GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Ekoloji terror hələ də davam edir: Nazir bunlara seyirçidir - VİDEO // FOTO

Ekoloji terror hələ də davam edir: Nazir bunlara seyirçidir - VİDEO // FOTO

Tarix: 21-02-2022, 13:35 Bölmə :GündəmXəbər / Manşet Baxış: 262

Hər gün sosial media və sosial şəbəkələrdə ölkəmizdə yaşıllıq ağaclarının "soyqırımı"ndan bəhs edilir. Ümumiyyətlə ekologiyamızın sürətlə təhlükəyə doğru getdiyi barəsində olaraq da mütəmadi məlumatlar dərc edib, yayımlayırıq.

Yeri gəlmişkən, bir neçə dəfə qanunsuz ağac kəsimləri və digər ekoloji pozuntular barəsində məlumatları dərc etmədən öncə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) elektron ünvanına rəsmi məlumat göndərmişik. Lakin, təəssüflər olsun ki, verdiyimiz məlumatlardan yalnız biri - Binəqədi rayonu ərazisində - Tibbi Ekspertiza və Reabilitasiya mərkəzinin həyətindəki ağacların kəsilməsinə reaksiya verildi. O da natamam. Yəni, nəticələri barəsində nə bizə, nə də ictimaiyyətə heç bir məlumat verilməyib.

Qalan nə Samux rayonunda məhv edilmiş meşə zolağı,

Meşə əraziləri mənimsənilir - NAZİR HARA BAXIR ?!



nə Oğuz rayonunda kömür hazırlanan meşələr,

Nazirliyin təbiətə bəd nəzəri

nə Cəlilabad rayon Göytəpə qəsəbəsi, Qurtuluş küçəsində yerləşən istirahət parkındakı məhv edilən çoxillik yaşıllıq ağacları,

İnzibati binanın önündə cinayət xarakterli əməl



nə Yasamal rayon Tiblisi prospekti, "İST" petrolun yanındakı, konstruksiyalarla ərsəyə gəlmiş və 16-dan yuxarı çoxillik yaşıllıq ağaclarını əhatə edən, onların inkişafını məhdudlaşdıran restoran barəsində hələ də heç bir tədbir görülməyib.



Cənub meşələrinin də artıq tamamilə məhv edilməkdə olduğu barəsində sosial mediada hər gün məlumatlar paylaşılır. Nəhayət ki, heçolmasa bu məlumatlara reaksiya gəldi. Belə ki, ötən həftə yayımlanan məlumatlara görə, hətta "Bandotdel" (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi) əməliyyat keçirib və meşələrə qənim kəsilən rayon sakinlərini həbs ediblər.

Gundemxeber.az DogruXeber.az"a istinadən bildirir ki, məlumatlarda yer alan fotoşəkillər və videogörüntülərdən də aydın görünür ki, adamlar əməlli-başlı ağac biznesi qurublarmış. Təbii ki, bu da gizli-gizli baş tutacaq bir iş deyil. Etibarlı mənbələrdən əldə etdiyimiz məlumata görə sözügedən ərazidə ağacların kəsilməsinə məhz Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətli nümayəndələri özləri şərait yaradır. Amma, nədənsə, həmişə aidiyyatı qurumların bəzi məəsul şəxslərinin "ödənişli icazə"ləri ilə baş tutan qanun pozuntuları aşkar edildikdə, cəzalanan "ödəniş" alan deyil, ödəniş verən tərəflər olur. Təbii ki, qanun pozuntusu edən hər kəs - kimliyindən asılı olmayaraq, cəzasını almalıdır. Amma, təkcə qanunu pozan deyil, qanunu pozanlara şərait yaradanlar da cəzalandırılmalıdır ki, bu kimi halların davam etməsinin qarşısı alınsın.

Bəzən də səlahiyyətli şəxslər qanun pozularkən, xəbərdar olmasalar da, xəbərdar olduqda hansısa, maraqlar xatirinə həmin qanun pozan tərəfin tərəfini tuturlar. Buna Daşkəsən rayon Çanaqçı kəndində bələdiyyə sədrinə məxsus olduğu deyilən balıq göllərində aparılan araşdırmalarda iştirak edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Gəncə regional idarəsinin əməkdaşlarını misal çəkə bilərik. Hansı ki, onlar da o zaman düzgün araşdırma aparmır, üstəlik israrla bələdiyyə sədrinin mövqeyini müdafiə edirdilər.

Yeri gəlmişkən, elə həmin əməliyyat keçirilən ərazi üzrə - yəni meşələrinin məhv edildiyi deyilən ərazi üzrə 1 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsi barəsində Facebook sosial şəbəkəsi üzərindən belə bir məlumata rast gəldik:

""Hirkan" Milli Parkındakı, "ekoloji terror" gizlədilir

Bir qrup cinayətkar dəstə cənub zonasında əlbir olub meşələri talan etməklə məşğuldurlar. "Hirkan" Milli Parkının direktoru Aqil Sucayev Milli Parkda "yaşıl soyqırım" törədir.
Aqil müəllimin cinayətlərinə göz yuman və onları ört-basdır edən 1 saylı Regional Ekologiya TSİ-nin rəisi Şakir Quluyevdir.
"Hirkan" Milli Parkında olan ağacların kütləvi kəsilib, işlik material kimi Masallıdakı sexlərə daşınması, oradakı Milli Parkın torpaqlarının (ərazinin) ev yeri (həyətyanı torpaq sahəsi) kimi sakinlərə satılması və s. barədə xəbər portallarımızda kifayət qədər məlumat vermişdik.
Amma, çox təəssüflər olsun ki, bununla bağlı aidiyyatı orqanlar tərəfindən hər hansı bir addım atılmamışdır. Əksinə olaraq, oradakı cinayətlər yerli ekologiya işçiləri tərəfindən gizlədilir.

Milli Parkın müxtəlif dolaylarında adları "Qırmızı Kitab"a düşmüş və digər ağaclar kütləvi "soyqırım"a məruz qalaraq, kəsilib işlik material kimi satılır.

Bir neçə gün öncə Dövlət Ekoloji Təhlükısizlik Xidməti və 1 saylı Regiinal ETSİ-nin rəisi Şakir Quliyevlə əlaqə saxlayaraq, bildirdik ki, redaksiyamıza Milli Parkda olan qırıntılar, torpaq zəbtəri və s. barədə etibarlı mənbəmizdən kifayət qədər məlumat (videoçəkilişlər, fotoşəkillər və s) daxil olmuşdur. Biz sözügedən məlumatları xəbər portallarımızda yayımlamırıq. İstəyirik cənub zonasında olan xüsusi müxbirimizin və sizin əməkdaşların iştirakı ilə (əlimizdəki qırıntılar olan yerlərin nöqtələri olmaqla) Milli Parkda olan qırıntıları aşkar edib çəkək. O, isə bizə bildirdi ki, sizinlə getmək lazım deyil. Mən özüm şəxsən yaxın günlərdə qırıntılar olan dolayları yoxlatdıracam və sizə də bu barədə qısa zaman ərzində məlumat verəcəm. Artıq, o vaxtdan bəri 10 gündən çox vaxt keçməyinə baxmayaraq, arada bir şey yoxdur. Milli Parkın dolaylarında olan qırıntılar cinayət xarakterlidir. Şakir Quliyev isə qabaqlayıcı tədbir görüb həmin cinayətləri (qırıntıları) gizlədib, xırda bir cərimə və inzıbatı xəta ilə yola vermək istəyir və həmin kəsilən qırıntıları saxta yolla damğalatdırmaq istəyir .
Şakir Quliyevlə əvvəlcədən danışılıb Milli Parkda gedəcəyik və sonra Şakir buna razı olmadı. Burdan açıq-aşkar görünür ki, Şakir oradakı cinayətlərin üstünün açılmasını istəmir və hər bir vəchlə çalışır ki, onları ört-basdır eləsin.

Milli Parkda olan adı Qırmızı kitaba düşmüş "Budaqlı danaya" bitkisi kütləvi olaraq, oranın direktoru Aqil Sucayevlə Şakir Quliyevin şəxsi biznesinə çevrilib.
10 gün öncə cənub zonasında olan zaman Milli Parkda kəsilib daşınan "Budaqlı danaya" bitkisi barədə öncədən xəbərdar olduğumuz üçün, Şakir Quliyevə məlumat verdik və onlar bizim vasitəmizlə həmin "Budaqlı danaya"nı Milli Parkdan kəsilib daşınan zaman tuta bildilər. Amma, çox təəssüflər olsun artıq 10 gündür ki, tutulan həmin "Budaqlı danaya"nı Lənkəran Regional MTM-nin həyətində boşaldıblar və o vaxtdan orada durur. Şakir müəllim isə tutulan danaya ilə bağlı hər hansı bir tədbir görmür və bizə bu barədə heç bir məlumat da vermir.

Necə olur ki, bizim Milli Parkda olan kütləvi qırıntılar barədə xəbərimiz olur, amma Şakir Quliyev və Milli Parkın direktoru Aqil Sucayevin isə xəbəri olmur?!
Əgər olmursa, deməli bunların işlərindən xəbəri yoxdur (yəni işlərinin başında deyillər) və ərazilərində hansı proseslərin getdiyini bilmirlər?!

Qarşı tərəfin də mövqeyin dinləməyə hazırıq.

P.S. "Hirkan danaya" və "Hirkan Bigəvəri" məhz Milli Parkı bu və başqa bitkilərin mühafizəsindən ötrü yaradılıb."


"Azerinfo.az" Facebook səhifəsində yayımlanan bu məlumatlar, əməliyyat keçirilən və vətəndaşların saxlanıldığı cənub bölgəsində yaşanır. Burdan da belə aydın olur ki, "Azerinfo.az"ın da iddia etdiyi kimi zərər görmüş "Hirkan" Milli parkının direktoru Aqil Sucayev, 1 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Şakir Quliyev və digər bu cür səlahiyyət sahibləri ekologiya üzərindən öz bizneslərini qurub, qazanc əldə edirlər. İş son nöqtəyə gələndə isə 3-5 manat "çörəkpulu" xatirinə əmrə tabe olan sadə vətəndaşları güdaza verirlər.

Düşünürük ki, hüquq-mühafizə orqanları bu barədə dərin araşdırma aparıb, əsl cinayətkarlar barəsində lazımi tədbirlər görəcəkdir.

Biz hüquqi dövlətdə yaşayırıq !

QEYD: Diqqətinizə çatdırırıq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən, Daşkəsən rayon Çanaqçı kəndində, çayın məcrasında tikilmiş villa barəsində dəfələrlə müraciət edib, məlumatlar dərc etdikdən sonra, nəhayət ki, ötən həftə bizə cavab məktubu göndərilib.

Əgər, buna cavab demək olarsa...

Ötən İlin sentyabr ayının əvvəlindən bəri ardıcıl olaraq, verilən suallarımıza, bu ilin fevral ayında, yəni ETSN-nin 6 aydan sonra verdiyi cavabda bildirilir ki, "çayın məcrasında tikilən həmin malikanə Çanaqçı kəndi deyil, Qaraqollar kənd bələdiyyəsinin inzibati ərazisinə aiddir və Şahkərəm kənd sakini Məmmədov Behbud Səyyad oğluna məxsusdur. Təqribən 10-15 il əvvəl alqı-satqı yolu ilə Vahid adlı şəxsdən alınıb". Lakin, sözügedən tikintinin hansı sənədlər əsasında və necə baş tutduğu barəsində rəsmi sənədlərə söykənən heç bir məlumat isə hələ də yoxdur. Halbuki, çayın məcrasında hər hansı bir tikintinin inşasının qanuni olmadığını ETSN-nin bir neçə səlahiyyətli nümayəndələri özləri də təsdiq etmişdilər. Bu tikinti isə qanuna zidd olaraq çayın məcrasında tikilib, üstəlik digər qanun pozuntusu lə çayın axını istiqaməti süni yollarla dəyişdirilib. Hansı ki, bunu təqdim etdiyimiz görüntülərdən də aydın görmək mümkündür. Lakin ETSN-nin səlahiyyətli şəxsləri nədənsə, israrla gözümüzün gördüklərini bizə dansıtmağa çalışırlar ki, "çayın axını dəyişdirilməyib".


Əlqərəz...

Ekoloji terror hələ də davam edir: Nazir bunlara seyirçidir - VİDEO // FOTO
Ekoloji terror hələ də davam edir: Nazir bunlara seyirçidir - VİDEO // FOTO
Ekoloji terror hələ də davam edir: Nazir bunlara seyirçidir - VİDEO // FOTO

Bu fotolar Bakının Nərimanov rayonunda, Qafur Rəşad küçəsində çəkilib. Gördüyünüz kimi tikinti obyektinin ərazisində olan ağaclar mərhələli şəkildə məhv edilməkdədir. Əlbəttə ki, şəhərin mərkəzində bu mənzərəni görən yeganə insan biz deyilik. Təbii ki, bunu bizdən başqa ən azından ərazi üzrə İcra nümayəndəsi, sahə müvəkkili, ərazi üzrə Ekologiya və Təbii Sərvətlər idarəsi əməkdaşlarının görmüş olduğu mütləqdir. Amma, bəlli ki, hansısa bizə "naməlum" səbəblərdən, onların arasında bu duruma mane olmaq istəyən biri yoxdur.


Yeri gəlmişkən Qafur Rəşad küçəsindəki sözügedən tikinti obyekti hələ yaşıllıq ağaclarının "qətlinə fərman vermək"lə işə start götürərkən, biz bu barədə "həyəcan təbilini vurmuşduq". Lakin, aidiyyatı qurum o zaman da buna məhəl qoymadı, indi də...


QEYD: Növbəti yayımlarımızda bu və buna bənzər digər bir neçə qanun pozuntuları barəsində ətraflı məlumatlar dərc edəcəyik.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.


Gundemxeber.Az 

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Pambıqla "baş kəsən" sahibkarlara kimlər şərait yaradır? - VİDEO

    Pambıqla "baş kəsən" sahibkarlara ...

    15-02-2022, 18:39

  • 
  • Astarada ağac qətliamı

    Astarada ağac qətliamı ...

    10-09-2018, 11:34

  • 
  • Meşə əraziləri kimin DƏDƏ MALIDIR Kİ? - İTTİHAM VAR!

    Meşə əraziləri kimin DƏDƏ MALIDIR Kİ? - İTTİHAM ...

    7-01-2022, 11:36

  • 
  • Lerikdə yaşıllığın məhv edilməsini əks etdirən VİDEO

    Lerikdə yaşıllığın məhv edilməsini əks etdirən ...

    11-04-2020, 11:00

  • 
  • Qanunsuz ağac kəsilməsi ilə bağlı cinayət işi başlandı

    Qanunsuz ağac kəsilməsi ilə bağlı cinayət işi ...

    22-07-2017, 13:26


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (30)
İyul 2025 (586)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu