GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Ağsunun icra başçısı KİMDİR? - Əgər Rövşən Bağırovdursa...

Ağsunun icra başçısı KİMDİR? - Əgər Rövşən Bağırovdursa...

Tarix: 5-02-2022, 14:59 Bölmə :GündəmXəbər / Manşet Baxış: 547


Ağsu rayonunda sosial-iqtisadi sahədə böhranlı vəziyyət ildən-ilə dərinləşir. İşsizliyin sürətlə artması və bahalaşma rayon əhalisinin yaşayış səviyyəsini dözülməz həddə çatdırıb. 

GUNDEMXEBER.AZ-ın məlumatına görə, rayon sakinləri cumhuriyyet.az-a bildirir ki, üzləşdikləri problemləri söyləməyə rəsmi ünvan tapmırlar. Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov qəbul günlərini ləğv eləyib, əhalidən maksimum dərəcədə gizli saxlanır. Onu, başçı təyin olunandan, rayon sakinləri bir-iki dəfə H.Əliyevin heykəlinin qarşısına gül qoyanda, bir neçə dəfə də Şəhidlərin ildönümü mərasimlərində görüblər, o da uzaqdan…
Başçı ortada olmadığından, Ağsuda İH-nin yönəticisi başçının birinci müavin Füzuli Kərimlidir. F.Kərimli də pandemiyanı əsas götürərək şikayətçi təbəqəni çox vaxt qəbul eləmir. Qəbul elədiklərini də elə acılayıb yola salır ki, onunla görüşməyə peşiman olurlar. Müharibə qaziləri və iştirakçıları da F.Kərimlidən narazıdırlar, çünki onların nə işlə, nə də torpaq sahəsi ilə təmin olunmalarına köməklik göstərir. Cavabı çox sadədir: “Kəndlərdə əkinə yararlı torpaq sahəsi yoxdur, işlə bağlı isə gedin məşğulluq xidmətinə müraciət eləyin. ” Əslində isə kəndlərdə torpaq sahələri F.Kərimlinin “xeyir-dua”sıyla imkanlı adamlara icarələrə verilib, dövlət idarə və təşkilatları isə “ölü canlar”la doldurulub.
Məsələ ilə bağlı cumhuriyyet.az olaraq onu da bildirək ki, F.Kərimli uzun müddət Ağsu İH-nin Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri olub. Həmin müddətdə kənd icra nümayəndələri və bələdiyyə sədrləri məhz F.Kərimlinin seçiminə uyğun olaraq yerləşdiriliblər. Bu baxımdan rayonun bütün kəndləri onun kurasiyasındadır və onun iradəsinin əksinə olaraq heç bir kənddə rəsmi qərar qəbul olunub həyata keçirilə bilməz. F.Kərimli Ağsuda kənd təsərrüfatını elə vəziyyətə salıb ki, kəndlilər əllərindəki mal-qaranı da satıb qurtarmaq üzrədirlər, çünki örüş sahələri də imkanlı adamların inhisarındadır.
Ümumiyyətlə, Füzuli Kərimlinin rayonda əl qoymadığı sahə yoxdur. Pambıq “pripiska”larından tutmuş, zəlzələdən ziyan çəkmiş evlərin təmirinə ayrılan milyonların əridilməsinə qədər, hamısı F.Kərimlinin masasından keçir. Pambıq əkən kəndlərin icra nümayəndələri məhsul olmadığı təqdirdə, statistik plan ödənsin deyə, F.Kərimlinin göstərişi ilə rüşvət müqabilində şişirtmə rəqəmlər yazdırıblar. Ödənməli olan rüşvət indi icra nümayəndələrinin maaşlarından tutulur. Rayondan cumhuriyye.az-a verilən məlumata görə, plana uyğun olaraq, icra nümayəndələrinə 12-60 min manat civarında pullar yüklənilib.
Zəlzələdən ziyan çəkmiş evlərin təmirinə ayrılan pulların əridilməsinə gəlincə, bu məsələdə də F.Kərimli əsas fiqurlardan biridir. Belə ki, RİH-də bu işlə əlaqədar yaradılmış komissiyanın aparıcı qüvvəsi də F.Kərimlidir. Evlərin təmiri üçün Layihələndirmə İnstitutu tərəfindən tutulmuş smetalar qəti surətdə vətəndaşlardan gizlədilir, vətəndaşa yalnız İH tərəfindən kvadrat hesabı ilə podratçı təşkilatlara verilmiş cədvəl göstərilir ki, onun da maya dəyəri 3-5 min manatı aşmır. Halbuki hər evin təmiri üçün dövlət tərəfindən 15-20 min manatlıq smeta ayrıldığı söylənilir. F.Kərimli rayonun baş memarı Mirəli Qurbanovla əlbir olaraq, podratçı təşkilatın rəhbərini də “razı salmaq”la, dövlətin ayırdığı pulları öz ciblərinə bölməklə məşğuldurlar (təbii ki, başçı amili öz yerində). Bu proses keçmiş başçı Ənvər Seyidəliyevin zamanında başlanmışdı və bu gün də davam edir. Ə.Seyidəliyevdən sonra, az müddət başçı işləyən mərhum Vahid Tağıyev Ağsuya gəlişində əvvəlcə karrupsiya hallarının aşkarlanması üçün ciddi çabalar göstərdi. Mərhum başçının qəbul etdiyi vətəndaşların əsas şikayətləri müavin İqbal Mikayılovdan, baş memar Mirəli Qurbanovdan və şöbə müdiri Füzuli Kərimlidən idi. Lakin sonradan İ.Mikayılov işdən azad edilsə də, M.Qurbanov toxunulmaz qaldı, F.Kərimli isə böyüdülərək, birinci müavin oldu. F.Kərimli hansı yollarlasa Vahid Tağıyevin rəğbətini qazanmağı bacardı, üstəlik İH-də onunla hesablaşmayan vəzifəliləri də işindən aldırdı. Hazırda da İH-nin digər vəzifəlilərinin F.Kərimlidən dərin ehtiyat saxladıqları, bu üzdən ona “biət” etmək məcburiyyətində olduqları söylənilir, çünki F.Kərimlinin iradəsinin əksinə gedənlərin aqibəti məlumdur.
F.Kərimlinin xarakterinə görə idarə müdirləri tərəfindən də sevilmədiyi bildirilir. Hətta, onun, yol hərəkət qaydasını pozduğuna görə, şəxsi avtomobilinin Ağsu polisi tərəfindən cərimə meydançasına salındığı da bildirilir. Maşın demişkən, F.Kərimlinin vəzifəyə gələndən sonra az müddətdə varlanmağı bacaran kadrlardan olduğu söylənilir… Bu barədə sonra.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • YEVLAX RAYONUNDA SARAYDAXİLİ ÇƏKİŞMƏ PİK HƏDDƏ

    YEVLAX RAYONUNDA SARAYDAXİLİ ÇƏKİŞMƏ PİK HƏDDƏ ...

    6-12-2013, 12:47

  • 
  • PREZİDENTDƏN SƏRƏNCAM - Ağsunun icra başçısı vəzifəsindən azad edildi

    PREZİDENTDƏN SƏRƏNCAM - Ağsunun icra başçısı ...

    30-09-2019, 16:05

  • 
  • Ağsuya gələn həftə yeni başçı göndərilir - "Seyidəliyevlər xanədanı" yıxılır...

    Ağsuya gələn həftə yeni başçı göndərilir - ...

    6-07-2018, 10:10

  • 
  • Agsunun icra başçısı şəhid ailəsini aldadır

    Agsunun icra başçısı şəhid ailəsini aldadır ...

    9-12-2016, 13:36

  • 
  • Ağsu: Səlim Müslümov və qohumlarının girovuna çevrilən rayon

    Ağsu: Səlim Müslümov və qohumlarının girovuna ...

    25-11-2014, 19:44


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (30)
İyul 2025 (586)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu