GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Emin Əmrullayevin Ucardakı işçisi şəhid məzarına qoyulacaq əklil pulunun çoxunu mənimsəyir? - İDDİA

Emin Əmrullayevin Ucardakı işçisi şəhid məzarına qoyulacaq əklil pulunun çoxunu mənimsəyir? - İDDİA

Tarix: 4-02-2022, 16:43 Bölmə :GündəmXəbər / Manşet Baxış: 359


 Bugünlərdə GundemXeber.Az saytının elektron poçtuna Ucar rayonu, Qarabörk kənd sakini Əliyev Allahverdi Tarif oğlu tərəfindən şikayət ərizəsi daxil olub.


Şikayətçi Allahverdi Əliyev yazır ki, “Mən Qarabörk kənd tam orta məktəbində təsərrüfat müdiri vəzifəsində çalışıram və bu vəzifədə işlədiyim ötən 12 il müddətində heç bir ciddi nöqsana yol verməmişəm. Buna baxmayaraq,  məktəbin direktoru Aysel Həmidova məndən istədiyi pulu ona verə bilmədiyim üçün, bu gün o, məni işdən çıxardacağı ilə hədələyir. Qeyd edim ki, 15 sentyabr  2020-ci il tarixdə Qarabörk kənd tam orta  məktəbinə  direktor  təyin olunan  Aysel Həmidova, vəzifəsinin icraasına başladığı ilk günlərdən   məktəbi  biznes  sahəsinə  çevirməyə başladı. Yəni, o, rəhbərlik etdiyi bu təhsil müəssisəsində təhsili inkişaf etdirmək, bu sahəyə aid problemləri aradan qaldırmaq və s. kimi işlərlə deyil, yalnız  pul  toplamaqla  məşğul olmağa başladı. Belə ki, o, bu gün də daşıdığı vəzifəsinin imkanlarından  sui-istifadə  edir, iş rejimini və onun qaydalarını, bir sözlə əmək intizamının tələblərini pozmaqda davam edir. Aysel xanım  ilin  əvvəlində dərs bölgüsü  zamanı  müəllimlərin  adına  dərs, dərnək, məşğələ və s. düzüb-qoşur  və bu yolla əldə olunan pulların  hər  ay  ona  verilməsini tələb edir. O, məktəbdə çalışan hər kəsə bir günlük icazə verirsə, həmin şəxsdən icazəyə görə 15-20  manat pul alır.  Bəzi  texniki  işçilərin  işə  davamiyyətinə  göz yumur və bunun qarşılığında  onlardan da  pul  alır. Direktor  Aysel Həmidova hər  ay  “Fond  pulu”  adı altında  müəllimlərdən  15-20  manatdan  pul  yığır ki, bu da ayda təqribən 1200 manat pul edir. O, bu ad altında pulları yığarkən “Fonda yığılan pullardan məktəbə aid xərclər ödəniləcək” deyir. Ancaq ötən 1 il 6 ay ərzində fonda yığılan pullardan cəmi bir ədəd, hansı ki, qiyməti 250 manat olan hidrofon alınıb. Hidrafona görə 125 manat pul fonda yığılan pullardan ödənilsə də, 125 manatı isə, hələ də mağazaya ödənilməyib. Aysel Həmidova hansı müəllim xəstəliyə görə bulletendə  olursa, həmin müəllimin dərs saatlarını digər əvəzləyici müəllimə həvalə edir və bu yolla da  əldə olunan pullları  mənimsəyir. Faktdır ki, direktor rəhbərlik etdiyi təhsil müəssisəsində sağlam mühit yarada bilmir və bu şəxsin əsas hədəfi, yalnız və yalnız öz cibini və xeyrini güdməsi olur. O, bütün müəllimləri və texniki işçiləri təzyiq altında saxlayır. Ona görə də, hal-hazırda Qarabörk kənd tam orta məktəbində  kütləvi  narazılıq hissi  hökm  sürməkdədir. Aysel Həmidovanın  məktəbin  hansı qaydalarla  idarə  olunmasından, müasir  təlim-tədris  texnologiyalarından heç bir xəbəri  yoxdur. Bir sözlə, onun  İKT yöndə bilikləri sıfır  səviyyəsindədir. Aysel xanım sadə yazı nümunələrini  yazmağı bacarmır, məktəbdə  kargüzarlıq  və  sənədləşmə  işləri biabırçı  vəziyyətdədir. Direktor  məktəbdə dırnaqarası “ştat” formalaşdırıb və  kimlərisə işə düzəltmək adı altında Qarabörk kənd sakinlərinin bir neçəsindən  pul alıb.  Məsələn, məktəbin bufetini işlədən Kifayət adlı kənd sakinini məktəbdə texniki işçi kimi işə götürəcəyi adı ilə ondan 2500 manat pul alıb.  Bu gün də Kifayəti nə işə götürə bilib, nə də ki, ondan aldığı pulları geri qaytarmayıb. Məktəbin ştat cədvəlində adı musiqi müəllimi kimi gedən şəxs bir gün də işə gəlməyib. Buna baxmayaraq, onun alacağı əmək haqqını hər ay Aysel Həmidova mənimsəyir.

     Direktor elə bir əməl və düşüncə sahibidir ki, o, şəhid məzarına əklil qoyulması məqsədilə  müəllimlərdən 150 manat pul toplayır və bu məbləğ puldan şəhid məzarına cəmi  20 manat dəyərində əklil qoydurur. Əslində bu cür addımın atılması rəzalətdir, utancdır, şəhid adına, şəhid ruhuna ən böyük hörmətsizlikdir. Ölkəmizdə seçkilər keçirilərkən hər yerdə olduğu kimi Qarabörk kənd tam orta məktəbində də səsvermə məntəqəsi yaradılır. Bu məqsədlə səsvermə məntəqəsinə alınmış 700 manat dəyərində yeni elektrik genratorunu və bir neçə ədəd oturaq stolunu direktor evinə aparır və evindəki köhnələri səsvermə məntəqəsinə gətirir. Bir faktı da qeyd edim ki, Babayev Zahir və onun həyat yoldaşı Babayeva Limuzər növbəlilik əsasında məktəbdə qarovulçu işləsələr də, bu şəxslər də heç zaman işə gəlmirlər.  Faktdır ki, məktəb 26 ədəd müşahidə kameraları vasitəsilə qorunur. Əgər hansı şəxsin işə gəlib-gəlmədiyini dəqiqləşdirməyə ehtiyac duyularsa, o halda müşahidə kameralarını açıb baxmaq kifayət edər. Aysel Həmidova əslən Goranboy rayonundan olsa da, o, Ucar rayonunun Qazyan kəndində ailə həyatı qurub. Direktor hər yerdə özünü hər kəsə təhsil naziri cənab Emin Əmrullayevin yaxın qohumu kimi təqdim edib, istənilən formada korrupsiya əməlləri ilə məşğul olmaqda davam edir.

   Faktdır ki, hal-hazırda Qarabörk kənd  tam orta məktəbində analoqu olmayan rəzalət yaşanmaqdadır və direktor bu təhsil ocağını biznes sahəsinə çevirməklə, sanki düşündüyü hər cür addımını atır.  Elə ki, bir kimsə bu və digər məsələlərlə bağlı ona irad bildirir, o halda o,  “Bu mənim işimdir, özüm bilərəm” deyir. Bir xatırlamanı yada salaq ki, iki mərtəbədən,  üç korpusdan və 420 şagird yerlik Qarabörk kənd tam orta məktəbi 15 sentyabr 2020-ci il tarixdə Heydər Əliyev Fondunun maliyyə dəstəyi sayəsində inşa olunaraq istifadəyə verilmişdir. Söz yox ki, Fondun prezidenti çox hörmətli Mehriban xanım Əliyevanın bu yöndə addımı, bu gün də Qarabörk kənd sakinləri tərəfindən alqışlanmaqdadır. Təəssüflər olsun ki, belə bir təhsil müəssisəsinə feodal təfəkkürlü, hansı ki, korrupsioner adı ilə tanınan bir şəxs rəhbərlik edir. Mən mətbuat vasitəsi ilə təhsil naziri cənab Emin Əmrullayevdən və hüquq-mühafizə orqanlarından xahiş edirəm ki, Ucar rayonu, Qarabörk kənd tam orta məktəbində direktor vəzifəsini daşıyan Aysel Həmidovanın əmlləri ilə bağlı hərtərəfli, obyektiv araşdırmalar aparılsın və barəsində qanuni əsaslarla tədbirlər görülsün”.

 Hörmətli oxucular! Bu yazı  Ucar rayonu, Qarabörk kənd sakini Əliyev Allahverdi Tarif oğlu tərəfindən GundemXeber.az saytının elektron poçtuna göndərilmiş şikayət ərizəsi əsasında hazırlanıb. Yazıda qeyd olunan faktlarla bağlı qarşı tərəfin də mövqeyini dinləməyə və yayımlamağa hazırıq.    

        

GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ucarda məktəb direktoru müəllimənin maaş kartını mənimsəyib - ŞİKAYƏT

    Ucarda məktəb direktoru müəllimənin maaş kartını ...

    8-11-2018, 13:27

  • 
  • Ucar rayonunda müəllimə məktəb direktorunu hansı əməllərinə görə ittiham edir?

    Ucar rayonunda müəllimə məktəb direktorunu hansı ...

    8-11-2018, 16:21

  • 
  • Təhsil şöbəsinin müdiri və üç direktor işdən AZAD EDİLDİ

    Təhsil şöbəsinin müdiri və üç direktor işdən AZAD ...

    26-05-2021, 13:02

  • 
  • Direktor çıxdı, Xatirə qaldı – Şəmkirdəki “seks qalmaqalı” bitdi

    Direktor çıxdı, Xatirə qaldı – Şəmkirdəki “seks ...

    17-01-2017, 18:05

  • 
  • Ucarda məktəb direktoru 14 yaşlı qız şagirdinə əxlaqsız təklif edib – VALİDEYNDƏN ŞOK ŞİKAYƏT

    Ucarda məktəb direktoru 14 yaşlı qız şagirdinə ...

    7-06-2021, 12:22


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (30)
İyul 2025 (586)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu