GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Təhsil Nazirliyi "saxta diplom" verənlərə şərik olur - NAZİRLİK BİR AYDAN ÇOXDUR Kİ, SUSUR

Təhsil Nazirliyi "saxta diplom" verənlərə şərik olur - NAZİRLİK BİR AYDAN ÇOXDUR Kİ, SUSUR

Tarix: 15-03-2022, 16:38 Bölmə :GündəmXəbər / Manşet Baxış: 338

Bu gün Azərbaycanın təhsil sahəsində çoxşaxəli islahatların aparılmasına baxmayaraq, bəzi problemlər hələ də öz aktuallığını qoruyur. Məsələn, hazırda təhsil sektorunda saxta və ya ixtisasına uyğun olmayan sənədlə işləyən şəxslərə rast gəlmək olar ki, bunu Təhsil Nazirliyində də etiraf edirlər.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu islahatların tərkib hissəsi kimi, təhsil sektorunun inkişafına yönələn dövlət proqramları və layihələrin icrası nəticəsində bu sahədə hüquqi və instusional baza daha da təkmilləşdirilmiş, eləcə də təhsil sahəsinin mühüm istiqamətlərindən biri olan ali və orta-ixtisas təhsil müəssisələrinə tələbə qəbulu proseduru tamamilə şəffaf və obyektiv meyarlar əsasında keçirilməklə beynəlxalq standartlar səviyyəsinə çatdırılıb.

Lakin bəzi hallarda ayrı-ayrı şəxslər və ya belə şəxslərdən ibarət təşkilatlanmış qruplar tərəfindən vətəndaşların məlumatsızlığından, inam və etibarından sui-istifadə etmə yolu ilə müəyyən pul məbləğləri müqabilində onların Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzindən kənar mövcud qanunvericiliklə nəzərdə tutulmuş prosedurlara zidd vasitələrlə müxtəlif təhsil müəssisələrinə qəbul edilmələri və təhsilin tamamlanmasını təsdiq edən sənədlərlə təmin edilmələrinə dair yalan vədlər verilərək vətəndaşların aldadılmasına yönəlmiş qanun pozuntuları hallarına da rast gəlinir ki, belə hallara qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilməkdədir.

Son illərdək Azərbaycan təhsil sektorunda kifayət qədər saxtakarlığın olduğu, diplomların, elmi işlərin satın alındığı kimsəyə sirr deyil. Təəssüflə qeyd etməliyik ki, təhsildən xəbəri olmayan və pulla diplom alan insanların sayı son illər yetərincə artıb. Bu da dövlət qurumlarında kifayət qədər qeyri-peşəkar və diletant kadrların sayının təbii olaraq çoxalması deməkdir. Ölkə rəhbərliyi bu cür yarıtmaz kadrlara qarşı mübarizə aparsa da təəssüflə qeyd etməliyik ki, bəzi qurumlar bu xoş məramlı missiyasın qarşısında sipərə çevrilirlər. Onlar nəyinki saxtakarlığa qarşı mübarizə aparır, eyni zamanda təqdim edilən dəlilləri görməzdən gəlirlər.

Dəyərli oxucuların diqqətinə çatdıraq ki, bu günlərdə 1998-ci ildə Azərbaycan Aqrar-ekologiya İnstitutu tərəfindən Xəlilova Mahirə Ərşad qızına verilən diplomun saxta olması ilə bağlı redaksiyamıza məlumat daxil olub. Biz öz peşə vəzifəmizə uyğun olaraq, Təhsil nazirliyinə müraciət etdik. Təəssüflə qeyd etməliyik ki, Təhsil nazirliyi nəyinki bu saxtakarlıq iddiasını araşdırmaqda maraqlıdır, hətta "Hürriyyət"in sorğusuna cavab verməyi belə özünə "sığışdırmır".

Məlumat üçün bildirək ki, məsələylə bağlı dəfələrlə Təhsil nazirliyinə müraciət etsək də sorğumuza cavab verilməmişdir.

Dövlət İmtahan Mərkəzi isə sorğumuza cavab olaraq bildirib ki, diplomun araşdırılması Mərkəzin səlahiyyətlərinə aid deyildir.

Artıq bir aydan çoxdur ki, Təhsil Nazirliyinə sorğu göndərmişik. Təəssüf ki, Təhsil Nazirliyi susmaqda davam edir.

Görünür ki, Təhsil Nazirliyi çox hallarda saxta diplomluların adlarını açıqlamır. Amma onların sayı həddən artıq çoxdur. Saxta diplomlara malik şəxslər məktəb direktoru da, bağça müdiri və digər vəzifəlilər də ola bilir. Əsas məqam ondan ibarətdir ki, kimsə iş tapanda, ondan diplom tələb olunarkən, o da həmin işbazlarla əlaqəyə girir. Yüksək vəzifə tutanların diplomları isə ümumiyyətlə araşdırılmır.

Ortada iddiaların olmasına baxmayaraq, Təhsil Nazirliyinin hələ də susqunluq nümayiş etdirməsi onu göstərir ki, nazirlik də baş verən saxtakarlığı ört-basdır edərək qanunsuzluğa birbaşa şərik olur.

Təhsil Nazirliyi niyə redaksiyamıza təqdim edilən faktı araşdırmaqda maraqlı deyil?... Hər dəfə diplomlarının saxta olması gündəmə gətirilir və quru statistika göstərilir. Saxta diplomu verən şəxslərin cəzalandırılmasının isə hələ də şahidi olmuruq. Təhsil Nazirliyi həmişə çox ümumi və abstrakt bir açıqlama verir. Düzdür, deyirlər ki, 2 min nəfərin diplomu saxtadır. Onların hər biri adbaad məlumdur. Amma bu adlar nədənsə, ictimaiyyətə açıqlanmır.

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədovla həmsöhbət olduq. O diplomun saxta olub-olmasını araşdırmaq üçün Təhsil Nazirliyinin Nazirliyinin "böyük ixtira" həyata keçirtməyinə ehtiyac olmadığını vurğulayıb:

"Çox təəssüf ki, Təhsil Nazirliyi bu tipli məsələlərdə operativ deyil. Ümumiyyətlə baş verən proseslərə münasibəti və reaksiyası çox aşağı səviyədədir. Digər tərəfdən isə bunu yoxlamaq üçün, "Amerikanı ikinci dəfə kəşf etməyə" Təhsil Nazirliyinin "böyük ixtira" həyata keçirtməyinə ehtiyac yoxdur. Müvafiq olaraq, bunu araşdırmaq üçün diplom.edu.az və eyni zamanda e-gov.az portalı var. Yəni dövlət tərəfindən 2003-cü ildən bəri verilən bütün diplomların hamısı bazada yerləşdirilib. Hər bir kəsin təhsil sənədi orda qeyd edilib. Hazırda istər dövlət, istərsə də özəl sektorda çalışanların diplom sənədləri bazaya daxil edilib. Saxta diplom dediyimiz əsasən bir neçə istiqamətdə ortaya çıxır. Birincisi, müəyyən qəbul qaydalarından kənar ali məktəblərə qəbul olunanlardır. Məsələn, boş plan yerlərinə həmin şəxsləri rektorlar və ya kimsə universitetə təhsil almağa götürür. Yekunda verilən sənəd dövlət nümunəli olmur. İkincisi isə ABU-nun vaxtında baş verən köçürtmələr nəticəsində olub. Bu diplomlar da sistemə vurulmayıb. Daha sonra plandan kənar qəbullar da olub. Bu insanlar 4 il təhsil alıblar, sadəcə onların oxumağı ilə bağlı tələbə-məzunu sisteminə informasiya daxil edilməyib. Siz Dövlət İmtahan mərkəzinə sorğu göndərdikdə, onlar sistemə baxacaqlar. Həmin şəxsin qəbul imtahanında iştirak edib-etməməsi bilinəcək. Əgər iştirak edibsə, topladığı bal və daxil olduğu ailə təhsil müəssisəsi sistemdə göstəriləcək. Təhsil Nazirliyi də eyni zamanda sistemə baxmalıdır. Əgər bu şəxs TQDK vasitəsilə qəbul olunmayıbsa, onun köçürtmə və ya daxil qəbulla daxil olması araşdırılmalıdır".

Təhsil eksperti onu da qeyd edib ki, ola bilsin ki Təhsil Nazirliyinin əməkdaşları "selfi" və "stand up"lar etməklə məşğuldurlar deyə, cavab verməyə vaxtları yoxdur:

"Ümumiyyətlə "saxta diplom" ifadəsi yanlışdır. Dövlət nümunəli olmayan diplom ifadəsi var. Yəni dövlət tərəfindən verilməmiş diplomlar...Diplomlar seriya nömrəsi ilə verilir. 2012-ci ildə o vaxtı TQDK-nın rəhbəri olan Məleykə Abbaszadə demişdi ki, 20 mindən çox şəxs bizim vasitəmizlə ailə məktəblərə qəbul olunmayıb. Amma onların diplomları var. O vaxtı təhsil naziri olan Mikayıl Cabbarov isə demişdi ki, diplomları dövlət nümunəli olmayan şəxslər müəllim kimi çalışırlar. Həqiqətən də 2014-2017-ci illərdə keçirilən müəllimərin diaqnostik imtahanında məlum oldu ki, 8 min müəllimin diplomu dövlət nümunəli deyil. Onlar lisenziyası olmayan təhsil müəssisələrində təhsil alıblar. Yəgin ki, Təhsil Nazirliyinin başı qarışıqdır. Onlar "selfi" və "stand up"lar etməklə məşğuldurlar deyə, cavab verməyə vaxtları yoxdur".

PS. Təəssüf ki, Təhsil Nazirliyi sorğumuza heç bir cavab verməyib. Qanunla qorunan informasiyalar istisna olmaqla, jurnalistə informasiyanın verilməsinə məhdudiyyətlər qoymağa və ya informasiya verilməsindən imtina etməyə görə cərimə nəzərdə tutulur. Necə edək ki, məmurlar ictimaiyyətə xəbər çatdıran media qurumlarına cavab versinlər? Məlumat əldə etmək azadlığı haqda qanunda informasiya ombudsman qurumunu fəallaşdırmaq lazımdır. Qanunun 8-ci maddəsinə əsasən, KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər. Bu hüquq Azərbaycan Respublikasının qanunvericiliyində göstərilən hallardan başqa, məhdudlaşdırıla bilməz. Məlumatın əldə edilməsi barədə sorğudakı məlumat öz operativliyini itirərsə, dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavab verilməlidir. Jurnalistlər məlumatı verməkdən imtina edən dövlət orqanlarından, bələdiyyələrdən, idarə, müəssisə və təşkilatlardan, ictimai birliklərdən, siyasi partiyalardan və ya vəzifəli şəxslərdən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə şikayət etmək hüququna malikdir. Qanunda jurnalist hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə tutulub. Jurnalistlərin qanuni fəaliyyətinə vətəndaşlar, dövlət orqanları, bələdiyyələr, idarə, müəssisə və təşkilatlar, siyasi partiyalar, habelə ictimai birliklər və ya vəzifəli şəxslər tərəfindən hər hansı müdaxilə, o cümlədən senzura tətbiq etmək, peşə müstəqilliyini pozmaq, jurnalisti informasiyanı yaymağa və ya informasiyanı çap etdirməkdən imtinaya məcbur etmək, jurnalist sorğusuna qanunla müəyyənləşdirilmiş müddətdə cavab verməmək və digər hüquqlarını pozmaq mülki, inzibati, cinayət və digər məsuliyyətlə səbəb ola bilər. //hurriyyet.az//

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Başqasının əvəzinə imtahan vermək istəyən şəxslərin cinayət işi məhkəməyə göndərilib- RƏSMİ

    Başqasının əvəzinə imtahan vermək istəyən ...

    3-05-2019, 19:28

  • 
  • Təhsil Nazirliyi 23 saxta diplom aşkarladı

    Təhsil Nazirliyi 23 saxta diplom aşkarladı ...

    5-07-2013, 16:01

  • 
  • Masallı təhsil şöbəsi hara baxır... - Nazirlik bununla bağlı hansı qərar qəbul edəcək?

    Masallı təhsil şöbəsi hara baxır... - Nazirlik ...

    11-05-2018, 15:23

  • 
  • Təhsil Nazirliyi xaricdə təhsil almaq istəyənlərə xəbərdarlıq etdi

    Təhsil Nazirliyi xaricdə təhsil almaq istəyənlərə ...

    23-07-2013, 12:43

  • 
  • Ödənişli təhsil üzrə qəbul planı ləğv ediləcək

    Ödənişli təhsil üzrə qəbul planı ləğv ediləcək ...

    25-10-2013, 11:01


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu