GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Keçmiş icra başçısının dövləti “səhv” çıxarmaq cəhdi – Arif Qasımova yüksək vəzifə vəd olunub?..

Keçmiş icra başçısının dövləti “səhv” çıxarmaq cəhdi – Arif Qasımova yüksək vəzifə vəd olunub?..

Tarix: 3-02-2022, 15:48 Bölmə :GündəmXəbər / Manşet Baxış: 353

Vəzifə səlahiyyətlərini aşdığına, vəzifədən sui-istifadə etdiyinə, korrupsiyaya bulaşdığına, dövlət əmlakını taladığına və bu kimi digər oxşar hallara görə tutduğu postdan uzaqlaşdırılan bir çox icra başçıları görmüşük və onların bəziləri hazırda həbs həyatı yaşamaqdadırlar. Bu dövlətin malik olduğu səlahiyyətlərdən şəxsi maraqları üçün istifadə edib özünə topdağıtmaz səltənət quran, biznes imperiyası yaradan, sahibkarları, iş adamlarını rüşvət ödəmək məcburiyyəti qarşısında qoyan məmurlara – icra başçılarına öz tərs üzünü göstərməsidir və dövlət bu prinsipial yanaşmasını davam etdirməlidir.

Özündən əvvəlki və ya qonşu rayondakı icra başçısının törətdiyi qanunsuz əməllərə görə həbsə atılması faktından dərs çıxarmayan, davranşlarına çəki-düzən vermək istəməyən məmurlar isə hələ də çoxdur. Bəzliləri isə biabırçı tərzdə vəzifədən uzaqlaşdırılıblar. Məsələn, Bakı şəhəri Nizami rayonunun sabiq icra başçısı Arif Qasımov kimi. Bu şəxs tutduğu vəzifədən doğrudan da rüsvayçı bir tərzdə qovuldu. Xatırlayırsınızsa, Arif Qasımov Nizami rayonunda hektarlarla torpaq ərazisini qanunsuz şəkildə satmasına, onlarla restoranlara və digər ticarət obyektlərinə sahib olmasına baxmayaraq, bir qədər də irəli gedib Heydər Əliyev Fondunun vitse-prezidenti, hörmətli Leyla xanım Əliyevanın Nizami rayonu ərazisində məhz sakinlərin istirahətini təmin etmək məqsədilə ərsəyə gətirdiyi parkda özü üçün yeni bir restoran tikdirmişdi. Hansı ki, o yerdə körpələr oynamalı idi. Parkda Leyla xanım Əliyevann təşəbbüsü ilə idman meydançası, uşaqlar üçün müxtəlif oyun qurğuları, yaşlı nəslin təmsilçiləri üçün isə müvafiq guşələr qurulmuşdu.

Arif Qasımov kimi dövlət əmlakını talayan, “torpaq alverçisi” kimi ad çıxaran bir məmurlara isə uşaqların istirahət parkları lazım deyil. Onun kimilər restoran, kababxana, pivəxana və daha nə xanalardan başqa heç nə düşünmürlər. Gundemxeber.Az pia.az-a istinadən bildirir ki, Arif Qasımov da parkın düz ortasında özünə restoran tikdirib biznes zəncirinə daha bir halqa əlavə etmək istəyirdi. Gözünə döndüyümüz Azərbaycan Dövlət Televiziyası (AzTV) isə ərazidə çəkiliş aparıb Arif Qasımovu cümlə aləmə rüsvay etdi. Bunun ardınca prezident İlham Əliyevin sərəncamı ilə Arif Qasımov tutduğu vəzifədən uzaqlaşdırıldı.

Təsadüfi deyildi ki, bu xəbəri demək olar bütün media orqanları öz oxucularına, “Arif Qasımov vəzifədən qovuldu” şəklində təqdim etdilər.

Arif Qasımov mətbuat üçün tanış isim idi. Adına jurnalistlər tez-tez rast gəlirdilər. Korrupsiya əməlləri, qanunsuz torpaq satışı, bunun üçün ağacların kəsilməsi, sahibkarlardan müxtəlif bəhanələrlə rüşvət yığılması və sair bu kimi qanunsuz fəaliyyət nümunələri Arif Qasımovun fəaliyyətinin əsas tərəflərindən biri idi. Odur ki, onun vəzifədən qovulması kimi təqdimatlar tutduğu əməllərə tamamilə adekvat idi. Hər halda rüşvətxor məmur obrazından söhbət düşəndə Arif Qasımovun adı birincilər sırasında yada düşürdü.

Arif Qasımov həm də o adamdır ki, vəzifədən qovulandan sonra da Nizami rayonu ərazisində fəaliyyət göstərən tikinti şirkətlərinin, ticarət obyektlərinin yaxasından əl çəkmədi. Təsəvvür edin, adam rüsvayçı formada işdən qovulduğu halda, tikinti şirkətlərinin rəhbərlərinə deyirdi ki, bəs mənim adamlarım müxtəlif vəzifələrdə çalışırlar, əgər əvvəlki qaydada “öhdəliyinizi” yerinə yetirməsəz, qohumlarımın, dostlarmın vasitəsilə sizə daha ağır bədəl ödətdirəcəm. Hətta yenidən vəzifəyə gələcəyini və onun işsiz halında sözünü eşitməyənlərdən qisas alacağını iddia edirdi. Hətta deyirdi ki, onun adamları Nizami rayon İcra Hakimiyyətində hələ də müxtəlif vəzifələr tuturlar. 

Özünün getməsinə baxmayaraq, komandası (oxu mafiyası) onun əmrlərinə tabedir. Bir sözü ilə istənilən obyekti sökdürər, istənilən yeni binanın tikintisini dayandırar.

İndi Arif Qasımov yeni bir şaiyə ilə “qiymətini” saxlamağa şalışır. Bu dəfə yaxın ətrafı vasitəsilə iş adamları arasında belə söhbətlər yaydırır ki, guya onun vəzifədən qovulması səhv olub və guya indi dövlət Arif Qasımova yeni və daha yüksək vəzifə verilməsində maraqlıdır. Başqa sözlə, belə təsəvvür yaratmağa çalışır ki, sanki dövlət Arif Qasımova görə peşman olub və indi buraxılmış “səhvin” aradan qaldırılması istiqamətində iş aparılır. Adam bu qədər vəzifədə olub, amma hələ də dərk eləmir ki, dövlət heç vaxt səhv addım atmır! Dövlət yalnış qərar qəbul eləmir! Dövlət hansısa sıradan bir məmurun, özü də qanunsuz əməllərinə görə işdən qovulmuş adamın gələcək taleyinə görə narahat olmur! Dövlətin heç vaxt Arif Qasımov adında problemi ola bilməz!

Arif Qasımovun bu dəfə dövləti “səhv” çıxarmaq niyyəti sözsüz ki, yenə də onun qanunsuz yığımlara hərisliyindən irəli gəlir. Yenə də iş adamlarına, ona vaxtı ilə “haqq” ödəmiş şirkət sahiblərinə təzyiq etməyə çalışır. Amma fərqinə də varmır ki, dövlətin “səhv addım” atdığını iddia etməyin özü belə dövlətə qarşı çıxmaqdır. Sədaqəti, səmimiliyi, dövlətə və hakimiyyətə bağlılığı olsaydı, oturub-durub deməliydi ki, dövlət düz edib, dövlətin qərarları mübahisələndirilə bilməz! Amma o, bunun əksinə olaraq dövləti qınamaq həvəsinə düşüb. Yəni bu adam işdən çıxarılmasının guya səhv olduğunu iddia edəcək qədər yolunu-izini itirib. Əslində isə işdən qovulandan sonra həbsə atılmamasını dövlətin böyük lütfü kimi qiymətləndirib, gününü şükr etməklə keçirməliydi...

Arif Qaslmov kimi biabırçı tərzdə işdən qovulmuş, vəzifədə olarkən ancaq qanunsuz əməllərilə ad çıxarmış, hər hansı intellektə, dərin zəkaya, təşkilatçılıq məharətinə, yeni texnologiyalarla işləmək bacarığına malik olmayan, bir qədər də qaba, köntöy bir adam gələcəyi quran yeni komandanın tərkibində niyə yer alsın ki? Arif Qasımova daha yüksək vəzifə verilməsi hansı zərurətdən irəli gələ bilər axı? 

Normal məntiq deyir ki, Qasımovun yenidən vəzifəyə gətirilməsi heç bir halda mümkün deyil. Gələcəyi quran, inkişafı hədəfləyən, fəaliyyətini yeni çağırışlar əsasında formalaşdıranların sırasında Arif Qasımov kimi torpaq dəllallarının nə işi ola bilər?

Əlbəttı ki, heç bir işi. Standartlar çoxdan dəyişib! Bunu Qasımovun özü də yaxşı bilir. Sadəcəcənab Qasımov illərdir qurduğu rüşvət şəbəkəsini “ayaqda” saxlamağa çalışır...

Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Vəzifədən “vurulan” icra başçısının oğlunu işdən çıxartdılar - FOTO

    Vəzifədən “vurulan” icra başçısının oğlunu işdən ...

    7-07-2018, 22:41

  • 
  • Ağstafa icra başçısının nümayəndəsi HƏBS EDİLDİ

    Ağstafa icra başçısının nümayəndəsi HƏBS EDİLDİ ...

    3-05-2021, 17:19

  • 
  • Şəmkir, Neftçala və Xətainin icra başçıları vəzifədən uzaqlaşdırılır?

    Şəmkir, Neftçala və Xətainin icra başçıları ...

    8-10-2014, 14:01

  • 
  • Arif Qasımov özünə varis hazırlayıbmış... - İDDİA

    Arif Qasımov özünə varis hazırlayıbmış... - İDDİA ...

    25-01-2021, 12:15

  • 
  • Qubadlının icra başçısının böyük biznesi üzə çıxdı

    Qubadlının icra başçısının böyük biznesi üzə çıxdı ...

    22-10-2014, 22:23


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (30)
İyul 2025 (586)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu