GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Azərbaycanda nə istehlakçı hüquqları qorunur , nə də insan hüquqları

Azərbaycanda nə istehlakçı hüquqları qorunur , nə də insan hüquqları

Tarix: 16-03-2022, 09:34 Bölmə :GündəmXəbər / Manşet Baxış: 317


15 mart -Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi günüdür 


Bu il ilaxır çərşənbəsi gününə təsadüf edən 15 mart -Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi günü kimi 1983-cü ildən qeyd edilir. Bu günün tarixi isə 1962-ci ildə ABŞ prezidenti Con Kennedinin Konqresdə çıxışından qaynaqlanır. Düz 60 il əvvəlin bu günündə  Kennedi Konqresdəki çıxışı ilə 15 martı  Dünya İstehlakçıları Günü elan edib :”Biz hamımız istehlakçıyıq” deyən prezident istehlakçıların böyük iqtisadi güc olduğunu, məhsulların alqı-satqısı, xidmətlər sektorunda keyfiyyət problemlərinin aradan qaldırılmasının vacibliyini də vurğulayıb.

 Azərbaycanda istehlakçı hüquqlarının müdafiəsi sahəsində hüquqi baza yaradılsa da, 19.09.1995-ci ill tarixli “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanun qəbul edilsə də, digər qanunvericilik aktları kimi, kağız üzərində “qüvvədədir”. Tam əminliklə deyə bilərik ki, ölkədə istehlakçı hüquqları qorunmur. 27 maddədən ibarət 27 il qabaq qəbul olunan qanunun yalnız 27-ci maddəsinə az – çox əməl olunaraq Azad İstehlakçılar Birliyi (AİB) yaradılıb. Birliyin və onun sədri Eyyub Hüseynovun istehlakçıların hüquqlarının müdafiəsi sahəsində gördüyü işlər misilsizdir. Bu ictimai qurum hətta məhkəmələrdə də istehlakçı hüquqlarının müdafiəsini həyata keçirirdi. Hər 15 martda şəhərin mərkəzində “istehlakçıların bayramı”nı küçə yürüşü ilə qeyd edən  AİB-in populyarlığı hökumətdə qıcıq yaratdı, ya nədənsə, sonradan  ictimai birliyə süni maneələr yaradıldı. Buna baxmayaraq, Azad İstehlakçılar İctimai Birliyi bu gün də istehlakçı hüquqlarının qorunması sahəsində öncüllüyünü qoruyur. Bəs hökumət qurumu necə? Əvvəllər İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin adı dəyişdirilərək Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə əvəzlənib. Bu dövlət xidmətinin işi isə istehlakçıların şikayətlərimdən rüşvət amacı ilə yararlanmaqdan o yana keçməyib. Təsəvvür edin, piştaxtada qoyulan malı satmaqdan imtina edən marketin bu açıq -aşkar hüquq pozuntusunu xidmət ( rəisi Zahid İsayev)  marketin müstəsna hüququ sayır! Nizami rayonu, Bəhruz Nuriyev -14 ünvanında 50 ilin kitabxanasını gizlincə “qutabxanaya” çevirən Nizami RİH ilə ƏMDK-nın   “Eviniz” ticarət obyektininin istehlakçı hüquqlarını pozmasına,  vergidən yayınmasına, adi ƏDV çeki verməkdən imtinasına son qoymaqda da İqtisadiyyat Nazirliyi maraqlı görünmür. 

Təbii inhisarçı xidmət qurumlarının özbaşınalığına,  inhisarçı mövqelərindən yararlanaraq xidmətdən imtina etmələri bir yana, məhkəmə təminatı hüququna da qadağa qoymalarına  İqtisadiyyat Nazirliyi nəinki hüquqi qiymət verilməsini təmin edir, əksinə, istehlakçını , haqqı pozulanı yox, hüquq pozucusunu “dövlət səviyyəsində” müdafiə edir. Belə təsəvvür yaranır ki, “İstehlakçı həmişə haqlıdır” prinsipi “İstehlakçı həmişə haqsızdır” ilə əvəz olunub. “Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında”, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası qanunlarının , uyğun olaraq 11-ci, 13-cü və 23-cü maddələrində fiziki şəxslərin, məişət qaz qurğularından istifadə edən istehlakçıların enerji, qaz , su sayğacları ilə TƏCHİZATININ,  QURAŞDIRILMASININ VƏ DƏYİŞDİRİLMƏSİNİN xidmət qurumunun vəsaiti hesabına həyata keçirilməsi doğrulansa da, hər xidmət qurumunun özünün “ÖZBAŞINALIQ QANUNU”- QANUNSUZ XİDMƏT HAQQI QANUNU QÜVVƏDƏDİR. Məhkəməyə gəldikdə, qanunu, Konstitusiyanı tətbiq etməli olan məhkəmə xidmət qurumlarının RÜŞVƏT  HAQQINI tətbiq edir! Təsəvvür edin, “Azərişıq”, “Azəriqaz” , “Azərsu” 30 ilin bağına işıq, qaz, su çəkilməsindən imtina edir ki, “şərt haqqı” ödınməyib, Bakı İnzibati Məhkəməsinin hakimi Fərid Mədətli də bu haqqa  haqq qarşılığında elə haqq qazandırır ki, 2 ildir heç qərarını da vermir. Yeri gəlmişkən, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 26-cı maddəsinə əsasən, istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı verilən iddialara görə dövlət rüsumu ödənilmir . Məhkəmələrin ya savadsızlıqdan,  ya da rüşvətxorluqdan, bu maddəni də tətbiq etməmələri ciddi qanun pozuntusudur. Mülki Prosessual Məcəllənin tələbinə görə isə, istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı iddialar üzrə məhkəməni seçmək hüququ iddiaçıya məxsus olduğu halda , buna da əməl edilmir. Bakı şəhəri, Nizami rayon məhkəməsi (hakim Fikrət Mirzəyev və indi də  Ülkər Yusifova) 6 ildir və  11 aydır “Kapitalbank”ın Nizami filialına  (indi həm də Beynəlxalq Bankın Nizami filialına) qarşı iddianı iddiaçıdan xəbərsiz “aidiyyatı” məhkəməyə” göndərib, it-bata salmaqla bankın 3-5 manatına vəkillik edirlər. 

Nə isə, istehlakçı hüquqlarının müdafiə olunmamasını faktlarla ortaya qoysaq, bir qəzet səhifəsinə sığmaz. Ədalət adına onu da vurğulayaq ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə Məmməd Abasbəyli rəis təyin ediləndən istehlakçı hüquqlarının qorunması sahəsində canlanma hiss olunur. Enerji sahəsində istehlakçı hüquqlarının müdafiəsinə təhkim edilən Energetika Nazirliyi və yanındakı Enerji Məsələlərini Tənzimləmə Agentliyinin işi isə qanuna yox, “enerji dələduzlarının” qanunsuz rüsum haqqına uyğun həyata keçirilir; yəni istehlakçı hüquqlarının müdafiəsindən imtina edilir.  Fikrimizcə, enerji sahəsində də istehlakçı hüquqlarının müdafiəsi İqtisadiyyat Nazirliyinə verilməlidir. 

…Azərbaycan Respublikasının Prezidentindən tutmuş körpəsinə kimi hamı istehlakçıdır. 15 mart -ilaxır çərşənbəsi, istehlakçı günü xeyirli -uğurlu olsun! 


Məğrur Bədəlsoy

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezident istehlakçı hüquqlarını qoruyan dövlət xidmətinin fəaliyyətinin təkmilləşdirilməsinə dair fərman imzalayıb

    Prezident istehlakçı hüquqlarını qoruyan dövlət ...

    29-04-2016, 01:41

  • 
  • Azərbaycanda istehlakçı niyə zay məhsulu qaytarıb pulunu ala bilmir?

    Azərbaycanda istehlakçı niyə zay məhsulu qaytarıb ...

    17-04-2014, 10:01

  • 
  • Mağazalarımızda insanları “zəhərləyən” şəbəkə var - PROBLEM

    Mağazalarımızda insanları “zəhərləyən” şəbəkə var ...

    19-05-2018, 15:45

  • 
  • "Mehriban Əliyevanın sayəsində Azərbaycan uşaq hüquqlarının müdafiəsi üzrə uğurlar qazanıb"

    "Mehriban Əliyevanın sayəsində Azərbaycan ...

    15-12-2015, 22:13

  • 
  • Halal” “Sab”ın “icarəçisi” “Ozon”un halal olmayan ticarəti

    Halal” “Sab”ın “icarəçisi” “Ozon”un halal olmayan ...

    16-01-2014, 12:05


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu