamdır. Bundan nəsə gözləmək, guya bu elmdə nəsə edəcək, bu, çox ciddi yanlışlıqdır və fantaziyadan başqa bir şey deyil. Ona görə də, biz Elmlər Akademiyası haqqında ciddi düşünməliyik. Çoxları deyir ki, o, ləğv olunsun, amma mən bu fikirdə deyiləm. Çünki ölkənin elmi potensialı orada toplaşıb. Ancaq akademiya fərasətsiz, yalançı akademiklərdən, işbazlardan təmizlənməlidir ki, bura şəffaf elmi bir müəsisəyə çevrilsin. Bu gün texnologiya öndədir, elm öndədir. ABŞ kimi iri dövləti irəli aparan nədir? Elmdir, texnologiyadır,elmi nailiyyətlərin tətbiqidir. Azərbaycanda hələ ki, elmi tədqiqat institutları ayrı-ayrı komalardan ibarətdir. Orada qalan az-çox vicdanlı belə alimlər də işdən soyuyur. Çünki onların əməyi qiymətləndirilmir, stimullaşdırılmır. Sadəcə olaraq, təsadüfi adamların gətirib elm sferasına çıxardılması, bütün elmi potensialı məhv edir. Hesab edirəm ki, bununla bağlı ciddi tədbirlər görülməlidir. Yoxsa orada qalan az-çox alimlər də baş götürüb qaçacaq. Bu işi düzəltmək üçün enerjisi olmayan adamları işdən uzaqlaşdırmaq lazımdır. Akademiyada Ramiz Mehdiyev və başqa bir elm mərkəzində olan adamlar ölənə qədər kreslodan yapışırlar. 75-80 yaşları var, yenə müdir, rəhbər olmaq istəyirlər. Niyə? Çünki o, bu vəzifədən gedən kimi heç kim olacaq. Ancaq həqiqi alimlər bu vəzifədən yapışıb qalmazlar heç vaxt. Axı bunların ardınca gələn gənclər, enerjili insanlar var. Onlar dəyişmək, yeniləmək, tədrisi irəli aparmaq istəyirlər. Amma bu cür "qaya parçaları” həmin adamların qabağında "dəyirman daşı” kimi qalıb və imkan vermir. Ona görə də, təkcə Ramiz Mehdiyev yox, idarəçiliyə qüdrəti çatmayan, amma vəzifə marağında, sorağında, hayında olan adamların çoxu buradan uzaqlaşdırılmalıdırlar”. 

"Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri, tanınmış jurnalist Arif Əliyev açıqlamasında bildirib ki, son dövrlərin elm sistemi göstərir ki, AMEA artıq tamamilə lazımsız bir qurumdur:



"Bu gün bizdə Elmlər Akademiyası intiriqa mərkəzinə çevrilib və elmimizə demək olar ki, heç nə vermir. İndiki şəkildə öz fəaliyyətini davam eləsə, gələcəkdə də heç nə verməyəcək. Hətta, Ramiz Mehdiyev ora gedəndən sonra insanlar ora bir pensiya mərkəzi kimi qondarma adlar qoyublar.  
Odur ki, bu məsələni köklü həll etmək lazımdır. Çünki bu daha dərin kökü olan bir problemdir. Bu gün tanıdıqlarım və elmə meyl edən gənclərimiz akademiyaya getmirlər. Niyə? Çünki akademiya daxilindəki problemlər çox dərindir. Əgər Ramiz Mehdiyevlə haqq-hesab çürütmək istəyiriksə, bəli, o, getməlidir. Amma biz elmin problemini həll etmək istəyiriksə, Ramiz Mehdiyev oradan çıxardıb, Mehdi Ramizoğlunu qoysaq da, heç nə dəyişməyəcək. Əvvəllər orada başqa intiriqalar var idi, indi Ramiz Mehdiyev özünkünü gətirib. Qeyd edim ki, Ramiz Mehdiyevin özünün belə bir vəziyyətdə akademiyaya rəhbər qoyulması, bütövlükdə elmə hörmətsizlik idi. Əlbəttə, çiynində siyasi yükü olan, bu gün faktiki olaraq idarəçilik sistemindən kənara atılmış bir adama pensiya yeri düzəltdilər ki, get orada rahat otur, işini gör. Bu da sənin. O, da orada özünü əlbəttə, ağa kimi aparır. Ramiz Mehdiyevin dəyişməsi Azərbaycanda elm və akademiya problemini həll etməyəcək. Əslində, strukturun özünü tam yeniləmək lazımdır”. 

Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı isə hesab edir ki, həddən artıq yaşlı şəxslər inzibatçılıq etməməlidir və onların özləri elmlə məşğul olmalıdırlar:



"Bir çox ölkələrin təcrübəsinə söykənərək, deyə bilərəm ki, onlarda elmlər akademiyası yoxdur. Elmin inkişaf etdirilməsi, alimlərin işləməsi üçün onların dərs dedikləri universitetlərdə onlar üçün kafedralar var. Əgər Azərbaycanı götürsək, ümumən akademiya struktur kimi qalacaqsa, onda məncə, onun başında doğurdan da alim olmalıdır. Alim, yəni fəal şəkildə elmlə məşğul olan adamlar, daha yalandan kiməsə nəsə yazdırıb, akademik olanlardan danışmıram. Xarici ölkələrdə alim, professor olmaq hər hansısa bir kəşflə bağlı olur. Ona görə də, bizdə belə problemlər yaranır. Mən bütün alimlər barədə bunu deyə bilmərəm. Dediyim odur ki, elm ocaqlarında həyatlarını elmə həsr edənlər işləməlidir. Onlara normal məvacib verilməlidir ki, ora-bura baxmasınlar və doğurdan da, elmlə məşğul olsunlar. Hansısa bir elmi ixtiraları, kəşfləri olsun. Amma Azərbaycanda son illər belə şeylər rast gəlməyib, yəqin ki, gözəl kəşf olsaydı, hər halda eşidərdik, duyardıq. Ramiz Mehdiyevdən ötrü ürəyim getmir, amma akademiyadakı bəzi incəlikləri bilmək lazımdır. Bundan əvvəlki dövrdə də bir çox adam rəhbərlikdən razı deyildi. Sadəcə olaraq, problem odur ki, bu gün orada hamısı həddindən artıq yaşlı adamlardır. Böyük alim təxminən 60-70 yaş arasında olur, türklər demişkən "hoca” olur. Biz də "hoca” olacaq adamların 80-dən yuxarı yaşları var. 80 yaş isə elədir ki, fiziki cəhətdən insanın enerjisi azalan vaxtdır, çox nadir hallarda qıvraq adamlar qalır. Bax problem bundan ibarətdir. Bu insanlar artıq dincəlib, özləri elmi işlə məşğul olmalıdırlar, daha inzibatçılıq etməməlidir. Ramiz Mehdiyev ömrü boyu inzibatçılıq edib, ümumiyyətlə, elmə onun nə dəxli var idi, bilmirəm. Həm də o, bizim Prezident Aparatının inzibatçısı olub. İnzibatçı elmlə məşğul olmamalıdır, yəni problemin kökü dərindir”.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ramiz Mehdiyev AMEA-da “ordu” saxlayır – Professordan açıqlama

    Ramiz Mehdiyev AMEA-da “ordu” saxlayır – ...

    1-09-2020, 10:33

  • 
  • Onu AMEA-ya RƏHBƏR GƏTİRİRLƏR... - İDDİA

    Onu AMEA-ya RƏHBƏR GƏTİRİRLƏR... - İDDİA ...

    28-06-2021, 14:56

  • 
  • Ramiz Mehdiyev AMEA-nın prezidenti seçilib - FOTO - YENİLƏNİB-3

    Ramiz Mehdiyev AMEA-nın prezidenti seçilib - FOTO ...

    23-10-2019, 20:10

  • 
  • Ramiz Mehdiyev AMEA-da əməlli-başlı ORDU SAXLAYIR... - 11 köməkçisi var

    Ramiz Mehdiyev AMEA-da əməlli-başlı ORDU ...

    25-03-2021, 13:00

  • 
  • Ramiz Mehdiyev AMEA-ya prezident gətilir?

    Ramiz Mehdiyev AMEA-ya prezident gətilir? ...

    13-02-2013, 10:49


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (30)
İyul 2025 (586)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu