GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Əhliman Əmiraslanovun Ramiz Mehdiyev sevgisi: “Boz Kardinal”ın gəlini rektor gətirilir?

Əhliman Əmiraslanovun Ramiz Mehdiyev sevgisi: “Boz Kardinal”ın gəlini rektor gətirilir?

Tarix: 7-02-2022, 10:52 Bölmə :GündəmXəbər / Manşet Baxış: 434

Artıq bir aydan da çoxdur ki, akademik Ramiz Mehdiyevin Milli Elmlər Akademiyasındakı qalmaqallı fəaliyyəti ilə bağlı cəmiyyətin narahatçılıqları bitib tükənmək bilmir. R.Mehdiyevin ailəsinin az qala xüsusi ailə mülkiyyətinə çevrilmiş elmi monopoliyası, sən demə, təkcə arvadı və qızı ilə bitmirmiş. Allahdan elm vergisi verilmiş bu ailənin gəlini, mediada böyük bank işlərində adı tez-tez hallanan Nigar Mehdiyevanın bu vergidən aldığı paydan niyəsə mətbuatda çox yazılmır və ictimaiyyətin də az xəbəri var. Bu xanımın vaxtaşırı iddialı səs tonu və ədası ilə onu tanımayan insanların və tələbələrin canına qorxu salmaq üçün “Mən heç bilirsən kiməm? Mən filankəsin gəliniyəm!” deməsinə baxmayaraq mətbuatdan həmişə yayına bilib. Bu, ya N.Mehdiyevanın media maqnatı olması ilə bağlıdır (bu barədə də mətbuatda xəbərlər yazılmışdır), ona görə də haqqında yazı sızdırıla bilmir, ya da başqa naməlim məsələlərlə. Keçək əsas məsələyə…

Nigar Mehdiyeva həm Tibb Universitetinin Onkologiya Xəstəxanasının baş həkimi, həm də həmin xəstəxanada mammologiya şöbəsinin müdiridir. Qayınatası kimi “elm” maqnatı və ona tay ola biləcək tibb elmini və tibb təhsilini məhv etmə üzrə fitri-istedada malik akademik Əmiraslanovun ortaq yetirməsi olan bu xanım, cumhuriyyet.az-a daxil olan məlumata görə, Moskva ilə Bakının arasında qalıb və tələm-tələsik tibb elmləri doktoru, professor olmaq istəyir. Bunu da bu tələm-tələsikliyə sövq edən akademik Ə. Əmiraslanovun ona “Çalış, tez doktorluq əldə et, səni öz yerimə təyin edəcəm. Mən getməmişdən 6 ay əvvəl sənə xəbər edəcəm, işlərini düzüb qoşarsan” deməsi olub. Burada bir məsələyə aydınlıq gətirmək istəyirəm ki, akademik Ə. Əmiraslanov N. Mehdiyevanı R. Mehdiyev Milli Elmlər Akademiyasına prezident seçiləndən təxminən 1 ay sonra baş həkim təyin edib. Haqq üçün deyək ki, bu təyinatda R. Mehdiyevin heç bir cəhdi və rolu olmayıb.

N.Mehdiyevanı bu vəzifəyə akademik Ə. Əmiraslanov ona yalvara-yalvara, günlərlə minnətli düşərək razı salıb. O vaxtadək Onkologiya Klinikasının baş həkimi Ə. Əmiraslanovun Bakıya rektor gəldiyi gündən sağ əli olmuş N.Q. olmuşdur və 12 ildən çox o vəzifəni icra etmişdir. 12 il Onkoloji Klinikanın baş həkimi olmuş və hazırda da həkimlik və cərrahi qabiliyyəti yerində olan N.Q. məhz Ramiz Mehdiyevin akademiyaya prezident seçilməsindən 2-3 həftə sonra Ə. Əmiraslanov tərəfindən hörmətsiz şəkildə vəzifədən çıxma barədə ərizə yazmağa məcbur edilmişdir. Akademik Ə. Əmiraslanovun 27 il sağ əli olmuş (necə sağ əli olması barədə az qala bütün cəmiyyət bilir) N.Q,-un niyəsə məhz Ramiz Mehdiyevin Akademiyaya prezident seçilməsindən 2-3 həftə sonra “iç üzü açıldı” və hörmətziş şəkildə bu vəzifədən atıldı. Niyəsi çox maraqlıdır. Akademik Əmiraslanov bu yolla akademik Ramiz Mehdiyevə yarınmaq, özünü ona etibarlı insan kimi sırımaq istəyirdi ki, Milli Elmlər Akademiyasındakı vəzifəsi və mövqeyi möhkəm olsun. Amma qoca akademiki bu manevr aldada bilmədi. Nəticəsi də hər kəsə məlumdur.

Qayıdaq elm vergisindən hər iki akademikdən “böyük” pay götürmüş N.Mehdiyevaya. Məlumatlı mənbənin cumhuriyyet.az-a verdiyi məlumata görə N.Mehdiyeva akademik Əmiraslanovun növbəti “səxavətin”dən yararlanmaq üçün üz tutub Rusiya Onkologiya Mərkəzinə dissertasiya üçün və oradan da “döş xərçəngi” üzrə bir dissertasiya əldə edib gəlib. Necə deyərlər, “ovu uğurlu olub”. Dissertasiyasının adı da belədir: “Первично-операбельный рак молочной железы: диагностика, клиника и лечение”. Tərcüməsi belədir: “Birinci-operabl döş xərçəngi: klinikası, diaqnostikası və müalicəsi”. Elmi rəhbəri də akademik Əmiraslanovun həmişə qulluğunda durduğu və belə məsələləri xahiş edə bildiyi akademik M.Davıdov.

Burada bir neçə maraqlı məqamlar var. Birincisi, N. Mehdiyeva 15 ildir ki, Onkologiya Klinikasının mammologiya şöbəsinin müdiridir və döş xərçəngi ilə məşğuldur. Bu illər ərzində məgər N.Mehdiyeva və müdiri olduğu mammologiya şöbəsi döş xərçəngi ilə xəstə görüb, diaqnoz qoyub müalicə etməyib ki, bunun üçün Moskvaya üz tutub?

Təbii ki, bu belə deyil, tez-tez hər birimizin qohum-qonşularımızın o xəstəxanada döş xərçəngindən müalicə aldığının şahidi oluruq. Bəs onda qayınatası “elm” maqnatı olan və hər addımda ona yarınmaqdan ötrü dəridən-qabıqdan çıxan Ə. Əmiraslanov kimi akademikin rəhbərliyi altında fəaliyyət göstərən xəstəxananın baş həkimi və mammologiya şöbəsinin müdiri olan bu xanım Moskvaya niyə üz tutub? Heç həkim olmasam da (düzdür bəzi həkim dost-tanışlarımdan məsləhət aldım bu suala cavab tapmaq üçün) dissertasiyanın adından görünür ki, burada möcüzəli heç bir tədqiqat aparılmır, bu cür tədqiqatları istənilən rayon xəstəxanasında da aparmaq olar.

Cavab çox sadədir: o dissertasiyanı yazmaq lazımdır, onu yazmaq isə elmi potensial tələb edir, bilik tələb edir. “Getdin, aldın, götürdün, gəldin” ən rahatıdır. Alim dost-tanışlarım dedi ki, doktorluq dissertasiyası üçün 15-20 məqalə dərc edilməlidir, özü də sanballı elmi jurnallarda, həm də birinci müəllif olmaq şərtilə, çünki bu, doktorluq dissertasiyasıdır. Tənbəllik etmədim, girdim Google-da axtarış verdim ki (axtarışı belə verdim: “Мехтиева, рак молочной железы”), görüm qoltuğunda hazırca dissertasiyası olan bu xanımın Rusiya jurnallarında neçə məqaləsi dərc edilib. Axtarışı verəndə Rusiya jurnallarında cəmi 6 məqalə çıxdı. 5 məqalədə müəllif ardıcıllığı belə olmuşdur:

1) С. Н. Таджибов, С. Б. Поликарпова, Т. М. Кочоян, Н. И. Мехтиева, Р. А. Керимов, А. И. Беришвили;

2) В.Е. Пономарев, С.Б. Поликарпова, Н.И. Мехтиева, Н.Ю. Шагина, Я.В. Вишневская;

3) В.Е. Пономарев, Я.В. Вишневская, Н.И. Мехтиева, С.Б. Поликарпова;

4) Н.Ю. Шагина, И.К. Воротноков, Н.И. Мехтиева, С.Б. Поликарпова;

5) Ольга Горбачева , Владимир Ивашков , Владимир Соболевский , Ольга Крохина, Н. Мехтиева.

Müəllif siyahılarında görünür ki, ən yaxşı halda N.Mehdiyevanın adı 3-cü yerdə olmuşdur, özü də elmi rəhbəri olmayan, əlaqəsiz müəllifərdən sonra. Bunlar nəyin göstəricisidir? O deməkdir ki, bu məqalələrin N.Mehdiyevanın elmi-tədqiqat işi ilə heç bir əlaqəsi yoxdur və N.Mehdiyeva o tədqiqatçılara vaxtaşırı paydan-pülüşdən verib ki, öz məqalələrini dərc etdirəndə onun da adını oralara yazsınlar. Başqa sözlə, N.Mehdiyevanın soyadı o məqalələrə müftəxor müəllif statusunda qoşulub. Əgər o məqalələr N.Mehdiyevanın işi ilə bağlı olsa idi və ya məqalələri N.Mehdiyeva özü yazsa idi, onda birinci müəllif olmalı idi, yaxud da elmi rəhbərindən sonra ikinci. Amma göründüyü kimi, elmi rəhbəri M.Davıdovun adı heç oralarda yoxdur. İnsaf xatirinə deyək ki, bircə məqalədə N.Mehdiyeva birinci və tək müəllif olmuşdur, təəssüf ki, o məqalənin başında da “обзор” yazılmışdır. İnternet axtarışı verdim ki, “обзор” məqalə nə deməkdir, məlum oldu ki, bu cür məqalələr elmi araşdırmanın nəticəsi deyil, məlumat xarakterli bir yazıdır. Bütün bunlar onun göstricisidir ki, N.Mehdiyeva elmi məqalə yazma potensialına malik deyil, amma buna baxmayaraq professor olmaqda, qayınatası və ustadı kimi elm “dühası” olmaqda iddialıdır. Bu da belə… İki “düha” akademikin cəmiyyətimizə sırımaq istədikləri, ustadlarının yoluna sadiq “elm” davamçıları.

Məsələ ilə bağlı cumhuriyyet.az olaraq axtarışı ingilis dilində də verdik (rusca verdiyim axtarışı Google Translate-də tərcümə edib yazdım), bir “review” məqalə çıxdı (“review” ingiliscə “icmal” deməkdir), o da kardioloq S.Bayramzadənin öz dissertasiyasına uyğun yazdığı məqaləsində ikinci müəllif. Bu da onu göstərir ki, bu “обзор” məqalənin də N.Mehdiyevanın dissertasiyası ilə heç bir əlaqəsi yoxdur. Demək, N.Mehdiyeva təkcə Moskvada yox, Bakıda da ondan-bundan xahiş edir ki, döş xərçənginə aid məqalələrdə onun da adını öz məqalələrinə müftəxor müəllif statusunda əlavə etsinlər. Yəni, məişət dili ilə desək, xanım ondan-bundan məqalə dilənir.

N.Mehdiyevanın özünün yazdığı “icmal” məqaləsindəki göstərdiyi elektron poçt ünvanı xüsusi məqamlardan xəbər verən ayrıca bir məna daşıyıcısıdır. Xanım Mehdiyeva müqayisə edilə bilməyən insanlarla özünü müqayisə etmək iddiası ilə alışıb yandığından özünü tibbin əsas xanımı zənn edir və bu iddialarını [email protected] (“Ladymed” ingiliscə tərcümədə “tibbin xanımı” deməkdir) elektron poçt ünvanında həkk edib. Tragikomedik bir vəziyyətdir. Alimin elmi məqalədə göstərdiyi elektron ünvan rəsmi ad-soyadını əks etdirməlidir, axı elmi məqalə psevdonimlə yazılan meyxana deyil.

Oxucuları bir sual da maraqlandıra bilər. Bəs akademik Ə. Əmiraslanovu məcbur edən nədir ki, N.Mehdiyevanı həvəsləndirir ki, “səni pensiyaya gedəndə öz yerimə təyin edəcəm”. Axı bu xanımın, məqsədyönlü araşdırmamın nəticəsinə görə, o xəstəxananın sıravi heç bir xanım həkimindən nə bilik, nə də həkimlik baxımından heç bir fərqi yoxdur. Bu iki məsələdən irəli gəlir. Birincisi, bu “xod”la hələ də R. Mehdiyevə yarınmağını tonusda saxlayır, hələ də ümidini itirməyib ki, daha perspektivalı nəyəsə nail ola bilər. İkincisi də, Ə. Əmiraslanov işə qoyma və qoydurma məsələlərində xüsusi bacarığı, fitri istedadı, “şərtləri” və “üsulları” olan bir məşhurdur. Bununla da pensiyaya getməmişdən əvvəl iri bir qızıl balığı tutub uğurlu ovla oradan vidalaşmaq istəyir.

Növbəti yazımda tibb alimlərindən məsləhət alacam ki, tələm-tələsik professor olmağa hazırlaşan N.Mehdiyevanın da adı yazıldığı elmi məqalələrin adı və məğzi ilə onun dissertasiyasının adı və qayəsi arasında bir əlaqə varmı? Bunu da ağlıma bir tarixçı alim dostum saldı, yoxsa etiraf edim ki, öz ağlım onu kəsmirdi, çünki dissertasiya yazmamışam. “Tak çto”, bu yazının davamı da olacaq, güman edirəm maraqsız olmayacaq.

Elçin ƏMİROV/cumhuriyyet.az/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ramiz Mehdiyevin daha bir villası üzə çıxdı - "“Fotoları Ramiz Mehdiyevin qızı paylaşıb"

    Ramiz Mehdiyevin daha bir villası üzə çıxdı - ...

    25-09-2020, 12:48

  • 
  • Ramiz Mehdiyevə bağlı olan media şirkəti MƏHKƏMƏYƏ VERİLDİ

    Ramiz Mehdiyevə bağlı olan media şirkəti ...

    28-06-2021, 14:38

  • 
  • Ziya Məmmədov Ramiz Mehdiyevin müdafiəsinə qalxdı: - “Hamısı qaraniyyətli adamlardır”

    Ziya Məmmədov Ramiz Mehdiyevin müdafiəsinə ...

    11-08-2020, 15:53

  • 
  • Ramiz Mehdiyev AMEA-da əməlli-başlı ORDU SAXLAYIR... - 11 köməkçisi var

    Ramiz Mehdiyev AMEA-da əməlli-başlı ORDU ...

    25-03-2021, 13:00

  • 
  • Ramiz Mehdiyev AMEA-nın prezidenti seçilib - FOTO - YENİLƏNİB-3

    Ramiz Mehdiyev AMEA-nın prezidenti seçilib - FOTO ...

    23-10-2019, 20:10


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (30)
İyul 2025 (586)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
Aposte no cassino BetBoom com dinheiro real
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu