GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Akademik güruh, “elit” trol dəstəsi - Nə vaxtadək “milli” “daldan daş atmaq” vərdişi “yeriyəcək”?

Akademik güruh, “elit” trol dəstəsi - Nə vaxtadək “milli” “daldan daş atmaq” vərdişi “yeriyəcək”?

Tarix: 16-02-2022, 19:10 Bölmə :GündəmXəbər / Manşet Baxış: 504


AMEA prezidenti Ramiz Mehdiyevin postundan istefa verməli olmasını onun yaşı ilə bağlayanlar, nədənsə, sələfi Akif Əlizadədən 4 yaş kiçik olmasını unudurlar. Xatırladırıq ki, Akif Əlizadə AMEA prezidenti görəvindən ayrılanda 86 yaşına üç ay qalmışdı, Ramiz Mehdiyevin isə hələ iki aydan sonra 84 yaşı olacaq. ( Yeri gəlmişkən, 10 günə keçmiş AMEA prezidentinin 88 yaşı tamam olur- M. B ) Yəni yaş məsələsi, sadəcə, özünü doğrultmur. Hazırkı prezidentin sələflərindən ayrı olaraq dəqiq elm sahəsinin alimi olmaması söz konusudur, amma bu 2019-cu ilin oktyabrında qonuşulmalı idi. İndi akademik güruh elə guruldayır ki, elə bil Ramiz Mehdiyevin AMEA prezidenti seçkisində susanlar bunlar deyilmiş . Yəni “daldan atılan daş”la guruldamaq, “elit” trollar dəstəsində xorla çığır – bağır salmaqla elm sahibi, elitar təbəqə nümayəndəsi adını qazanmaq bir araya sığmır. Onu da vurğulayaq ki , akademik görəv deyil, addır və bu ad da, akademiklər tərəfindən verilir. Hazırda Moskvada olduğu deyilən, keçmiş səfir, akademik Ramiz Rizayevin sovet dönəmində akademik seçilməsinin bir neçə il gecikməsi, o çağlar gülməcəyə dönmüşdü. O vaxt kimya üzrə, yanılmıramsa , beş akademikin gizlin səsverməsi həlledici rol oynayırdı. Ramiz Həsənqulu oğlu da seçki keçirilən qapının ağzında intizarla gözləyəndə, hər çıxan akademik deyirmiş ki, sənə səs verdim. Sonda akademiklərin hamısının yalanı bəlli olmuşdu , axı gələcəyin akademikinə bir nəfərin də olsun səs verməməsini elan edilən səsvermə sayı doğrulamışdı. Onu da vurğulayaq ki, o çağlar da AMEA-nı Mərkəzi Komitənin katibi kimi Ramiz Mehdiyev kurasiya edirdi.

Ramiz Mehdiyevin istefası ilə “daldan atılan daşlar”ın yiyələri də çoxalıb. Hərə əlinə bir daş alıb atır. Nə vaxtadək “milli” “daldan daş atmaq” vərdişi “yeriyəcək”? Olmazmı, milli barışıq adına belə “daşatma” yarışlarına” son qoyulsun? Yeri gəlmişkən, şəxsi fikrimdir, Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri, içi ermənilər qarışıq, Qarabağ zəfərinə sevinir. Təbii ki, Qarabağın özündə yaşayan bir xırda qrupu çıxmaqla. İndi şair demiş, kimi bu zəfəri, Qarabağı “susuzluğun od vurub köz kimi yandırdığı dodaq su sevən kimi” istəyir, kimi “kabab üstdən sərin su pis olmaz” kimi. Kimi “iynənin ucu boyda işığa həsrət qalan göz kimi” Şuşanı görmək həsrətindədir, kimi Şuşada bir “toy mağarında işıqlardan yaranan yaraşıq kimi”. İndi barışıq çağıdır. Eynşteynin fikridir, savaşı udmaq barışı udmaqdan asandır. Savaşı udmuşuq, qalır barışı udmaq. Kiminsə anasının, həyat yoldaşının başqa millətdən olmasını aşağılıq kimi qəbul etmək də trollara xas olan keyfiyyətdir.

Gedənin dalınca daş atanlardan ayrı olaraq sadə adamların Ramiz Mehdiyevdən narazılığı olmayıb. Akif Əlizadənin AMEA işlər idarəsinin alimlər üçün tikilmiş evin bölgüsünün rüşvətlə həyata keçirilməsinə göz yumması yüzlərlə yataqxana sakininin evsiz-eşiksiz qalması ilə sonuclandı. Nə var -nə var, işlər müdiri Fətəli Abdullayev, müavini Sərdar Əliyev özlərinə 4-5 bir neçə yüz kvadrat metrlik mənzillə yetərlənməyib, prezidentə və vitse-prezidentlərə də ehtiyacı olan qocaman akademiklər kimi 5-6 mənzil ayırıblar. Hətta prokurorluq əməkdaşlarına da Şərifzadə küçəsində tikilən evdən mənzil ayrıldı, amma haqq edən aspirant, doktorantlara yox. Alimlər yeni AMEA prezidentinin işlər idarəsinin özbaşınalığına son qoyacağını gözləyirdilər və ilk çağlar bu gözlənti özünü doğrultdu, işlər müdiri Fətəli Abdullayev və Sərdar Əliyev görəvlərindən alındı, ondan sonra işləməyə imkan verilmədi.

Demək istədiyimiz odur ki, bəsdir gedəni yıxdıq -sürüdük. Bir olanı da deyək ki, yaxşı yol, yolunuz açıq olsun! Nə vaxtadək daş atmaqla baş qatacağıq? İstənilən halda, bizim razı olub -olmağımızdan asılı olmayaraq, son söz uca Tanrınındır. Arzu edək ki, Tanrı bizdən razı olsun. ..


Məğrur Bədəlsoy

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ramiz Mehdiyev AMEA-nın prezidenti seçilib - FOTO - YENİLƏNİB-3

    Ramiz Mehdiyev AMEA-nın prezidenti seçilib - FOTO ...

    23-10-2019, 20:10

  • 
  • Ramiz Mehdiyev AMEA-da əməlli-başlı ORDU SAXLAYIR... - 11 köməkçisi var

    Ramiz Mehdiyev AMEA-da əməlli-başlı ORDU ...

    25-03-2021, 13:00

  • 
  • Onu AMEA-ya RƏHBƏR GƏTİRİRLƏR... - İDDİA

    Onu AMEA-ya RƏHBƏR GƏTİRİRLƏR... - İDDİA ...

    28-06-2021, 14:56

  • 
  • Ziya Məmmədov Ramiz Mehdiyevin müdafiəsinə qalxdı: - “Hamısı qaraniyyətli adamlardır”

    Ziya Məmmədov Ramiz Mehdiyevin müdafiəsinə ...

    11-08-2020, 15:53

  • 
  • AKİF ƏLİZADƏNİN İSTEFASI QƏBUL OLUNDU – Yeni namizədlər axtarılır(Yenilənib)

    AKİF ƏLİZADƏNİN İSTEFASI QƏBUL OLUNDU – Yeni ...

    23-10-2019, 11:56


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (74)
İyul 2025 (584)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu