Qafqaz Müsəlmanları İdarəsi (QMİ) İçərişəhərdəki Aşurbəy məscidində və Müşviqabad qəsəbə məscidində fəaliyyət göstərən icmalarla bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, son günlər İçərişəhərdəki Aşurbəy məscidində və Müşviqabad qəsəbə məscidində fəaliyyət göstərən icmalara Qafqaz Müsəlmanları İdarəsi tərəfindən müvafiq nəzarətin təşkil edilməməsi və ora din xadimlərinin təyin edilməməsi ilə bağlı kütləvi informasiya vasitələrində müxtəlif fikirlərə rast gəlinir.
Bununla bağlı QMİ bildirir ki, adı çəkilən məscidlər İdarənin təşkilati tabeçiliyində deyil. Belə ki, həmin məscidlərdəki dini icmalar, onlara dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçməyiblər və adı çəkilən məscidlərə QMİ tərəfindən din xadimlərinin təyinatı da həyata keçirilməyib.
“Əlavə edək ki, Müşviqabad məscidinə toplaşmış bir qrup şəxsin qeyri-qanuni əməlləri nəticəsində orada vaxtilə mövcud olmuş dini icma özünü buraxmağa məcbur olub.
Deyilən səbəblərə görə, Aşurbəy və Müşfiqabad məscidləri QMİ-nin təşkilati strukturuna daxil deyil, buna görə də həmin məscidlərə tərəfimizdən heç bir din xadimi təyin edilməyib. Odur ki, özunu həmin məscidlərin imam, axundu kimi təqdim edənləri QMİ tanımır”, - deyə məlumatda bildirilir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?