GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Təhsil, səhiyyə və mədəniyyətimizin "nəfəsi kəsilmək" üzrədir - Səbəbi nələr, yaxud kimlərdir?

Təhsil, səhiyyə və mədəniyyətimizin "nəfəsi kəsilmək" üzrədir - Səbəbi nələr, yaxud kimlərdir?

Tarix: 2-03-2022, 17:06 Bölmə :GündəmXəbər / Manşet Baxış: 316

Uzun illərdir ki, Azərbaycan səhiyyəsi "yerlə sürünür". Dünyada bütün sahələrdə, eləcə də təhsil və tibb sahəsində gündən-günə uğurlu yeniliklərin olmasına, nəzərə çarpacaq dərəcədə böyük inkişaf getməsinə baxmayaraq, Azərbaycan təhsili də, səhiyyəsi də sanki, dünyaya inad, geri gedir. Ölkə əhalisi artıq keçmişlərdə olduğu kimi "türkəçarə" müalicə ümidinə qalıb. Təhsil isə Emin Əmrullayevin başçılığı ilə, ""İranda hürriyyət" payı üçün, qohumluq vərəsəliyinə göz dikən" cahillərin dövrünü geri gətirmək üçün bir yola çıxıb.

Bu gün inkişafı bir xalqın inkişafına, geriliyi isə bütöv bir xalqın geri qalmasına yol açan iki vacib sahə - Təhsil və Səhiyyədən danışacağıq.

İlk növbədə onu qeyd edək ki, yuxarıda vurğuladığımız, səhiyyənin süründüyünü göstərəcək nümunələrəmiz "bəs qədər"in üstündə yer alır. Biz burda bir-bir onları sayacaq olsaq nə onu yazmağa bizim zamanımız, nə də sizin səbriniz yetəcək. Bir də atalar demişkən, "Görünən kəndə nə bələdçi?!" Odur ki, mövzunu çox uzatmadan, biz sizə ölkəmizin hələ bir rayonunun, yalnız bir kəndinin səhiyyəsindən bəhs edəcəyik.


Təhsil,  səhiyyə  və mədəniyyətimizin "nəfəsi kəsilmək" üzrədir - Səbəbi  nələr, yaxud kimlərdir?

Gundemxeber.Az DogruXeber.az"a istinadən bildirir ki, bu fotolar İmişli rayonunun Alqullar kəndində çəkilib. Gördüyünüz bu mənzərə sözügedən kəndin tibb məntəqəsinin bugünkü görüntüləridir. Pandemiya düşüncələrimizə və sağlamlığımıza qənim kəsildiyi bir dövrdə, bütün təlimatlarda "əllərinizi ən az 20 saniyə sabunla yuyun, tez-tez spirtdən istifadə edin" deyildiyi bir dövrdə, tibb məntəqəsinin bu görüntüləri, Səhiyyə Nazirliyinin həm sağlamlığımızı hansı formada qorumalı olduğumuz barəsindəki təlimatları artıq öz "inandırma qüvvəsi"ni itirir, həm də bu qurumun fəaliyyətinin yalnız rəsmi saytlarında haqqında müsbət fikirlər yaradacaq yazılarla öz "reklam" biznesini qurmaq, eləcə də tez-tez tender müqavilələri imzalamaqdan ibarət olduğu fikrini yaradır. Halbuki, müəyyən saytlarda dərc edilən və dövlət televiziyalarında yayımlanan həqiqəti əks etdirmətən, "səhiyyə və təhsilin inkişafı" barəsindəki materiallar reallığı dəyişmir. İnsanlar isə kimlərinsə, nələrsə xatirinə yazdıqlarına deyil, gördüklərinə inanır. 21-ci əsrdə bir yaşayış məntəqəsinin tibb müəssisəsinin bu görüntüləri bu qurumun inkişaf səviyyəsinin göstəricisidir. Hələ üstəlik də gördüyünüz bu fotodakı otaq, sakinlərin vaksin olunması üçün müvəqqəti "şərait yaradılan" Kənd bələdiyyə sədrinin iş otağıdır.

Təhsil,  səhiyyə  və mədəniyyətimizin "nəfəsi kəsilmək" üzrədir - Səbəbi  nələr, yaxud kimlərdir?

Düşünürük ki, bu barədə artıq şərhə ehtiyac yoxdur. Görüntülər və məlumatlar özü hər şeyi deyir. Lakin, maraq doğuran başqa bir nüans da var. Bildiyimiz kimi İmişli rayonunun İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev həbs edildikdən sonra, onun yerinə Elçin Rzayev təyin edildi.


Təhsil,  səhiyyə  və mədəniyyətimizin "nəfəsi kəsilmək" üzrədir - Səbəbi  nələr, yaxud kimlərdir?

O da rayona gələr-gəlməz ilk başladığı iş,İcra Hakimiyyəti üçün yeni bina inşa etdirmək oldu. Tikinti demək olar ki, başa çatmaq üzrədir. Deyəsən cənab başçı sələflərinin oturduğu binanı özünə layiq görmədi. Olsun. Belə baxanda, atalar demiş, "varlığa nə darlıq?!". İş orasındadır ki, özünü müasir tikili, yeni qərargahda görən İcra başçısının, nədənsə rayonun kəndlərindəki bu bərbad görüntülər barəsində aidiyyatı qurumlar qarşısında məsələ qaldırmaq ağlına gəlməyib. Nə bu və bundan daha betər vəziyyətə olan tibb məntəqələri, nə soyuq, çatlamış divarlarla güclə ayaqda duran təhsil müəssisələri (orta məktəblər), nə sənədlər üzərində adı olub, realda ümumiyyətlə olmayan və sakinlərin belə xəbərdar olmadığı mədəniyyət klubları və sair. Halbuki, hamısı sakinlərin bu sahələrdə inkişafı üçün həlli vacib problemlərdir, eyni zamanda işsizliyə görə evindən didərgin düşən sakinlər üçün bütün bu sadalananlar iş yerləri ola bilər.

QEYD: Yeri gəlmişkən növbəti yayımlarımızda İmişli rayonunun bəzi kəndlərində tamamilə dağılıb, məhv olmuş və yerinin qeyri-qanuni satışa çıxarıldığı mədəniyyət klublarından, eyni zamanda kəndlərdə təhsilin səviyyəsindən danışacağıq.

Hələlik isə yenidən qayıdırıq bu dəfəki mövzumuza. Yəni, Azərbaycan səhiyyəsi və təhsil mövzusuna. Belə ki, Oktay Şirəliyevin Səhiyyə Naziri vəzifəsinə təyin edildiyi 2005-ci ildən 2021-ci ilə qədər olan dövrə nəzər saldıqda, adama elə gəlir ki, hörmətli Tibb Elmləri doktoru Azərbaycan Səhiyyəsinin inkişafı deyil, geridə qalması üçün əlindən gələni edib. Səhiyyənin tamamən el dilində desək, çökməkdə olduğu bir dövrdə, yəni 2018-ci ildə yeni bir Qurum "TƏBİB" (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) yaradıldı və ölkədə bir çox tibb müəssisələri bu qurumun tabeliyinə verildi.

Yaradıldığı ilk günlərdə bu qurum haqqında hər kəsin fikirləri tam fərqli idi. Eyni zamanda, səhiyyə sahəsində müəyyən qədər inkişafın gedəcəyinə bir ümid var idi. Lakin, sonra cərəyan edən proseslərdən belə görüntülər meydana çıxdı ki, bu qurum da sadəcə Səhiyyə Nazirliyinin "payına şərik olmaq" üçün yaradılıb. Yəni, xəstəxanalarda rüşvət 1-ə 3 artdı desək yanılmarıq.

Yeri gəlmişkən, onu da qeyd edək ki, bir çox dövlət xəstəxanalarında hətta tibb işçilərinin, həkimlərin özü belə mövcud durumdan narazıdır. Onlar gileylənir ki, "bilmirik hara tabeyik. "TƏBİB deyir bunu elə", Səhiyyə Nazirliyi deyir, "yox, bunu elə". Özümüz də çaş-baş qalmışıq. Yenə əvvəllər dərdimizi kimə deyəcəyimizi, kimdən nə istəyəcəyimizi bilirdik. İndi hansına deyirik, göndərir obirinin üstünə. Qalmışıq arada". Bəli, onlar bu sözləri deməklə haqsız da sayılmazlar. Çünki, xəstələrin belə iki quurum arasında nə qədər əziyyət çəkdikləri barəsində əvvəllər də  məlumatlar dərc etmişik.


Yeni TƏBİB-dən köhnə üsullar - "Səhiyyə bazarında reaktiv biznesi"


Əlqərəz...


Səhiyyədən deyəsən çox danışdıq. Hərçənd ki, bu danışıqlar və vətəndaş şikayətləri sözügedən qurumların maraqlarına zərrə qədər təsir etmir.

Təhsil sahəsində də vəziyyət fərqli deyil. Bu qədər şikayətlər, narazılıqlar və tənqidlərə rəğmən, təhsil sahəsində, daha doğrusu təhsil sahəsindəki qanunsuzluqlarda dəyişən heç nə yoxdur. İstər müsabiqədə yüksək nəticələr toplamış müəllimlərin hələ də direktor ola bilməməsi, həmçinin 200 şagirdin oxuduğu orta məktəbə heç bir müsabiqədə iştirak etmədən direktor təyin edilən, direktor əvəzinin hələ də o vəzifəyə davam etməsi, istər bəzi Təhsil şöbələrinin müdirlərinin dərs bölgülərini məhz özlərinin hansısa, şəxsi maraqlar xatirinə aparması və sair...

QEYD: Növbəti günlərdə bu mövzuya qayıdacağıq və redaksiyamıza ünvanlanlanmış yeni məlumatlar, həmçinin yeni müraciətləri daha ətraflı şəkildə diqqətinizə çatdıracağıq.

Diqqətiniz bizdə olsun!

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan ən pis səhiyyəsi olan ölkələr arasındadır

    Azərbaycan ən pis səhiyyəsi olan ölkələr ...

    29-09-2016, 21:55

  • 
  • Emin Əmrullayev Təhsil Naziri təyin edildi

    Emin Əmrullayev Təhsil Naziri təyin edildi ...

    27-07-2020, 12:24

  • 
  • Bizim gənclər Avropaya təhsil dalınca getməkdənsə Rusiyanın qara bazarlarına üz tuturlar

    Bizim gənclər Avropaya təhsil dalınca getməkdənsə ...

    21-02-2017, 23:49

  • 
  • Emin Əmrullayevin GECİKƏN ƏMRİ... - Tələbələr NARAZIDIR...

    Emin Əmrullayevin GECİKƏN ƏMRİ... - Tələbələr ...

    2-07-2021, 11:25

  • 
  • Xaricdə 2166 nəfər dini təhsil alır

    Xaricdə 2166 nəfər dini təhsil alır ...

    2-12-2015, 15:16


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu