Redaksiyamıza hakimiyyət içindəki kadr islahatları ilə bağlı ilginc məlumatlar daxil olub. Mötəbər mənbələrin DİA.AZ-a verdiyi xəbərdə qeyd olunur ki, gələn ilin əvvəlindən etibarən Prezident Administrasiyasının strukturlarında, həmçinin Xüsusi Dövlət Mühafizə Xidmətində ciddi kadr islahatlarının həyata keçirilməsi nəzərdə tutulub. Burada diqqətçəkəni odur ki, «vurulacaqlar» siyahısında uzun müddətdən bəri prezidentin şəxsi mühafizəsinə rəhbərlik edən Bəylər Əyyubovla rəqabət aparan XDMX-nin rəisi Vaqif Axundovun da adı yer almaqdadır. Mənbəmiz bildirir ki, Vaqif Axundov davamlı olaraq Bəylər Əyyubova qarşı müxtəlif kombinasiyalar qursa da, istədiyinə nail ola bilməyib: «Əslində bu, gözlənilən idi də. Çünki Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin himayəsi altında olan Vaqif Axundovun həm Milli Təhlükəsizlik Nazirliyinin, həm Müdafiə Nazirliyinin rəhbərliklərinə qarşı cəbhə açması, həm də digər tərəfdən də Bəylər Əyyubov kimi kifayət qədər çəkili bir fiqurla savaşa girməsi heç də asan baş tutası iş deyildi». Məhz bir neçə cəbhədə döyüşməsi nədənindən qurban veriləcəyi deyilən Vaqif Axundovla bağlı qərarın yaxın zamanlarda elan olunacağını bildirən mənbəmiz onu da əlavə etdi ki, generalı tutduğu postunda gənc kadrlardan birinin əvəzləməsi gözlənilir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?