Milli Məclisdə komitələrin birgə iclasında büdcə müzakirələri zamanı müəllimlərin əmək haqlarının artması və ümumiyyətlə ölkədə müəllimlərin çoxluğu ilə bağlı fikirlər səsləndirilib. Qeyd edilib ki, bu gün Azərbaycanda hər 8 şagirdə bir müəllim düşür. Müəllim-şagird nisbəti regionlarda çox, şəhərlərdə isə azdır. Eyni zamanda iclasda müəllimlərin attestasiya yolu ilə azaldılmasın və yalnız ondan sonra əmək haqlarının artırılmasının vacibliyi vurğulanıb.
Təhsil Nazirliyindən Modern.az saytına verilən məlumata görə, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na əsasən, müəllimlərin maddi motivasiyasının yaxşılaşdırılması, onların illik əmək haqqının adambaşına düşən Ümumi Daxili Məhsula nisbətinin mərhələlərlə, səriştə və nəticə əsasında diferensiallaşdırmaqla 1,8-2 dəfəyədək artırılması nəzərdə tutulur:
“Eyni zamanda təhsil şəbəkəsində rasionallaşdırma tədbirləri həyata keçirməklə, regionlar arasında təhsilin keyfiyyətini bərabərləşdirmək üçün ucqar regionlarda yerləşən təhsil müəssisələri üçün əlavə maliyyələşmənin təmin olunması nəzərdə tutulur”.
Bunlarla yanaşı, strategiyada qabaqcıl beynəlxalq təcrübə əsasında pedaqoji heyətin müstəqil sertifikatlaşdırma (lisenziyalaşdırma) sisteminin yaradılması nəzərdə tutulub.
“Ümumi təhsil müəssisələrinin şəbəkəsinin rasionallaşdırılması və pedaqoji heyətin sertifikatlaşdırılması müəllimlərin sayının və müəllim-şagird nisbətinin optimallaşdırılmasına gətirib çıxaracaq”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?