GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Yasamalda macəralar davam edir: Qurumun qərəzli mövqeyi - FOTO //VİDEO

Yasamalda macəralar davam edir: Qurumun qərəzli mövqeyi - FOTO //VİDEO

Tarix: 23-02-2022, 13:42 Bölmə :GündəmXəbər / Manşet Baxış: 271

"Mən daim bunu deyirəm, vətəndaşlara müraciət edirəm, biganə qalmayın və nəzarət edin. İctimai nəzarət bir çox məmurları bu cinayət xarakterli işlərdən çəkindirəcək. Ona görə ictimai nəzarətin hansısa institusional formatı da gərək işlənilsin. Sizin, media nümayəndələrinin bu sahədə çox böyük rolunuz var. Deyə bilərəm ki, mən bəzən xoşagəlməz hallar haqqında sizdən öyrənirəm, sizdən bu xəbəri tuturam və dərhal reaksiya verilir. Deyə bilərəm ki, bir çox hallarda mediada olan məlumatlar təsdiqlənir. Elə məlumatlar var ki, onlar qərəzli xarakter daşıyır. Amma, məlumatların mütləq əksəriyyəti təsdiqlənir və dərhal ölçü götürülür. Ona görə dövlət məmurları bilməlidirlər, onların işinə təkcə Prezident Administrasiyası yox, həm ictimaiyyət, həm də media nümayəndələri nəzarət edir."

İlham Əliyev


Ölkə başçısı: "bəzən qərəzli xarakter daşıyır" deyərkən, medianın bəzən qərəzli məlumatlar yayımlanmasına işarə etdi. Amma, məmurların mediaya qarşı qərəzindən deyəsən hər kəs xəbərsizdir.

Bir çox məmurlar var ki, onların saymazlıqları və korrupsioner fəaliyyətləri barəsində məlumatlar yayımlayan mətbuat nümayəndəsini cəzalandırmaq üçün hər vasitədən istifadə edirlər. Gah "trol"larına "irəli" əmrini verirlər, gah şantaj, gah da müxtəlif cür şər-böhtanla onun peşə fəaliyyətinə ləkə vurmağa çalışırlar. Yasamal rayon İcra Hakimiyyəti isə bu dəfə fərqli üsula əl atıb. Daha doğrusu əlinə düşən fürsətdən yararlanmağa çalışıb.

Belə ki, biz dəfələrlə Yasamal rayonunda aparılan qanunsuz tikintilərlə bağlı məlumatlar yayımlamışıq. Adımızdan da göründüyü kimi, hər zaman cəmiyyətimizə doğru xəbərlər verib, bacardığımız qədər gerçəklikləri diqqətə çatdırmışıq. Yasamal rayonunda aparılan qanunsuz tikintilər və rayon sakinlərinin İcra başçısı haqqında narazılıqlarını da olduğu kimi dərc etmişik.

"Bir qalanın sirri" - Yasamaldakı tikintilər necə həyata keçirilir?

Yasamalda "quruculuq" işləri davam etdirilir

Yeri gəlmişkən, onu da qeyd edək ki, biz Yasamal rayonunda baş verənlər barəsində dəfələrlə yazsaq da, hər dəfəsində fərqli mövzu, yaxud eyni mövzu - fərqli ünvanlardan bəhs etmişik. Bu da o deməkdir ki, sözügedən rayonun problemləri bir, iki, üç və sair deyil, saymaq üçün uzun vaxt lazım olacaq qədər çoxdur.


Misal üçün, biz ötən yayımlarımızda sakinlərin narazılığından və Yeni Yasamal 2, 1-ci Alatava, Şəfaət Mehdiyev küçəsi 97 - su anbarının üstü, Ümid Əkbərov küçəsi, Nazim Hikmət küçəsi (3 saylı "Asan xidmət"in yanı) və.s. ünvanlarında aparılan qanunsuz tikintilərdən bəhs etmişdik. Bu dəfə isə yuxarıda sadaladığımız ünvanlara daha bir əlavəmiz də var. Belə ki, əldə etdiyimiz məlumata görə Şərifzadə küçəsində (Kaktus restoranının yaxınlığında) daha bir qanunsuz tikintinin inşası həyata keçirilməkdədir.

Hazırda tikinti işləri aparılır. Yasamal rayon İcra Hakimiyyəti isə bu kimi qanundankənar halların qarşısını almaq yerinə, bütün diqqətini cəmləyib əlinə düşən, bu kimi faktları gündəmə gətirən media vasitəsini "cəzalandırma" fürsətinə. Amma, özü tərəfdarı olub, bütün fəaliyyəti dövründə qanunlara riayət edib, hər kəsdən də bunu gözləyən bir media qurumu həmçinin nümayəndəsindən "qisas" almaq üçün bu kimi ucuz davranışların yararsız olduğunu düşünmədən.

Demək, bir neçə gün əvvəl "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları rəhbərliyin göstərişi ilə və təyinat əsasında Yeni Yasamal-2, Xiyabani 8 ünvanında yeni küçə xəttinin qazlaşdırılmasına başlamaq üçün sözügedən ünvanda olublar. Lakin, həmin küçəyə yaxın binada yaşayan sakinlər qalmaqal yaradaraq, buna mane olublar. "Fədakar" İcra nümayəndəsi də "biz sakinlərin mövqeyini qoruyuruq" deyərək, duruma müdaxilə etmədi. Amma, özü də bilmirdi ki, o bu sözü deməklə qaz çəkilən digər sakinlərin hüququnu pozmuş olur.

Beləliklə, sakinlərin səs-küyü və İcra nümayəndəsinin bina sakinlərinə qarşı olan "aşırı düşkünlüyü" nəticəsində, elə İcra nümayəndəsi Fərhad adlı şəxsin göstərişi ilə qaz çəkilişi prosesi həmin gün təxirə salındı. Növbəti cəhddə yenidən həmin sakinlər etiraz etdilər. Qeyd edək ki, hər iki cəhddə Daxili İşlər Nazirliyinin "102" qaynar xətt xidmətinə məlumat verilib. Polis əməkdaşları məsələyə cəlb edilsə də yenə proses təxirə salındı.

Qeyd: Birinci cəhddən sonra Ərazi üzrə İcra nümayəndəsi Fərhad adlı şəxslə telefon əlaqəsi saxlayarkən, o bildirdi ki, "mən İcra Hakimiyyəti ilə danışdım. Ordan mənə cavab verdilər ki, "Azəriqaz"la telefon əlaqəsi saxladıq, dedilər sənədləri qaydasındadır. İşlərini davam etdirə bilərlər." Lakin, ikinci cəhddə həmin hadisələrin təkrar yaşanmasından sonra redaksiyamızın rəhbəri Kamal Əsgərov yenidən icra nümayəndəsi ilə telefon əlaqəsi saxladı. Bu dəfə isə İcra nümayəndəsi ilk dediyi sözləri dandı və bildirdi ki, "Azəriqaz"dan telefonla deyiblər sənədlərin qaydasında olduğunu. Təqdim etməyiblər. Burda narazılıq edən sakinlər də sənədləri görmək istəyirlər. Təqdim edin, problem yoxdur, işinizi görün".

Bundan sonra redaksiyamızın rəhbəri Yasamal rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsində yerləşdirilən telefon nömrələri vasitəsilə ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zöhrab Cəfərova zəng etdi. Dəstəyi qaldıran olmadı. Sonra İcra başçısının müavini Təravət xanım Muradovaya zəng etdi. Təravət xanım cavab verdi ki, "bu kimi məsələlər bizim şöbəyə aid deyil". Ardından, İnformasiya Təminat və Təhlil sektoru müdirini aradı. Nömrə işləmirdi. Daha sonra İTT sektorunda aparıcı məsləhətçi Aytək xanım Babayevaya zəng etdi. Bu dəfə isə dəstəyi Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsindən böyük məsləhətçi Tural Əsgərov qaldırdı. Məsələnin onların şöbəsinə aidiyyatı olmasa da, dinlədi və telefon nömrəsi götürdü ki, "mən deyərəm özləri əlaqə saxlayarlar". Lakin, əlaqə saxlayan olmadı.

Əlqərəz...

Beləcə qazlaşdırma prosesi bir neçə dəfə təxirə salındı.

Qeyd: Yeri gəlmişkən onu da qeyd edək ki, redaksiyamızın rəhbəri Kamal Əsgərovun yaxınları da qazlaşdırma aparılan küçədə yaşayırlar.

Proseslər zamanı sakinlərin yersiz və haqsız narazılıqlarına ərazi üzrə İcra nümayəndəsi ümumiyyətlə müdaxilə etmədi. Özünü mühəndis kimi təqdim edən Mübariz adlı şəxs sakinlərin arasında olurdu və tez-tez icra nümayəndəsi ilə telefon əlaqəsi saxlayırdı. Hər telefon zəngindən sonra sakinlər daha da israrla mane olmağa çalışırdılar. Nəhayət, qanun yadlarına düşdü və İcra nümayəndəsi bildirdi ki, "Mən İcra Hakimiyyətinə məruzə etdim, dedilər sənədlərini təqdim etsin sonra." Hətta, sənədlər təqdim edildiyi halda belə İcra Hakimiyyəti bununla qane olmayıb, digər əsaslı sənədlər - layihə və sair də tələb etməyə başladılar. "Azəriqaz" İstehsalat Birliyi tərəfindən bütün lazımi sənədlər təqdim edildikdən sonra nəhayət ki, qazlaşdırma işləri həyata keçirildi. Maraqlıdır ki, sənədlər İcra Hakimiyyətinə göstəriləndən sonra ərazidə qalmaqal yaradan bəzi sakinlər də susdular. Deyəsən, onlar da "qanunları rəhbər tutub" ona "riayət etmək istəyiblərmiş" sadəcə. Lakin, onu da qeyd edək ki, elə bəzi sakinlərdən əldə etdiyimiz məlumata görə sakinləri bu işlərə mane olmağa sövq edən İcra nümayəndəsi imiş. Əslində, "bu əvvəldən bizim ağlımıza gəlmədi" desək yalan olar. İkinci cəhddə artıq, bunu təxmin etmişdik və yanılmamışıq.
Sən demə, İcra Hakimiyyəti bu yolla haqqında doğruları yazan medianı güya cəzalandırıırmış.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır./DogruXeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İlham Əliyev: «O məmurlar bilsinlər ki...»

    İlham Əliyev: «O məmurlar bilsinlər ki...» ...

    22-07-2015, 13:35

  • 
  • Dövlət başçısı: "Jurnalistlər mənim köməkçilərimdir"

    Dövlət başçısı: "Jurnalistlər mənim ...

    20-07-2017, 14:45

  • 
  • "MTN bu saytları himayə edib"

    "MTN bu saytları himayə edib" ...

    20-11-2015, 18:47

  • 
  • Hər mənbədən doğru xəbər çıxmır

    Hər mənbədən doğru xəbər çıxmır ...

    8-02-2016, 21:28

  • 
  • Baş Prokurorluq bir neçə sayt rəhbərinə xəbərdarlıq etdi

    Baş Prokurorluq bir neçə sayt rəhbərinə ...

    19-08-2017, 15:15


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (30)
İyul 2025 (586)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu