GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Mağazalarımızda insanları “zəhərləyən” şəbəkə var - PROBLEM

Mağazalarımızda insanları “zəhərləyən” şəbəkə var - PROBLEM

Tarix: 19-05-2018, 15:45 Bölmə :Cəmiyyət Baxış: 493
Mağazalarımızda insanları “zəhərləyən” şəbəkə var - PROBLEM


Son zamanlar istehlakçıları narahat edən məsələlərdən biri də mağazalarda, marketlərdə qida məhsullarının son istifadə tarixlərinin dəyişdirilməsidir. Bəzi marketlərdə istifadə müddəti keçmiş məhsulların üzərinə yeni istifadə tarixləri qeyd olunaraq satılır.

Bu, bir çox məhsullarda — kolbasa, kiloqramla satılan konfetlər, şirniyyatlar və s. özünü göstərir. Hətta istifadə müddəti keçmiş bəzi məhsullar elə marketlərdəcə yenidən qablaşdırılır, üzərilərinə yeni istifadə tarixlərini göstərən yarlıqlar yapışdırılır. Əlbəttə ki, bu hal istehlakçının hüquqularının pozulması ilə yanaşı, onların sağlamlığı üçün də təhlükəlidir.

Bəs, belə xoşagəlməz halla üzləşən istehlakçı nə etməlidir, necə davranmalıdır? Mağazada satılan məhsulun istifadə tarixi dəyişdirilibsə, istehlakçı kimə müraciət etməlidir?

Sputnik Azərbaycan istehlakçıları maraqlandıran bu suallara ekspertlərlə cavab tapmağa çalışıb.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında əvvəlcə xatırladıb ki, “Ərzaq məhsullarının təhlükəsizliyi haqqında” və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunlarında, həmçinin Nazirlər Kabinetinin 94 saylı qərarında göstərilir ki, vaxtı keçmiş ərzaq məhsullarının satışı qadağandır.

“Hər hansı super marketdə istifadə vaxtı keçmiş bir ərzaq məhsulu belə satılırsa, market sahibini 1500 manat məbləğində cərimə gözləyir. Bu cəriməni İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti həyata keçirir”, — o əlavə edib.

E.Hüseynov sualımıza cavabında bildirib ki, belə hal ilə qarşılaşan istehlakçı ilk növbədə, tədbir görülməsi üçün mağaza rəhbərliyinə müraciət etməlidir. Bundan sonra isə İqtisadiyyat Nazirliyinə müraciət etməlidir.

Həmçinin "Azad İstehlakçılar" Birliyinə də müraciət edə bilərlər: “Müraciət edən istehlakçının da iştirakı ilə mağazadakı malların məhv edilməsinə nail ola bilərik. Çox təəssüflər olsun ki, 20 ildən çoxdur istehlakçı hüquqlarının qorunması ilə məşğul olmağıma baxmayaraq, cəmi iki dəfə vaxtı keçmiş məhsulların kütləvi və şəffaf şəkildə məhv edilməsinə nail ola bilmişik”.

"Bizə qurd basmış xurma, konfet və s. ilə bağlı şikayətlər daxil olub. Qablaşdırma üzərində uzunmüddətli istifadə tarixi qeyd edilsə də, məhsulun özü keyfiyyətini itirmiş olub. Bu da o deməkdir ki, bununla məşğul olan xüsusi şəxslər var ki, məhsulu yenidən qablaşdırır, üzərinə yeni tarix əlavə edirlər”, — deyə E.Hüseynov qeyd edib.

Bu halın cinayət olduğunu vurğulayan ekspert onu da əlavə edib ki, çox təəssüf, dövlət məhsulların etiketini dəyişən, yenidən qablaşdıran şəbəkəni ifşa etmir: “Bizə “Kinder” şokoladları barəsində şikayət daxil olmuşdu. Biz bu barədə distribüter şirkətə müraciət etdik ki, məhsullar satışdan çıxarılsın. Ancaq çıxarılmadı. Biznes qurumları onlar üçün yaranmış vəziyyətdən sui-istifadə edirlər".

Hüquqşünas Fərid Həmidli isə bildirib ki, istehlakçılar qarşılaşdıqları belə xoşagəlməz hallarla bağlı İqtisadiyyat Nazirliyinin “195-2” çağrı mərkəzinə və Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət etməlidirlər.

Hüquqşünasın sözlərinə görə, edilmiş müraciət araşdırılacaq və fakt təsdiqini taparsa, qayda pozanlar cəzalandırılacaq. Sözügedən məhsulun üzərindəki son istifadə tarixini dəyişənləri isə, fiziki şəxs olduqda 1500 manatdan 2 min manatadək, hüquq şəxs olduqda isə 4 min manatdan 5 min manatadək cərimə gözləyir.

F.Həmidli onu da əlavə edib ki, istehlakçının, tələblərini ödəməyən malı keyfiyyətli malla dəyişdirmək hüququ da var. Bu, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 15-ci maddəsi ilə tənzimlənir.

"Qanunda deyilir ki, lazımi keyfiyyətli qeyri-ərzaq məhsulunu öz formasına, ölçüsünə, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçının onu alındığı yerdə uyğun mala dəyişdirmək hüququ var”, — hüquqşünas vurğulayıb.

Onu da bildirib ki, istehlakçı aldığı malı, alınma günü sayılmamaq şərti ilə, 14 gün ərzində lazımi keyfiyyətli mala dəyişdirmək hüququna malikdir. Pərakəndə satılan malın dəyişdirilməsi üçün isə, satıcı tərəfindən daha uzun müddət verilə bilər.

“İstehlakçı tərəfindən əldə edilmiş lazımi keyfiyyətli mal istifadə olunmayıbsa və onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı, həmçinin mal və yaxud kassa qəbzi və ya ona mal ilə birlikdə verilmiş digər sənədləri saxlanılıbsa, bu hallarda o dəyişdirilə bilər”, — hüquqşünas qeyd edib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Paytaxtda satılan "ölüm kolbasaları"

    Paytaxtda satılan "ölüm kolbasaları" ...

    31-03-2017, 13:44

  • 
  • “təbii şirə” adı altında satılan malların 80%-nin təbii şirə ilə heç bir əlaqəsi yoxdur.

    “təbii şirə” adı altında satılan malların 80%-nin ...

    13-11-2013, 12:15

  • 
  • “Kral”dan vaxtı keçmiş kolbasa kampaniyası – Foto/İddia

    “Kral”dan vaxtı keçmiş kolbasa kampaniyası – ...

    26-04-2018, 16:14

  • 
  • Bakıda eşşək ətindən kolbasa hazırlanır

    Bakıda eşşək ətindən kolbasa hazırlanır ...

    15-01-2014, 16:20

  • 
  • Azərbaycanda haram malları əhaliyə “halal qida” adı ilə satan ŞİRKƏTLƏR

    Azərbaycanda haram malları əhaliyə “halal qida” ...

    8-02-2018, 10:30


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (258)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu