GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Qafqaz Müsəlmanları İdarəsində “budama” - Şeyx niyə israrla susur...

Qafqaz Müsəlmanları İdarəsində “budama” - Şeyx niyə israrla susur...

Tarix: 18-02-2022, 11:41 Bölmə :GündəmXəbər / Manşet Baxış: 353


Parlamentin son plenar iclasında “Dini etiqad azadlığı haqqında” Qanuna təklif edilən dəyişikliklər ikinci oxunuşda qəbul edildi. Yada salaq ki, bu dəyişikliklərə görə məscidlərə din xadimlərinin təyinatı Qafqaz Müsəlmanları İdarəsindən alınır. Digər dəyişikliklərə görə məscidlərə ianələr də bundan sonra kart sistemi ilə olacaq.

Maraqlıdır ki, BAXCP sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev çıxışında bu dəyişiklikləri Azərbaycan Konstitusiyasına zidd hesab edib. O deyib ki, konstitusiyanın 18-ci maddəsinə görə, din dövlətdən ayrıdır və bütün dini etiqadlar qanun qarşısında bərabərdir. Millət vəkilinin sözlərinə görə, dəyişiklik etdiyimiz “Dini etiqad azadlığı haqqında” qanunun 5-ci maddəsində qeyd olunur ki, dövlət ona aid olan hər hansı işin yerinə yetirilməsini dini qurumlara tapşırmır və onların fəaliyyətinə qarışmır. Bu necə fəaliyyətə qarışmamaqdır ki, 8-ci maddəni olduğu kimi oxuyuram: “İslam dininə aid yerlərə və ziyarətgahlara din xadimləri Qafqaz Müsəlmanları İdarəsinə məlumat verməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təyin olunur”. Bu, necə ictimai təşkilatdır ki, onun rəhbərini dövlət təyin edir?

Biz son illər ölkədə həqiqətən də hüquqi dövlət quruculuğu istiqamətində qanunvericilik bazasının yaradılması üçün çox mütərəqqi qanunlar qəbul eləmişik. Amma bu cür açıq-aşkar konstitusiyaya zidd dəyişikliklər etməklə, ümumən ölkədə konstitusiyaya və qanunlara münasibəti ifadə etmiş oluruq. Ona görə də açıq-aşkar konstitusiyaya zidd olan belə dəyişiklik etmək mümkünsüzdür. Yəni doğrudan o ziyarətgahlarda o qədər pul yığılır ki, həmin pula görə konstitusiyanı pozmağa dəyər? Biz dəyişikliklərdə şəffaflığın təmin olunması üçün hansısa normanın daxil edilməsini görmürük. Biz, sadəcə, əl dəyişməsi görürük. Yəni dünənə qədər din xadimlərini Qafqaz Müsəlmanları İdarəsi təyin edirdi, indi müvafiq orqan-yəni Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi təyin edəcək. Düşünürəm ki, bu tipli qanunların dəyişilməsinə həqiqətən ehtiyac yoxdur. Qanunlara bu cür dəyişikliklər etməklə ölkədə din-dövlət münasibətlərini zədələmək olmaz".

Göründüyü kimi, hüquqşünas deputat Şeyxin səlahiyyətlərinə müdaxiləni ölkənin əsas qanuna ziddi hesab edir. O halda, niyə bu qanun gündəmə gəlib, qanunda edilən dəyişiklik problemləri həll edəcəkmi? QMİ-də səlahiyyət “budaması”na Şeyx niyə reaksiya vermir? QMİ-nin susması nədən xəbər verir?

GUNDEMXEBER.AZ-ın "Yeni Müsavat"a istinadən məlumatına görə, ekspert Kənan Rövşənoğlu bildirdi ki, bu proses, yəni dini fəaliyyətlərin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə verilməsi artıq neçə ildir başlayıb. Buna qədər icmaların maliyyələşməsi, din xadimlərinə maddi yardımlar, dini təhsil və digər bir sıra işlər QMİ-dən alınıb komitəyə verilib: “İndi isə məscid imamı təyinatı komitəyə, yəni dövlətə keçir. Əslində QMİ də rəsmi olmasa da, dövlətə xidmət edən qurum idi. Amma artıq bu proses aparılır ki, dini fəaliyyət rəsmi dövlət qurumunun əlində olsun. Bəli, bu, nəzəri olaraq konstitusiyaya ziddir. Amma Azərbaycan hakimiyyəti bunu qanuniləşdirib. Yəni məsələn, bu cür fəaliyyətləri birbaşa dövlət orqanı deyil, məsələn, DQİDK yanında yaradılmış Mənəvi Dəyərlərin Təbliği Fondu kimi humanitar təşkilatlar edir. Düşünürəm ki, bu, daha çox Türkiyə modelinə yaxın bir formadır. O ki qaldı Qafqaz Müsəlmanları İdarəsinin səssizliyinə, QMİ sədri sonuncu dəyişiklik təklifi müzakirəyə çıxarılanda buna qarşı nəinki çıxmadı, əksinə, dəstəklədi. Şeyxülislam bir qayda olaraq dövlətlə qarşıdurmaya getmir, görünür, buna görə də etiraz etmədi”.

Ekspertin sözlərinə görə, QMİ-nin səlahiyyətlərinin bir çoxu alınsa da, Şeyx hələ də nüfuzlu şəxs kimi hakimiyyət tərəfindən dəstəklənir və güman ki, qanunlar dəyişsə də, bir çox təyinatlarda onun mövqeyi və təklifləri nəzərə alınacaq: “Lakin ümumilikdə, QMİ-nin səlahiyyətləri qanuni olaraq daraldılır. Bunun nəticələrini biz qanun qüvvəyə mindikdən sonra görəcəyik. Məsələn, İlahiyyat İnstitutunun yaradılması yaxşı bir nümunə oldu. Daha əvvəl tələbələr özəl - vəqf universitetində pullu islam təhsili alırdılarsa, indi pulsuz, dövlət hesabına təhsil alırlar. Amma ”Dini etiqad azadlığı haqqında" Qanuna son dəyişikliyin nəticələrini, dediyim kimi, qanun işləyəndən sonra görəcəyik. Nəzərə almaq lazımdır ki. ölkədə çoxlu sayda məsciddə hələ də təyinat baş tutmayıb. Real təyinatlarda da ciddi problemlər var. Qanuna yeni dəyişikliyin bu problemlərin həllinə səbəb olub-olmadığını görəcəyik".


Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Dini etiqad azadlığı haqqında" qanunda dəyişiklik edildi

    "Dini etiqad azadlığı haqqında" qanunda ...

    22-06-2017, 14:46

  • 
  • Maşınlarınızın üstünə belə yazılar yazmayın

    Maşınlarınızın üstünə belə yazılar yazmayın ...

    10-12-2015, 12:41

  • 
  • Müşfiqabad məscidi dini icması ləğv edildi

    Müşfiqabad məscidi dini icması ləğv edildi ...

    25-02-2014, 22:06

  • 
  • Müşviqabad məscidi dini icması ləğv edildi

    Müşviqabad məscidi dini icması ləğv edildi ...

    25-02-2014, 11:48

  • 
  • Şeyxin idarəsi iki dini icmanı tanımadığını bildirdi

    Şeyxin idarəsi iki dini icmanı tanımadığını ...

    31-01-2014, 14:45


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (30)
İyul 2025 (586)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu