GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Üç korrupsionerin çiyinlərində yüksələn başçı Ağstafanı necə idarə edir? - SEYMUR ORUCOV DOSYESİ......

Üç korrupsionerin çiyinlərində yüksələn başçı Ağstafanı necə idarə edir? - SEYMUR ORUCOV DOSYESİ......

Tarix: 8-02-2021, 16:45 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 326
Üç korrupsionerin çiyinlərində yüksələn başçı Ağstafanı necə idarə edir? - SEYMUR ORUCOV DOSYESİ......


Hakimiyyət gənc kadrları vəzifələrə gətirəndə böyük ümid bəslənirdi ki, idarəetmədə effektiv nəticələr əldə olunacaq.

Prezident İlham Əliyevin də, xalqın da gözləntiləri mobil, çevik idarəetmə sistemi qurmaq, reputasiyası şəffaf kadrları irəli çəkmək, əhali ilə işləməyi bacaran, yeniliklər gətirə bilən gənclərə şans verməklə köhnə əyyamlara son qoymaq idi.
Hətta belə proqnozlar səslənirdi ki, gənc kadrlar keçmiş talançı, korrupsiyaya bulaşmış məmurlara oxşamayacaqlar, vətəndaşların müraciətlərinə açıq olacaqlar. Amma kadr dəyişikliklərinin heç də hamısı etimadı doğrultmadı.
Dövlət başçısı da onları qəbul edərkən bildirmişdi ki, sizə şans verilir, işləməlisiniz, əgər qanunsuz bir hərəkət aşkar olunsa, vəzifədən azad ediləcək, ağır şəkildə cəzalandırılacaqsınız.
Lakin məlum olur ki, ayrı-ayrı gənc məmurlar Prezidentin gözləntilərini tam doğrultmurlar. GundemXeber.Az-ın araşdırmalarına görə, onlardan biri Ağstafanın icra başçısı Seymur Orucovu göstərmək olar.

Başçı şəxsi invertarları ələ keçirib

S.Orucov YAP Gənclər Birliyində uzun müddət vəzifə tutub, amma ictimai-siyasi dairələrdə müsbət imicə malik olmayıb.
Onun hakimiyyəti duzsuz-istiotsuz müdafiə etməsi, bəzi hallarda absurd çıxışları əttökənliklə yadda qalırdı. Sonra ulduzu parlayan S.Orucov üçün hakimiyyət nərdivanlarında yüksəlmək imkanı yarandı.
Onun Ağstafaya icra başçısı təyinatı ictimaiyyət üçün gözlənilməz olsa da, özü və ətrafına son dərəcədə sürpriz hadisə oldu. Bir rayonun ona həvalə edilməsi, üstəlik əvvəlki rəhbəri həbs edilən Ağstafaya başçılıq etmək məsuliyyət tələb edir. Ona görə də S.Orucov İH başçısı postunda ilk vaxtlardan axsamalara yol verməyə başlayıb. Araşdırmalar və gələn informasiyalara görə, gənc icra başçısı yığımcıl olduğunu nümayiş etdirməkdədir. İddialara görə, rayonun sabiq icra başçısı Nizaməddin Quliyevin şəxsi ev əşyalarını geri qaytarmaqdan imtina edir və başqasına məxsus olan inventarları mənimsəməkdən də çəkinmir. S. Orucovun bu addımı atmasında hansı məqsəd güdməsi aydın deyil. İlk dəfə belə hal yaşanır və bu rüsvayçılığa gənc icra başçısı yol verməklə “imza” atır.

İH-də İlqar Hacıyev və Vüqar Tağıyev “dueti”...

Gələn məlumatlardan biri də odur ki, bir neçə ay bundan qabaq Ağstafanın icra başçısı kadr seçimində səhvə yol verir.
Bu da təsdiqləyir ki, S.Orucov səriştəsiz, idarəçilikdə elementar biliklərə yiyələnməmiş kadrdır.
Ağstafa kimi rayonun ona tapşırılması ilə ümid olunurdu ki, yekəqarın, gözüac, rüşvətxor məmurlardan fərqlənəcək, bir cavan olaraq dövrün nəbzinə uyğun fəaliyyət göstərəcək, maraqlı layihələr həyata keçirəcək.
Lakin S.Orucov icra başçısı postunda nəinki novatorluq etmir, yanlışlıqlara yol verməklə üz-gözünə bulaşdırır.
Ola bilsin ki, onun sadəlövhlüyündən sui-istifadə edilə bilər. Nəticədə kadr seçimində səhvlər edərək idarəetmədə effektivliyə nail ola bilmir.
Gələn xəbərlərə görə, bu işdə İH-nin kadrlar şöbəsi müdiri İlqar Hacıyev fəaldır. İddialar səslənir ki, sui-istifadəçiliklə məşğuldur, bütün “işlər” onun əli ilə icra olunur.
Deyilənlərə görə, Ağstafa İH-nin həbsdə olan keçmiş müavini Ramiz Tatarovun kadrı hesab edilən İlqar Hacıyev onun sayəsində yaxşı “təcrübəyə” yiyələnib.
Eyni zamanda, onu icra başçısı Seymur Orucov üçün əhəmiyyətli edən faktor qohumluq əlaqələridir. Qohumluq gənc başçı üçün daha vacib imiş.
Bundan əlavə, Ağstafa İH-də Ərazi İdarəetmə orqanları ilə iş şöbəsinin müdiri Vüqar Tağıyevin də adı qeyri-rəsmi məsələlərdə çəkilir.
V.Tağıyevin adı icra başçısına yanlış təqdimatlar verməkdə keçir. Onun rayonda talançılıqla məşğul olan idarə müdirlərini, icra nümayəndələrini, bələdiyyə sədrlərini himayə etdiyi iddiaları var.
Bir sözlə, S.Orucovun Ağstafaya rəhbərlik etdiyi gündən rayonda inkişafa doğru irəliləyiş müşahidə olunmayıb, İH-də isə dolanbac işlər davam etməkdədir.
Ümumiyyətlə, onun gənc məmur kimi həyata keçirdiyi “islahat”lar rayonda rüşvət alan kadrların yerdəyişməsindən ibarət olub.

İH-də kadr xaosu - Qalmaqallı siyahı

GundemXeber.Az-ın araşdırmalarına görə, rüşvətlə həbs edilmiş sabiq müavin R.Tatarovdan qalan kadrların indi “meydan sulaması” icra başçısının ölkə rəhbərliyi və Ağstafa camaatı qarşısında görməli olduğu işləri yerinə yetirməkdə ləngidir, tormozlayır.
Çünki S.Orucovun komandası onu batırmaqla məşğuldur. Faktiki İH-də rüşvət və qanunsuzluq hallarında adı keçənlər fəaliyyət göstərir.
Məlumatlara görə, onlardan memar Sənan Mustafayev, humanitar məsələlər üzrə müavin Lalə Eyyubova vəzifələrindən hələ də kənarlaşdırılmayıb.
Digər müavin Aydın Hacıyevin isə qardaşının narkotik alverçisi olması onun vəzifəsindən kənarlaşdırılmasına səbəb olub.
S.Orucova yaxın şəxs olduğu iddia edilən İlqar Hacıyevin təqdimatına əsasən, keçmiş müavin Aydın Hacıyevin yerinə Kənan İbrahimov başçının müavini, Sosial-İqtisadi İnkişafın təhlili şöbəsinin müdiri təyin edilib.
Kənan İbrahimovun 3 ay vəzifəsində çalışmasına baxmayaraq, noyabr ayında Seymur Orucov onu da vəzifəsindən kənarlaşdırıb. Bütün bunlar Ağstafa İH-dəki xaotik idarəçilikdən xəbər verir.
Həmçinin, İH-də uzun illər təhsil, səhiyyə, uşaq bağçalarını “ziyarət edən”, dövlət təşkilatlarına işə adam düzəldən kimi tanınan Əziz Məsmalıyev Gənclər və İdman İdarəsinə təyinat alıb.
Gənclər və İdman İdarəsində ezamiyyə vərəqələrindən “ölü canlardan” müsabiqə və idman tədbirlərindən gəlir əldə edən Feruz Həsənov isə Statistika İdarəsində kresloya sahiblənib. Bu təyinatlar necə baş verir?
Bu da azmış kimi, Mənzil Təsərrüfatı Birliyində 200-ə yaxın şəxsin məvacib kartını özündə saxlayan, vaxtilə rayonun sabiq başçısı Məhərrəm Quliyev tərəfindən həbslə hədələnmiş Habil Məmmədov indi Ağstafa Suvarma Sistemləri İdarəsinin rəisidir.
Suvarma Sistemləri İdarəsi rəisinin təmizlik işçisi ilə əvəzlənməsi suvarma sahəsində müsbət gözləntiləri sıfıra endirib, S.Orucovun kadr təyinatları rayonda ona münasibəti mənfi yöndə formalaşdırıb.
Rayon sakinləri və ziyalılarına belə qənaət yaranıb ki, bu cavan oğlandan Ağstafanı ağ günə çıxaran, şəffaf idarə edən olmaz. Bu da təsadüfi deyil.

Vəzifəli və korrupsioner qohumların çiyinlərində...

Ona görə ki S.Orucovun bağlı olduğu məmurlar, qohumluq əlaqəsi olan vəzifəlilər “əlindən su içib”.
GundemXeber.Az xatırladır ki, gənc icra başçısı Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyevin bacısı oğludur.
S.Mehbalıyevin adı həmişə həmkarların haqlarını mənimsəməkdə, yeyintidə, o cümlədən Qarabağ qazisinin intiharına səbəb olmaqda hallanıb.
Bir neçə il qabaq haqqı tapdanan qazi cana doyaraq Həmkarlar İttifaqları Konfederasiyasının qarşısında üstünə benzin tökərək özünü yandırmışdı. Ancaq onun ölümündən S.Mehbalıyev sivişib çıxdı, cəzalanmadı.
Çünki qudası, o dövrdə Prezidentin köməkçisi olan Əli Həsənov S.Mehbalıyevə qahmar çıxdı, onu qorudu. O baxımdan indi dayaqlarının biri yıxılmış, biri qeyri-müəyyən vəziyyətdə olan S.Orucovun dayısı hesabına nə qədər duruş gətirəcəyi maraq doğurur.
Yeri gəlmişkən, icra başçısının bir başqa arxa-dayağı da qayınatası idi. İqtisadiyyat Universitetinin sabiq rektoru Şəmsəddin Hacıyevin kürəkəni olan S.Orucov illərlə bu qohumluqlar sayəsində mövqe tutub.
Amma qayınatası artıq rektor deyil, dayısının qudası Ə.Həsənov indi həbsdən qurtuluş üçün dəridən-qabıqdan çıxır. Odur ki, S.Orucov vəzifədə qala bilmək üçün öz ayaqları üstə dayanmalı, Prezidentə özünü yaxşı tərəfdən göstərməlidir.
Halbuki korrupsiyaya bulaşmış şəxslərin yaxın qohumu olan bu gənc məmur vəzifəyə təyin olunanda yaxın ətrafı yoxlanmalıydı...

GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rayon sakinləri Seymur Orucovdan ciddi qərarlar gözləyirlərmiş - AĞSTAFANI KİMLƏR İDARƏ EDİR?

    Rayon sakinləri Seymur Orucovdan ciddi qərarlar ...

    5-02-2021, 19:10

  • 
  • Bəxtiyar Hacıyevdən YAP-çı gənclər sədrinə cavab

    Bəxtiyar Hacıyevdən YAP-çı gənclər sədrinə cavab ...

    30-07-2013, 17:58

  • 
  • "Onları idarəetmə və qanunverici orqandan təmizləmək lazımdır” - Nomenklaturanın sonu

    "Onları idarəetmə və qanunverici orqandan ...

    27-08-2020, 13:08

  • 
  • ŞOK-Gənc cənazə mərasimində dirildi!

    ŞOK-Gənc cənazə mərasimində dirildi! ...

    16-05-2013, 02:05

  • 
  • Prezident bu nazirləri işdən çıxaracaq - Deputat anons verdi

    Prezident bu nazirləri işdən çıxaracaq - Deputat ...

    19-02-2017, 23:54


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu