Araşdırmaçı jurnalist Cavanşir Həsənli Facebook səhifəsində Azerfreedom YouTube kanalının bağlanması ilə bağlı məlumat yayıb. Jurnalistin paylaşdığı məlumatı olduğu kimi təqdim edirik:
"Ay həzarat! Bilən varmı Qurban Məmmədov "Azerfreedom" kanalını niyə bağlayır? İanə toplamaq nəydi, kanalı qapatmaq nədir?!
Kanalın təsisçisi Qoşqar Məmmədov (Qurban Məmmədovun oğlu) AZERFREEDOM MEDIA COMPANY LTD-nin ləğvi ilə bağlı DS01 ərizə forması ilə fevralın 1-də Britaniya Şirkətlər Evinə müraciətinə edib, bu gün müvafiq elan yerləşdirilib. Elana əsasən 2 ay ərzində şirkətin reyestrdən çıxarılması nəzərdə tutulur. Yəni maliyyə tələbləri üçün 2 ay möhlət verilir. Şirkət (kanal) tamamilə ləğv edildikdən sonra ona aid hər şey Kraliyət xəzinəsinə keçəcək.
Sorğu
Yeni dizaynımız necədir?