İcra başçısı Seymur Orucovla Əziz Məsmalıyev əl-ələ verib Ağstafada idmanı “çiçəkləndirir”…
Gənc kadrların “bariz nümunəsi” olan Ağstafa RİH-nin başçısı Seymur Orucovun fəaliyyəti artıq nəinki mediada, hətta yüksək rəhbərlik səviyyəsində müzakirə olunur. “Narxoz”un sabiq rektoru, keçmiş millət vəkili Şəmsəddin Hacıyevin kürəkəni, “Profsoyuz”un sədri, millət vəkili Səttar Mehbalıyevin bacısı oğlu olan bu cavan icra başçısının, ümumiyyətlə, kadr siyasətindən başı çıxmır. Birincisi, Bakıda doğulub-böyümüş bu cavan icra başçısı rayonu tanımır. Və köhnə kadrlarla işləməyə məcbur olur. Köhnələr isə kimi gəldi təzə icra başçısına sırıyırlar. Gundemxeber.az gundelik-baku.com-a istinadla bildirir ki, icra başçısına sırınan yeni kadrlardan biri də RİH-də uzun illər təhsil, səhiyyə, uşaq bağçalarını "ziyarət edən", dövlət təşkilatlarına işə adam düzəldən Əziz Məsmalıyevdir. Bəli, Əziz Məsmaliyev rayonda “işverən”, yəni vəzifələrə adam düzəltməklə pul qazanan şəxs kimi tanınıb. Bu adam idman yarışları adı altında nə qədər dövlət vəsaitini mənimsəyib. Deməli, Seymur Orucov icra başçsıı olan kimi İdman İdarəsinin rəisini Statistika idarəsinə müdir göndərdi, Su idarəsinin müdirini harasa… Bir soruşan olmadı ki, ay adam, idman hara, statistika hara..? Beləcə, Seymur Orucova yaxınlığı sayəsində Əziz Məsmaliyev Ağstafada idmanı “çiçəkləndirir”. Və “ölü canlar”dan idmançı hazırlayır. İdmançılara saxta “komandirovka” yazıb pulları silir. Sözün qısası, Seymur Orucovla Əziz Məsmaliyev əl-ələ verib Ağstafada idmanı inkişaf etdirirlər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?