Təhsil Nazirliyi ilk peşə-ixtisas təhsili ilə bağlı təbliğat kampaniyasına başlayıb. Nazirliyin yaydığı məlumata istinadən bildirir ki, nazirlik tərəfindən “Müasir Azərbaycan Peşəkarları” layihəsi hazırlanıb.
Layihə çərçivəsində müasir tipli pilot peşə təhsili komplekslərinin yaradılması nəzərdə tutulub. Həmçinin peşə məktəblərində inşaat ustası, dülgər, xarrat-parket ustası, bərbər, elektrik-qaz qaynaqçısı ixtisasları üzrə resurs mərkəzləri açılacaq.
Məlumatda qeyd edilir ki, “Konsolidayted Konstraktors Kompani” beynəlxalq şirkəti ilə birlikdə tikinti sahəsi üzrə Resurs Mərkəzinin yaradılması da planlaşdırılır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?