GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Ramiz Mehdiyev AMEA-da “ordu” saxlayır – Professordan açıqlama

Ramiz Mehdiyev AMEA-da “ordu” saxlayır – Professordan açıqlama

Tarix: 1-09-2020, 10:33 Bölmə :Cəmiyyət Baxış: 476
Ramiz Mehdiyev AMEA-da “ordu” saxlayır – Professordan açıqlama


Ölkədə sovet quruluşunun tək-tük, sonuncu yadigarlarından biri Azərbaycan Milli Elmlər Akademiyasıdır. Ekspertlər bildirir ki, bu struktur büdcə üçün izafi xərc olmaqdan başqa heç bir mahiyyət kəsb eləmir. İndiyə qədər hansı alimin, hansı filosofun ixtirasını, nəzəriyyəsini eşitmişik?!

Baxmayaraq ki, AMEA-da Tarix, Coğrafiya, Fəlsəfə və s. institutlar illərdir fəaliyyət göstərirlər, amma bu elm mərkəzlərinin funksionallığı, effektivliyi sıfıra bərabərdir.

Azərbaycanın sayılıb-seçilən professorları, elm adamları, deputatları dəfələrlə təklif ediblər ki, bu şəkildə mərkəzə heç bir zərurət yoxdur, onun iş prinsipləri tamamən yenilənməlidir.

Məsələn, akademiyanın Fizika İnstitutu BDU-nun Fizika fakültəsi, Energetika İnstitutu Texniki Universitetin Energetika fakültəsi ilə birləşdirilə bilər. Xüsusən son illərdə akademiya əhəmiyyətsiz bir yerə, hətta obrazlı desək, “qocalar evi”nə çevrilib.

Hazırda AMEA öz statusundan, profilindən qoparaq fərqli bir arsenala çevrilib. Daha doğrusu, qurumun prezidenti Ramiz Mehdiyevin əlində bir siyasi mərkəz, təbliğat ruporu kimi fəaliyyətdədir.

Akademik AMEA-nın rəsmi saytını da az qala şəxsi bloquna çevirib və buradan qeyri-elmi bəyanatlar səsləndirməkdədir.

Üstəlik, Avropanın bir çox yerlərində Elmlər Akademiyası yoxdur. Olanlar da forma etibarilə bizimkilərə oxşardı. Amma məzmunca fərqlidir. Formaca bizim akademiya onlara oxşardı, amma məzmun yoxdur.

Yeri gəlmişkən, akademiyanın amöb strukturu 1929-cu ildə yaradılıb. O zaman Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti yenidən təşkil edilərək Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutu (DETİ) adlandırılıb.

1945-ci il 23 yanvarda isə SSRİ Xalq Komissarları Sovetinin qərarı ilə AMEA-ya çevrildi. Bu vaxt akademiyanın 4 bölməsi, 16 elmi tədqiqat institutu, elmi tədqiqat şöbəsi, 3 muzeyi, mərkəzi elmi kitabxanası, Naxçıvan, Gəncə, Xankəndi və Qubada elmi bazaları var idi.

1945-ci il martın 31-də akademiyanın həqiqi üzvlərinin ilk ümumi iclasında Mirəsədulla Mirqasımov EA-nın prezidenti seçildi. Sonrakı illərdə Yusif Məmmədəliyev (1947-1950, 1958-1961), Musa Əliyev (1950-1958), Zahid Xəlilov (1961-1967), Rüstəm İsmayılov (1967-1970), Həsən Abdullayev (1970-1983), Eldar Salayev (1983-1997), Fəraməz Maqsudov (1997-2000), Mahmud Kərimov (2001-2013), Akif Əlizadə (2013-2019) akademiyanın prezidenti olublar. 2019-cu ildən AMEA-nın prezidenti Ramiz Mehdiyevdir.

Hazırda AMEA-da 10036 əməkdaş, o cümlədən 4700 nəfər elmi işçi, 581 elmlər doktoru, 1925 nəfər fəlsəfə doktoru çalışır. Akademiyanın 67 həqiqi üzvü və 101 müxbir üzvü var. Təsəvvür edin ki, bu qədər insan resursuna maaş ödənilir.

Professor Qulu Məhərrəmlinin “Yeni Müsavat”a bildirdiyinə görə, istənilən ölkədə, o cümlədən Azərbaycanda elmlər akademiyasının olması müsbət haldır: “Amma o necə fəaliyyət göstərməlidir, nə dərəcədə işi səmərəli olmalıdır, alimlər necə effektli nəticə əldə etməlidirlər? - bu suallar meydana çıxır. Şübhəsiz ki, bizim akademiyanın timsalında bu çox pis nümunədir.

Xüsusən humanitar tədqiqatlarla məşğul olan institutların fəaliyyətini araşdıranda görürük ki, onlar elmə heç nə vermirlər, maaş alıb çoxlu sayda işçiləri yola verirlər!"

Q.Məhərrəmlinin sözlərinə görə, hər şey işin quruluşundan asılıdır: “Bizdə müstəqillik dövründə akademiyanın işi çox effektsizdir.

Məsələn, tətbiqi elmlər canlandırılmalıdır, iqtisadiyyatla bağlı elm sahələri genişləndirilməlidir, bugünkü elm üçün vacib problemlər önə çəkilməlidir, dünya elmində hansı trendlər varsa, bizdə də araşdırılmalıdır.

Ona görə də formallığı bir tərəfə qoymalı, yalançı illik, rüblük planları kənara atmalıyıq. Həmçinin akademiya işçilərinin gündəliyini, elmi öhdəliyini, 3-5 məqalə yazmasını kənara qoymaq lazımdır.

Bununla nə elmi, nə akademiyanı şöhrətə mindirmək olar. Odur ki, AMEA-nın ləğvinin tərəfdarı deyiləm, amma onun işi tamamilə yenidən qurulmalıdır".

Q.Məhərrəmli hesab edir ki, akademiyanı yeni düşüncəli adam təzədən qura bilər: “Yeni struktur formalaşmalıdır ki, effektli fəaliyyət göstərsin.

Burada ciddi bir məsələ də akademiyanın infrastrukturuna diqqət çəkmək olmalıdır. Akademiyada təxminən 10-12 min nəfər çalışır.

AMEA-nın sovetdən qalan müxtəlif institutları var ki, adı eşidiləndə adamda heyrət və təəccüb doğurur. Məsələn, indi pandemiya şəraitində yaşayırıq, viruslar araşdırılmalıdır, Azərbaycan aliminin səsi gəlməlidir.

Çünki sovet elminə bağlanmış olsa da, bu ənənə bizdə olub. Amma hanı yaxşı neft sənayesində öndə olan alimlərimiz, akademiklərimiz?

Ona görə bir elmin ki nəticəsi yoxdur, ona yenidən baxmaq lazımdır. Bu gün gerçək tədqiqatlar, dünya elmində bizə istinad yoxdur".

Professorun fikrincə, akademiyanın işini müasirləşdirmək, ciddi elmi nəticələrə aparan problemləri seçmək, onları tədqiq etmək, dünya ilə uzlaşdırmaq çox vacibdir:

“Amma indi büdcə ayrılır, vəsait xərclənir, nə elmə, nə insanlara faydası var. Beynində hörümçək toru qurmuş insanlar akademiyada heç bir yenilik edə bilməz.

Ölkədə nə qədər yalançı dissertasiyalar, tədqiqata əsaslanmayan monoqrafiyalar yazılır, jurnallar çap olunur, bunların elmi praktika ilə heç bir əlaqəsi yoxdur. Hamısı formal xaraker daşıyır.

Bu gün qohum-əqrəbanı akademiyaya düzəltmək, yaxın adamları himayə etmək, orada yerlipərəstlik, regionçuluq sistemi formalaşıb. Bunlar Azərbaycan elmini məhvə aparan tendensiyadır və bunun qarşısı alınmalıdır.

Biz çevik, müasir, texnoloji cəhətdən yaxşı təchiz olunmuş, laboratoriyalara malik, maraqlı elmi tədqiqatlar aparan, cəmiyyətin inkişafına kömək edən, insanların rifahını yüksəldən tədqiqatlar olmalıdır ki, elmin varlığını hiss edək. Təəssüf ki, indiki halda bu yoxdur".

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ramiz Mehdiyev AMEA-ya prezident gətilir?

    Ramiz Mehdiyev AMEA-ya prezident gətilir? ...

    13-02-2013, 10:49

  • 
  • “Elmlər Akademiyasında ixtisarlar olacaq” - AMEA vitse-prezidentindən AÇIQLAMA

    “Elmlər Akademiyasında ixtisarlar olacaq” - AMEA ...

    14-11-2013, 13:03

  • 
  • Ramiz Mehdiyev açıqlama verdi

    Ramiz Mehdiyev açıqlama verdi ...

    12-05-2020, 18:33

  • 
  • “Azərbaycan Avropa qitəsinə aid edilsin”

    “Azərbaycan Avropa qitəsinə aid edilsin” ...

    7-08-2013, 17:43

  • 
  • Ramiz Mehdiyev AMEA-nın prezidenti seçilib - FOTO - YENİLƏNİB-3

    Ramiz Mehdiyev AMEA-nın prezidenti seçilib - FOTO ...

    23-10-2019, 20:10


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (30)
İyul 2025 (586)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu