GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Dərs deyil, herzəvü-hədyandı bu...- Müasir təhsilimizin gerçək izahı

Dərs deyil, herzəvü-hədyandı bu...- Müasir təhsilimizin gerçək izahı

Tarix: 7-03-2022, 12:58 Bölmə :GündəmXəbər / Manşet Baxış: 293


8.2. Azərbaycanda təhsilin əsas məqsədi:

Azərbaycan Respublikasında təhsilin əsas məqsədi aşağı­da­kı­lar­dır və bunlar “Təhsil haqqında Azərbaycan Res­pub­li­ka­sı­nın Qa­nu­nu”nda rəsmiləşdirilmişdir:
- Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xal­qın milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hü­quq­ları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ide­yalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəx­siyyət yetişdirmək;

Təbii ki, qanunda qeyd edilən məqsədlərə çatmaq üçün təhsildə keyfiyyət mütləqdir. Keyfiyyətin təminatçısı isə təhsil ocaqları və ümumiyyətlə təhsil sahəsində çalışan hər kəsdir. Keyfiyyətsiz təhsil, sadalanan məqsədlərin tam əksini yetişdirir. Təəssüflər olsun ki, son bir neçə ildə sosial şəbəkələrdən və müstəqil mediadan təhsil barəsində oxuduğumuz, gördüyümüz valideyin, şagird, müəllim narazılıqları, təhsil ocaqlarında rüşvət, özbaşınalıq və sair, artıq demək olar ki, çox valideynləri az qala övladlarını təhsildən uzaqlaşdırma həddinə çatdırıb. İndi bəzi valideynlər əsrlər öncə olduğu kimi məktəblərdən qorxmağa, ehtiyat etməyə başlayıb. Bu hal hər dövrün şairi rəhmətlik Mirzə Ələkbər Sabirin şeirini xatırladır.

"Satmaram öz əqlimi siz kimi laməzhəbə,
Razıyam оğlum gеdə qəbrə, – nə ki məktəbə!
Məktəb adın çəkməyin, – məl’əbədir, məl’əbə!..
Əlhəzər, оndan həzər, оxutmuram, əl çəkin!
Еyləməyin dəngəsər, оxutmuram, əl çəkin!

Bəsdir о bildikləri, kaş оnu da bilməsə!
Canıma оlsun fəda bir də üzü gülməsə!
Ta ki, о zеhnindəki fikrləri silməsə,
Sanma оla bəxtəvər, оxutmuram, əl çəkin!
Еyləməyin dəngəsər, оxutmuram, əl çəkin!"

Bu gün müasir Azərbaycan təhsilinə nəzər saldıqda, dahi şairin məhz bu satirik şeiri yada düşürsə, vay gələcəyimizin halına...

Azərbaycan təhsili inkişaf etmək yerinə, hər gün sürətlə geri gedir. Buna səbəb isə sözügedən sahədə rəhbər vəzifələrə malik olduğu elmə görə deyil, şəxsi maraqlar naminə təyinatların olmasıdır. Belə düşünməyə isə dəfələrlə vurğuladığımız, direktorluq müsabiqələrində yüksək nəticələr toplamış müəllimlərin hələ də məqsədlərinə çata bilməməsi, eyni zamanda müsabiqələrdə iştirak etmədən, direktor vəzifəsinə yiyələnən direktor əvəzi şəxslərin bu gün yüzlərlə şagirdin təhsil aldığı təhsil müəssisələrinə rəhbərlik etmələridir.

Yaşlı nəslin nümayəndələri yaxşı xatırlayar, əvvəllər bütün imtahanlar test deyil, "bilet çəkmə" üsulu ilə aparılır, seçimə görə iki cür - yazılı, yaxud şifahi formada imtahan verilirdi. Özü də yalnız orta məktəbdə öyrəndikləri ilə. Lakin, təhsil müasirləşdikcə, yeni üsullar - valideynlərin "repetitr" adlandırdıqları, müəllimlər meydana çıxdı.

Qeyd: Ana dilimizə "dağ çəkən" ifadələrdən daha biri olan bu söz, valideynlərin "repetitr" dediyi, əslində isə "repeating" sözüdür. İngilis dilindən tərcümədə, "təkrar edən" deməkdir. Yəni, orta məktəbdə öyrəndiklərini təkrar edən.

Sözügedən "repetitr"lar meydana çıxdıqdan sonra, orta məktəblərdə təhsilin səviyyəsi daha da aşağı düşdü. Şagirdlər dərsdən sonra, orta məktəbdə onlara dərs verən eyni müəllimlərin yanına hazırlığa gedirlər. Maraqlıdır, əgər həmin müəllimlər normal təhsil verə bilirlərsə, əlavə hazırlıq nəyə lazım? Yox əgər orta məktəblərdə normal təhsil öyrədilmirsə, həmin müəllimlərdən əlavə dərs almaq nə işə yarayır?

Demək ki, təhsil övladlarımızı məqsədli şəkildə, maddi maraqlar naminə cahilliyə sürükləyir. Zatən, "məktəbdə normal dərs keçilmir" - deyən valideyinin, övladını həmin məktəbin müəlliminin yanına hazırlığa göndərməsinin özü də cahillik əlamətlərindən biridir. Təəccübləndirici tərəfi isə odur ki, bütün bunlara məktəb direktorları özü şərait yaradır və eyni zamanda Təhsil Nazirliyi də lap əvvəldən məsələdən xəbərdardır. Lakin, bunun üçün - məktəblərdə təhsilə "qəsd"in qarşısını almaq üçün heç bir addım atmır. Əksinə, bəzi beynini işə salaraq deyil, əlini cibinə salaraq, diplom əldə edən müəllimlərin məktəblərdə hələ də çalışmasına deyil, məhz nazirliyin özünün tətbiq etdiyi qaydalara uyğun olaraq, müsabiqələrdə yüksək nəticələr toplayanlara süni əngəllər yaradılır və gözlətməkdə davam etdirilir.

Çox da uzaq olmayan keçmişimizdə Binəqədi rayon Sulutəpə qəsəbəsində, 217 saylı tam orta məktəbin keçmiş 72 yaşlı direktoru (Alı Qocayevin həyat yoldaşı) Bənövşə Cəfərovanın yaşına, kim olduğuna və direktor kimi son çıxışına nəzər saldıqda, direktor olmaq üçün tələb olunan "vacibatlar"ın nələrdən ibarət olduğu aydın görünür. Gundemxeber.az DogruXeber.az"a istinadən bildirir ku, Bənövşə xanımın məktəb tədbirində ucadan səsləndirdiyi paposlu çıxışı, ictimai qınağa səbəb oldu. Yəni, el dili ilə desək, "əl-ətəyini yığıb-yığışdıra bilmədilər". Nəticədə isə xanımın direktorluq fəaliyyətinə son verildi.

Çıxışı xalqın hiddətinə səbəb olan direktor İcra başçısının həyata yoldaşı imiş

Yeri gəlmişkən, Bənövşə xanım da Gəncə müəllimlər institutunu bitirib. Bir İcra Hakimiyyətində önəmli vəzifə daşıyan şəxslərdən biri Gəncə müəllimlər institutu haqqında belə bir ifadə işlətmişdir ki, "Gəncə müəllimlər institutunda, kim pul verirsə, elə ordaca dizlərinin üstündə bir diplom yazıb verirlər". Məhz buna görə, Gəncə müəllimlər institutunun fəaliyyətinə 2013-cü ildə son verildi. Lakin, təəssüflər olsun ki, sözügedən ali təhsil müəssisəsinin diplom satdığı çox şəxslər var ki, hələ də təhsil müəssisələrində müəllim kimi fəaliyyət göstərirlər. Bir də nə yazıq ki, eyni qayda ilə diplom əldə etmək, başqa təhsil müəssisələrində hələ də mümkündür. Bu cür saxta yolla müəllim adını qazanan müəllimlərin bir neçəsini də pandemiya dövründə, "online" (distant) dərslər zamanı görmüş olduq. Maraqlıdır ki, yayılmış videogörüntülərini izləyib, güldüyümüz həmin müəllimlər, hələ də gələcəyimiz üçün zərərli olan fəaliyyətlərini davam etdirirlər.

"İndi bütün iş dolanıb lağlağa,
Dərs oxudur hər başı fəsli çağa,
Etdiyi tədrisi ilan, qurbağa,
Dərs deyil, hərzəvü hədyandı bu!
Dur qaçaq, oğlum, baş-ayaq qandı bu!..

Mən dəyişib şiveyi-əcdadımı,
Böylə oda salmaram övladımı!
Eyləmərəm dinsiz öz əhfadımı!
At çölə getsin, nə dəbistandı bu?!
Dur qaçaq, oğlum, baş-ayaq qandı bu!
Elm adına bir quru böhtandı bu!
Mirzə Ələkbər Sabir"

Görəsən, o adi "vurma-bölmə"də çətinlik çəkən riyaziyyat müəllimi, ingilis dilini kitabdan olduğu kimi oxuyub, Azərbaycan ləhçəsində şagirdlərə sırıyan qocaman ingilis dili müəllimi (və s...) müəyyən zamanlarda müəllimlər üçün keçirilən imtahanlarda yüksək demirik, normal nəticələr toplayıbmı?! Sizi bilmirik, bizim üçün şübhəlidir. Daha doğrusu, ümumiyyətlə inandırıcı deyil.

Mövzuya qayıdacağıq.

Gundemxeber.Az


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ödənişli təhsil üzrə qəbul planı ləğv ediləcək

    Ödənişli təhsil üzrə qəbul planı ləğv ediləcək ...

    25-10-2013, 11:01

  • 
  • Qiyabi təhsildə yenilik

    Qiyabi təhsildə yenilik ...

    21-05-2014, 10:57

  • 
  • Gələn ildən məktəblərdə dərs vaxtı artırılacaq

    Gələn ildən məktəblərdə dərs vaxtı artırılacaq ...

    11-12-2013, 11:49

  • 
  • Azərbaycanın ali təhsil sistemində radikal addımlar atılacaq

    Azərbaycanın ali təhsil sistemində radikal ...

    17-05-2013, 16:00

  • 
  • Müəllimlərin ixtisarı və maaş məsələsinə aydınlıq gətirildi

    Müəllimlərin ixtisarı və maaş məsələsinə aydınlıq ...

    7-11-2013, 12:23


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu