GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Gəncədə iflic vəziyyətə düşən PEŞƏ TƏHSİLİ - Nazirin nəzərinə...

Gəncədə iflic vəziyyətə düşən PEŞƏ TƏHSİLİ - Nazirin nəzərinə...

Tarix: 24-02-2022, 11:55 Bölmə :GündəmXəbər / Manşet Baxış: 417

Ticarət və Xidmət Üzrə Gəncə Dövlət Peşə Təhsili Mərkəzi 3 saylı peşə liseyində təhsil özbaşınalıqları müşahidə edilir.


 Gundemxeber.Az Demokratik.Az-a məktəbin müəllimlərindən verilən məlumata görə, deyilən ünvanda təhsil-tədris prosesləri Təhsil Nazirliyi yanında Peşə Təhsili Üzrə Dövlət Agentliyinin nəzarətindən çıxaraq bir neçə aydır liseyə rəhbər gətirilmiş Azər Rüstəmovun özbaşınalıqları və özfəaliyyət qabiliyyətlərilə idarə edilməkdədir.
Saytımızın əldə etdiyi bilgiyə görə, Gəncə Ticarət və xidmət üzrə Peşə mərkəzində fəaliyyət göstərən əksər peşə-ixtisas qruplarının şagirdləri dərslərdən yayındırılır, şagirdlərə məxsus təqaüd kartları mənimsənilməklə korrupsiya və maddi mənimsəmələrə yol verilir, işə götürülən bir neçə istehsalat-təlim ustaları günün əksər vaxtını məktəbdən kənarda keçirir.
Adlarının çəkilməsini istəməyən müəllimlər bildirir ki, cari ildə 3 illik təhsil üzrə 3 buraxılış qrupu – iki qrup “bərbər” və bir qrup "turizm agenti" üzrə təhsilə cəlb edilən şagirdlərin əksəriyyəti məktəbi tanımır. Hər qrupdan bir neçə şagird gözə dəyir. Digərlərinin də gəlmədiyi üçün təqaüd kartları dolayı yollarla direktor və əlaltıları tərəfindən mənimsənilir.
2021-22-ci tədris ili üçün birillik təhsil üzrə "bərbər" qruplarında təhsil alan şagirdlər də pandemiya bəhanəsi ilə əyani təhsildən yayındırılıblar. Liseyin 77 nömrəli 2-ci kurs "turizm agenti" və "dərzi" qruplarının şagirdlərinin də dərsə gəlmədən təhsil aldıqları bildirilir.
Lisey direktorunun özbaşınalığının şagirdlərə qarşı məhdudlaşdırılmadığı, müəllimlərə münasibətdə də meydan suladığı qeyd edilir.
Belə ki, Azər Rüstəmovun şəxsi maraqları müqabilində yeni işə aldığı bir neçə xanım istehsalat-tədris ustaları da var ki, başları xınayaxdılara qarışır, tabelə qol çəkdikdən sonra şagirdləri buraxıb hər gün öz işlədikləri gözəllik salonlarına və digər işlərinə yollanırlar. Nəticə də tədris prosesi pozulur, şagirdlər dərslərdən süni şəkildə yayındırılır, direktor və tədris ustaları arasında rüşvət mexanizmi qurulur.
56 nömrəli "turizm agentliyi" qrupunun ustası Mehri xanım İbrahimova isə məktəblə bərabər, həm "Millionerka" mağazasında satıcı, eləcə də özəl tədris kurslarının birində də dərs keçir. Təbii ki, müəllimsiz-ustasız qalan həmin qrupun şagirdləri də dərsə gəlməkdən yayına bilirlər.
Liseydə xəstə olan müəllimlərin əvəzçiliklə peşə məktəbini bitirmiş şagirdlərə verilməsi halları da yetərincədir. Mənbə bildirir ki, ali təhsilli müəllimlərlə qeyri təhsilli işçiləri seçib ayırmayan direktorun fəaliyyəti ciddi araşdırılmalı, liseydəki təhsil özbaşınalıqları aradan qaldırılmalıdır.
Lisey o haldadır ki, tikiş maşınlarının təmiri üzrə müxanik işə götürülmüş adamlar və ixtisaslarına uyğun olmayan, tamamilə öz işlərindən xəbərsiz olan müəllim və ustalar da vardır.
Xatırladaq ki, sözügedən lisey barədə dövri mətbuatda dəfələrlə oxşar özbaşınalıqlar işıqlandırılıb. Lisey rəhbərliyi dəfələrlə cəzalandırılmaqla dəyişdirilib, görünür, hazırki direktor üçün əvvəlkilərə verilən cəzalar deyil, onların oxşar özbaşınalıqları dərs olub.
Azər Rüstəmov vaxtilə sabiq direktor Fazil İsmayılovun müavini də işləmiş şəxsdir. Müavin olanda isə nöqsanlarına görə, məhz F.İsmayılov tərəfindən vəzifəsindən qovulmuş bir kadrdır.
Hesab edək ki, bu liseyin fəaliyyətinin araşdırılması, şagird kartlarının direktor tərəfindən mənimsənilməsi iddialarına aidiyyatı hüquq mühafizə orqanları da aydınlıq gətirməyə maraq göstərəcək.


Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ASAN Xidmət şagird qəbulu aparacaq

    ASAN Xidmət şagird qəbulu aparacaq ...

    11-08-2016, 00:38

  • 
  • Azərbaycanda yeni Dövlət Peşə Təhsil mərkəzləri YARADILDI - SİYAHI

    Azərbaycanda yeni Dövlət Peşə Təhsil mərkəzləri ...

    14-10-2016, 13:16

  • 
  • Peşə məktəbləri qayıdır...

    Peşə məktəbləri qayıdır... ...

    4-09-2013, 15:32

  • 
  • İlk peşə təhsili ilə bağlı yeni qanun hazırlanır

    İlk peşə təhsili ilə bağlı yeni qanun hazırlanır ...

    14-09-2016, 13:44

  • 
  • Baş nazir peşə məktəbləri ilə bağlı QƏRAR VERDİ

    Baş nazir peşə məktəbləri ilə bağlı QƏRAR VERDİ ...

    26-12-2018, 15:06


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu