Neçə müddətdir ki, anonsu verilən iqtidardaqxili kadr islahatlarına az müddət qalıb.
Bu barədə gundemxeber.az-a Nazirlər Kabinetindəki (NK) mötəbər mənbə informasiya verib. Xəbəri verən qaynaq iddia edir ki, elə əsas dəyişikliklərdən birinin ünvanı NK-nın özü olacaq. Məlumata görə, Baş nazirin müavinlərindən biri, habelə 2 NK yetkilisi işdən alınacaqlar.
Mənbə rayon icra başçıları ilə bağlı da ciddi islahat dalğasının müşahidə olunacağını vurğulayır.
Prosesin start düyməsinin basılmasından sonra yəqin ki, əksər icra başçılarının da postdan salınmasının şahidi olacağıq, deyən mənbə əlavə edib ki, bu zaman “vurulacaq” başçılar sırasında 5 illik müddətini tamamlamayanlar da olacaq.
Məlumata görə, yaxın vaxtlarda bəzi icra başçıları dəyişdiriləcək. Məlumatda qeyd olunur ki, ilk əvvəl ən çox narazılıq və problemlər olan rayonlardan başlanacaq.
Belə ki, ilk sıralarda Şəmkirin icra başçısı Nazim Veysovun, Xətainin icra başçısı Razim Məmmədovun və Neftçalanın icra başçısı İsmayıl Vəliyevin vəzifələrindən uzaqlaşdırılması gözlənilir.
Əlavə məlumatlarımız olacaq. Bizi izləyin... gundemxeber.az
Sorğu
Yeni dizaynımız necədir?