GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Hər mənbədən doğru xəbər çıxmır

Hər mənbədən doğru xəbər çıxmır

Tarix: 8-02-2016, 21:28 Bölmə :Ölkə Baxış: 0
Hər mənbədən doğru xəbər çıxmır

Media sahəsində çalışan həmkarlarımıza tövsiyyəmizi bildiririk ki, “redaksiyaya istənilən məzmunda informasiya daxil olarkən, dərc etməzdən öncə, ilk əvvəl onun araşdırılmasına çalışın. Yəqin ki, belə bir addımların atılması, sizlərə başucalığı gətirər” 2015-ci ilin sonlarında ölkə prezidenti cənab İlham Əliyevin, yüksək çinli məmurlara bir daha ünvanladığı sərt ismarıclar, daha yaddaqalan tapşırıq oldu. Dövlət başçısı bir neçə tədbirin gedişində, o cümlədən Zirə Mədəniyyət Mərkəzinin və eko-parkın açlışında Xəzər rayonunun bir qrup sakini ilə görüşündə bildirdi ki, “vəzifə borclarını lazımınca yerinə yetirməyən məmurlar ciddi şəkildə cəzalandırılacaqlar”. Prezident məmurlarla bağlı fikirlərini bu cür də açıqladı: “Dövlət məmurları vicdanla işləməlidirlər. Onların vicdanı imkan verməməlidir ki, ayrı yolla getsinlər. Amma, ictimai nəzarət də güclü olmalıdır. Xalq da siqnal verməlidir, deməlidir, məlumat da ötürməlidir ki, bax filan yerdə bu və ya digər çatışmazlıq var. Belə olan halda, heç bir problem qarşımızı kəsə bilməz”. Bundan əlavə, ölkə rəhbəri etdiyi çıxışlarında, yaşanan problemlərin aradan qaldırılmasında mətbuatın da rolunu xüsusi vurğulayaraq bildirib ki, “ölkədə sosial ədalətsizlik, məmur özbaşınalığı, digər xoşagəlməz hallar, o cümlədən korrupsiya, rüşvətxorluq, vətəndaş hüquqlarının pozulması və.s kimi hallar, hələ də yaşanmaqdadır. Əlbəttə, bütün bunları biz bilməliyik və bunlara reaksiya da verilməlidir. Əgər reaksiya verilməyəcəksə, o halda pozuntuları törədənlər, daha böyük pozuntular da törədəcəklər. Ona görə də, belə bir işlərdə mətbuatın əvəzsiz rolu var. Mən bunu səmimi şəkildə deyirəm və xahiş də edirəm ki, media təmsilçiləri fəaliyyətlərini qanunun verdiyi formada davam etdirsinlər. Qoy həm geniş ictimaiyyət, həm o pozuntuları törədən məmurlar bilsinlər ki, heç bir yanlış hərəkət cavabsız qalmayacaq”. Yuxarıda qeyd etdiklərimizi bir daha yada salaq ki, ölkə rəhbəri etdiyi çıxışlarında daim mətbuatın rolunu qabardır və lazımınca da qiymətləndirir. Yəni, o, istəyir ki, KİV nümayəndələri vicdanla, ədalətlilik prinsipini qorumaqla peşə fəaliyyətlərini davam etdirsirlər. Təəsüflər olsun ki, bu gün əksər media təmsilçiləri daxil olan məlumatları yoxlamadan, qanunun tələbinə uyğun lazımınca araşdırmalar aparmadan, informasiyaları rəhbərlik etdikləri xəbər portallarında, qəzetlərində dərc etməklə, onları bitərəfli qaydada geniş ictimaiyyətin diqqətinə çatdırırlar. Bu da onu söyləməyə əsaslar verir ki, bu yöndə fəaliyyətini davam etdirənlər ya təcrübəsizlikdən, yada ki, KİV haqqından qanundan xəbərsiz olduqları üçün, belə bir addımlarını atırlar. Odur ki, media sahəsində çalışan həmkarlarımıza tövsiyyəmizi bildiririk ki, “redaksiyaya istənilən məzmunda informasiya daxil olarkən, onu dərc etməzdən öncə, ilk əvvəl onun araşdırılmasına çalışın. Yəqin ki, belə bir addımların atılması, sizlərə başucalığı gətirər”. Sadaladıqlarımızla bağlı onu deyə bilərik ki, hələ bir neçə gün bundan əvvəl, daha dəqiq desək 27 yanvar 2016-cı il tarixdə adının çəkilməsini istəmədiyimiz mənbə tərəfindən redaksiyamıza belə bir məlumat daxil olmuşdu ki, guya Dövlət Gömrük Komitəsi katibliyi Protokol Bölməsinin rəisi, gömrük polkovniki olan Salehli Şadiyyə Arif qızı həm biznes fəaliyyəti ilə, həm də daşıdığı vəzifəsindən kənar işlərlə də məşğul olmaqdadır. Bir redaksiya olaraq adı çəkilən xanımla əlaqə saxladıqda, o, bildirdi ki, “barəmdə deyilənlər tamamilə ağ-yalandır və heç bir həqiqəti də ifadə etmir. Odur ki, mən həm sizdən xahiş edirəm, həm də israrla bildirirəm ki, sadaladıqlarınızla bağlı lazımi araşdırmalar aparın, sonra da dərc edin”. Bəli, biz bu yöndə müəyyən araşdırmalarımızı apardıq və apardığımız araşdırmalar zamanı bəlli oldu ki, redaksiyamıza çatdırılan məlumatlar olduqca qərəzli və hansısa qaragürühçü qüvvələrin mərkli planlarının tərkib hissəsidir. Bir faktı da qeyd edək ki, hələ bir neçə gün bundan əvvəl də, bəzi saytlarda adı Şəciyyə xanım, daşıdığı vəzifəsi isə Dövlət Gömrük Komitəsi sədrinin köməkçisi kimi təqdim olunan bu xanım barəsində, olduqca qərəzli məlumatlar yayılmışdı. Təəssüflər olsun ki, məlumatı yayanlar heç bir araşdırma aparmamış və onu da müəyyən edə bilməmişlər ki, ictimaiyyətə Şəciyyə adı ilə təqdim etdikləri xanımın əsl adı Salehli Şadiyyə Arif qızıdır və daşıdığı vəzifəsi sədr köməkçisi deyil, komitədə protokol bölməsinin rəisidir. Bu cür məlumatı yayanlar, yəqin ki, atdıqları addımları ilə naşı olduqlarını və nəyə qabil olduqlarını da ortaya qoymuş olurlar. Odur ki, bu yöndə fəaliyyət göstərən media təmsilçilərinə bir daha xatırladırıq ki, Şadiyyə xanım barəsində hər hansı açıqlama yayarkən diqqətli olmaq gərəkdir. Məhz, ona görə ki, o, ən azından üzərinə düşən vəzifə borcunu kifayət qədər peşəkarlıqla yerinə yetirən, gömrük polkovniki rütbəsi daşıyan və uzun illəri əhatə edən iş təcrübəsinə malik bir xanımdır.

Mirzə

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Prezident bəzi məmurların ciddi cəzalanacağını bildirdi - Twitter

    Prezident bəzi məmurların ciddi cəzalanacağını ...

    6-02-2014, 17:25

  • 
  • İlham Əliyevdən məmurlara sərt xəbərdarlıq

    İlham Əliyevdən məmurlara sərt xəbərdarlıq ...

    25-12-2013, 00:49

  • 
  • Prokurorluq məmurlarla bağlı yazıları araşdırır

    Prokurorluq məmurlarla bağlı yazıları araşdırır ...

    18-07-2014, 21:15

  • 
  • Oqtay Əsədov da danışdı

    Oqtay Əsədov da danışdı ...

    25-08-2020, 17:12

  • 
  • Regional Mədəniyyət İdarəsinin rəisinə qarşı İTTİHAM - İLGİNC

    Regional Mədəniyyət İdarəsinin rəisinə qarşı ...

    9-04-2021, 10:30


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu