GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Ramiz Mehdiyevin XİN-dəki kadrı: Fətəliyev... - İLGİNC İDDİALAR...

Ramiz Mehdiyevin XİN-dəki kadrı: Fətəliyev... - İLGİNC İDDİALAR...

Tarix: 1-03-2022, 11:32 Bölmə :GündəmXəbər Baxış: 282

Azərbaycanın idarəçilik sistemində formalaşmış və dərin köklərə malik ən problemli cəhətlərindən biri məmurlar arasında mənafe davasıdır. Vəzifəyə təyin olunan məmur oturduğu kürsünü, kabineti, binanı, idarə etdiyi sahəni az qala şəxsi mülkü hesab edir və bu psixoloji amilin ciddi təsiri altında fəaliyyət göstərir. Təbii ki, buradan da korrupsiya, tayfabazlıq, qeyri-sağlam davranış, mediaya rəqiblər haqqında sifarişlər…

Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri olduğu dövrdə bu amil pik həddə çatmışdı desək, yanılmarıq. Özü intriqalara meylli olduğuna görə, yaxın ətrafının da işi-gücü təkcə dövlətin malını-mülkünü mənimsəmək, insanların dövlətdən və onun rəhbərindən narazılığına səbəb olan əməllər törətmək deyildi, həm də bir-birinə qarşı amansız mübarizə metodlarından istifadə etməklə rəqiblərini sıradan çıxartmaq idi. Düzdür, 2019-cu ilin sonlarından həyata keçirilməyə başlanan kadr islahatları nəticəsində Ramiz Mehdiyev, Əli Həsənov və digərlərinin yaratdığı bu mühitə ciddi zərbə vuruldu. Amma kimsə düşünməsin ki, məsələ bitib və hər şey öz qaydasına düşüb. Belə ki, cumhuriyyet.az olaraq bildirək ki, Mehdiyevin diqtəsi altında işləyən və keçmiş Administrasiya rəhbərinin iradəsinə tabe olan bir çox şəxs hələ də mühüm postlarda oturublar və çox böyük ehtimal ki, hələ də sifarişlər alaraq öz dağıdıcı əməllərini davam etdirirlər.
Məsələn, mediada Xarici İşlər Nazirliyi, bu strukturda çalışan məmurlar, xüsusilə səfirlər haqqında sifarişli yazılar adət halını alıb. Əksər yazılar boş söz yığınından başqa bir şey deyil, hansısa məlum faktların özünəməxsus şəkildə təqdimatıdır. Amma ümumilikdə, bir tərəfdən vəzifəyə yeni təyin olunmuş şəxslərin diskreditasiyasını hədəf götürür, digər tərəfdən də nazirlikdəki mühiti cəmiyyətə olduqca qara rəngdə təqdim edir. Təbii, kimsə də deyə bilməz ki, bu proses idarə olunmur. Görünən odur ki, Mehdiyevin bu idarədə də oturuşmuş və əski ənənələrə sadiq kadrları hələ uzun müddət ölkənin ab-havasını korlamaqda davam edəcəklər.
2012-ci ildə Seymur Fətəliyev Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdir müavini təyin olunanda onu çox az adam tanıyırdı və 1973-cü il təvəllüdlü bu gənc kadrın birdən birə yüksək vəzifəyə irəli çəkilməsi çoxlarında sual doğururdu. Bununla bbağlı cumhuriyyet.az bildirir ki, 1995-ci ildə Xarici İşlər Nazirliyində əmək fəaliyyətinə başlayan bu şəxs nə Azərbaycanın Fransadakı səfirliyində, nə ölkəmizin UNESCO yanında Daimi Nümayəndəliyində, nə də XİN Dövlət protokolu idarəsində işlədiyi dövrdə xüsusi heç nə ilə yadda qalmayıb və sanki güclü bir əl onu pillədən pilləyə irəli aparıb. Buna görə də nəzərlər Seymur Fətəliyevin atası Həbib Fətəliyevin Administrasiya rəhbəri Ramiz Mehdiyevlə şəxsi əlaqələrinə yönəldi. Vaxtilə Bakı şəhər İcraiyyə Komitəsinin sədr müvini, Nizami Rayon Partiya Komitəsinin birinci katibi, sənaye naziri, KP MK-da təlimatçı olmuş, hətta 1991-1999-cu illərdə Bakı ŞİH başçısının birinci müavini vəzifəsində çalışmış H.Fətəliyevin Ramiz Mehdiyevlə çox yaxın münasibətləri olub. Həbib müəllim 1999-cu ildə vəfat etsə də, onun Administrasiya rəhbəri ilə dostluq əlaqələri oğlu Seymur Fətəliyevin sürətli sıçrayışında mühüm rol oynamışdı.
Həmçinin, Seymur Fətəliyevin bacısı Sevinc Fətəliyeva 2020-ci il parlament seçkilərində üçüncü dəfə qanunvericvi orqana deputat seçilmişdi. Deyilənlərə görə, onun ardıcıl şəkildə üç çağırış Milli Məclisin deputatı seçilməsində də Ramiz Mehdiyevin böyük rolu olub. Nə qədər olmasa da, keçmiş Administrasiya rəhbəri qanunverici orqanın formalaşmasında az rol oynamırdı və öz adamlarını rahatca ora yerləşdirə bilirdi.
S.Fətəliyev Prezident Administrasiyası Humanitar Siyasət məsələləri şöbəsinin müdiri, Ramiz Mehdiyevə çox yaxın kadrlardan olan Fatma Abdullazadənən rəhbərliyi ilə ölkəmizdə hər il keçirilən Humanitar Forumların təşkili məsələlərinə məsul olub. Şöbədə bu məqsədlə xüsusi bölmə də yaradılmışdı və S.Fətəliyev həmin bölməyə rəhbərlik edirdi. İldən ilə keçirilən bu forumların təşkilinə büdcədən milyonlarla vəsait ayrılıb, qonaqların dəvət olunması, onların uçuş, otel, qida, gəzinti xərclərinə ciddi vəsait sərf olunub. Amma təbii ki, ənənəyə sadiq qaydada – qiymətlər şişirdilib, adı olub özü olmayan bir sıra işlərə görə külli-miqdarda vəsait silinib və mənimsənilib. Təbii ki, cənab Fətəliyev də bu prosesdə çox yaxından iştirak edib.
Gundemxeber.Az cumhuriyyet.net-e istinadla bildorir ki, Mehdiyev öz kadrlarını irəli çəkmək, həm hakimiyyətin, həm də cəmiyyətin qarşısında onların müsbət imicini formalaşdırmaq üçün heç vaxt səylərini əsirgəməyib. Rəsmi tədbirlərdə iştirak, mediada poz vermək köhnə ideoloji təbliğatın bir üsulu hesab olunsa da, ictimaiyyət bu şəxsləri tanıyır və sözsüz ki, onlarla hesablaşırdı. Məsələn, 2017-ci ildə Adminsitrasiya rəhbərliyi “Quba şəhərində “Soyqırımı memorial kompleksi” ilə bağlı bəzi məsələlər haqqında” sərəncamında imzalamışdı və PA İctimai-siyasi şöbənin müdiri Əli Həsənov komissiyannı sədri təyin olunmuşdu. Komissiyada Milli Elmlər Akademiyasının vitse-prezidenti, deputat İsa Həbibbəyli, AMEA Tarix İnstitutunun direktoru, deputat Yaqub Mahmudov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev və digərləri ilə yanaşı, Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsi müdirinin müavini Seymur Fətəliyev də təmsil olundu. Adları sadalanan bu şəxslər bu və ya digər şəkildə Mehdiyevin adamları kimi tanınırlar və onların sırasında cənab Fətəliyevin də yer alması, heç təəccüblü deyil.
2014-cü ildə S.Fətəliyev “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə də təltif edilib. İnsanlar illərlə işləyib bu mükafata layiq bilinmədiyi halda Fətəliyev kimilərinin qısa zamanda “fərqlənməsi” sıradan iş deyil, çox yaxşı təqdimatın nəticəsidir. Bu təqdimatı da kim verə bilər?
Amma çox maraqlıdır ki, 2017-ci ildə Fatma Abdullazadənin başının üzərini qara buludlar alandan və o Prezident Administrasiyasının şöbə müdiri vəzifəsindən uzaqlaşdırıdıqdan bir az sonra Seymur Fətəliyev XİN Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəisi vəzifəsinə təyin olundu. Hansı xidmətlərinə görə Fətəliyevi bu vəzifədə yerləşdirən güclü əl bu dəfə də onu darda qoymadı, bir pullu yerdən o biri pullu yerə göndərdi? Bunu Ramiz Mehdiyein AİDA-nın vəsaitlərinə nəzarəti ələ keçirmək istəyindən başqa heç nə ilə izah etmək mümkün deyil. Təbii ki, bu vəzifəyə də etibarlı, sınanmış bir şəxsin təyin olunması zəruri haldır.
AİDA-ya rəhbərliyi dövründə Seymur Fətəliyevin hansı işlərlə məşğul olması, vəsaitlərin hansı istiqamətlərə yönəldilməsi, Mehdiyevin planlarını necə icra etməsi ayrı bir mövzudur. Bəlkə elə buna görədir ki, 2020-ci ilin iyulunda Elmar Məmmədyarov nazir postundan uzalqaışandan və bu vəzifəyə Ceyhun Bayramov təyin olunandan sonra AİDA-nın təftiş ediləcəyini gözə alan Seymur Fətəliyev ciddi cəhdlə Azərbaycanın Fransadakı səfiri vəzifəsinə təyinat almağa çalışıb. Nə qədər olmasa da, vaxtilə bu ölkədə səfirlikdə işləyib və uzun dövrdən sonra “ağ at belində” köhnə məskənə qayıtmaq bir o qədər də pis perspektiv deyil. Üstəlik, AMEA prezidenti vəzifəsində oturmuş Mehydiyevin də bu təyinata ciddi dəstək verdiyi barədə məlumatlar var. Amma…
Plan baş tutmadı və S.Fətəliyev 2021-ci il avqustunda xüsusi tapşırıqlar üzrə səfir – UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi vəzifəsinə təyin olundu. Görünən odur ki, həmin dövrdə artıq mövqeləri ciddi sarsınmış və bir müddət öncə istefa ərizəsi yazmış akademikin güclü əli bu dəfə onun yardımına çata bilmədi.
Bu gün bizim dərdimizdən biri də işğaldan azad olunmuş ərazilərdə minlərlə mədəniyyət abidəmizin dağıdıldığı halda, UNESCO-nun Azərbaycanda guya “dağıdılmış xaçkar” axtarmasıdır. İşğaldan azad olunmuş ərazilərdə kütləvi məzarlıqların aşkarlanması istiqamətində nə bu təşkilatın, nə də digərlərinin heç bir iş görməməsidir. Zatən Milli Komissiyamızın baş katibi də qeybə çəkilmiş kimidir. Nə özü görünür, nə də səsi çıxır. Məlumatlı mənbənin cumhutiyyet.az-a bildirdiyinə görə Saat 11.00-da işə gəlir, 17.00-da otboy verilən kimi də qeybə çəkilir. Amma digər işlərə vaxt ayıra bilir.
Cənab Fətəliyev XİN sistemində xoşu gəlməyən şəxslər barədə materiallar hazırlayıb mediaya göndərməklə məşğuldur. Hədəfdə səfirlər, digər vəzifəlilər var. Ola bilər ki, bu, hələ də öz ambisiyalarını cilovlaya bilməyən “güclü əlin” sifarişləridir, həmçinin, məsələnin arxasında Fərzəliyevin öz şəxsi maraqları da dayana bilər. Amma həqiqət budur ki, adam başını quma soxub elə bilir ki, heç kim heç nə görmür. Özü Mehdiyevin kadrı ola ola, digərlərini keçmiş Administrasiya rəhbəri ilə “işbirliyində”, “onun sifarişlərini icra etməkdə” günahlandırır.
Şüşəli evdə oturub başqalarına daş atmaq budur, yoldaş Fətəliyev. 


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ramiz Mehdiyevin 25 illik kadrı işdən çıxarılır? - İDDİA

    Ramiz Mehdiyevin 25 illik kadrı işdən çıxarılır? ...

    15-09-2020, 09:46

  • 
  • Keçmiş deputat İlham Əliyevin xalası oğlu və həyat yoldaşı vəzifəyə necə təyin edilib?

    Keçmiş deputat İlham Əliyevin xalası oğlu və ...

    24-09-2020, 17:01

  • 
  • Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad edilib

    Ramiz Mehdiyev Prezident Administrasiyasının ...

    23-10-2019, 16:26

  • 
  • Vaqif axundov yola salinir

    Vaqif axundov yola salinir ...

    30-11-2012, 22:26

  • 
  • Ramiz Mehdiyevin İsa Həbibbəylini “vurmasının” şok səbəbi - İLGİNC İDDİA

    Ramiz Mehdiyevin İsa Həbibbəylini “vurmasının” ...

    12-01-2021, 11:57


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu