Agsu rayon sakini, Şəhid Xəlilov Mirfəti Məmməd oğlunun həyat yoldaşı, II qrup Əlil Xəlilova Qəribə Kazım qızı redaksiyamıza şikayət məktubu ünvanlayıb.
Şikayətçi bildiri ki, evləri olmadığı üçün müvəqqəti olaraq qohum evində yaşayırlar. Onun bildirdiyinə görə, iki dəfə özü, iki dəfə qızı Aysel ağır cərrahiyyə əməliyyatı keçirib. Ailə hər şeyini sataraq xəstəxanalara xərcləyib. Uzun illərdir ki, əzab-əziyyətlə dolanırlar.
Onu da qeyd edək ki, onlar reablitasiya və sosial problemlərinin həlli üçün dövlətdən heç bir yardım almayıblar.
Qəribə Xəlilova bildirir ki, o, həm də Ermənistanın Vardenis rayonundan məcburi köçkündür. Şikayətçi 2005-ci ildə Agsu rayon icra hakimiyyətinə rəsmi müraciət edərək bütün sənədləri toplayıb verib. Rayonda Şəhid ailələri üçün tikilən 2 mərtəbəli 32 mənzilli binada onların da ev ilə təmin olunacağına söz verilibmiş. Lakin icra hakimiyyətində sənədləri qəsdən itirərək onları dövlət qayğısından məhrum ediblər. İki dəfə də yalandan torpaq sahəsi göstəriblər ki, bu, sizindir. Həmin torpaq sahəsinin də biri plana düşüb, birini də xəbərləri olmadan başqasına satıblar. Şəhid ailəsi uzun illərdir Ağsu rayon icra hakimiyyətinin başçısı Ənvər Seydəliyev və diğər məsul şəxslər tərəfindən aldadılıb. Şikayətçi süründürməçilik vəyalan vədlərdən bezdiyini deyir.
Sonda şikayətçi yazır: “İcra hakimiyyətinin başçısı tərəfindən idarə olunan rayonda Prezidentimiz və Ali Baş Komandammız cənab İlham Əliyevin qərar və göstərişlərinə məhəl qoyulmayaraq, bir şəhid ailəsinin dövlət tərəfindən verilən haqqı mənimsənilir. Şəhid ailəsi maddi və mənəvi zərbələrə məruz qalıb əzilirsə, digər insanlara qarşı hansı özbaşnalıqlar törədilir, bunu özünüz təsəvvür edin”. Şikayətçi aidiyyatı qurumlardan icra başçısının bu özbaşınalığı ilə bağlı tədbir görülməsini xahiş edir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?