GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Kamran Bayramovun Şəmkir-Daşkəsən dairəsindən bir daha deputat olması mümkün deyil… - Kamran Bayramov nə düşünür ?

Kamran Bayramovun Şəmkir-Daşkəsən dairəsindən bir daha deputat olması mümkün deyil… - Kamran Bayramov nə düşünür ?

Tarix: 28-03-2022, 13:01 Bölmə :GündəmXəbər / Manşet Baxış: 405

Parta yoldaşını göstər, sənin kim olduğunu deyim….

Deputatlarımızın bir çoxunun müsahibəsini oxuyanda adam dəhşətə  gəlir. Və adam düşünür ki, bunlar necə deputat olublar.
Müdriklər əbəs yerə demir ki, insan dilin altında gizlənib...danışan kimi, kimin kim olduğu  bilinir.
Sözün qısası,  Milli Məclis  seçkilərində 100 saylı Şəmkir-Daşkəsən seçki dairəsindən  Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmiş  Kamran Bayramovun uzun-uzadı müsahibəsini oxuyanda məəttəl qaldıq.
GundemXeber.Az gundelik-baku.com-a istinadla bildirir ki, Kamran Bayramov  1979-cu ildə Bakı şəhərində anadan olub.
1995-ci ildə Bakı şəhəri, Yasamal rayonunun 20 nömrəli orta məktəbi və 1999-cu ildə  Bakı Dövlət  Universitetinin  hüquqşünaslıq fakültəsini bitirib.  
1999-cu ilin sentyabr ayında təyinatla Ədliyyə Nazirliyinə işə qəbul olunaraq nazirliyin mərkəzi aparatının Beynəlxalq hüquq əməkdaşlığı idarəsinin inspektor vəzifəsinə təyin edilmiş;
1999–2006-cı illər ərzində Ədliyyə Nazirliyinin Beynəlxalq hüquq əməkdaşlığı idarəsinin inspektor, məsləhətçi, aparıcı məsləhətçi, baş məsləhətçi vəzifələrində çalışmış;
2006-cı ilin sentyabr ayında İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini vəzifəsinə təyin olunmuş;
2007-ci ilin may ayında Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına işə keçirilərək İcra Aparatının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin məsləhətçisi vəzifəsinə təyin edilmiş;
2007–2013-cü illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına işə keçirilərək İcra Aparatının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsində çalışaraq baş məsləhətçi vəzifəsinə qədər yüksəlmiş;
2013-cü ilin fevral ayında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin Bələdiyyələrlə iş sektorunun müdiri vəzifəsinə təyin olunmuş;
2015-ci ilin noyabr ayının 1-də keçirilmiş Milli Məclis seçkilərində 100 saylı Şəmkir-Daşkəsən seçki dairəsindən V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.
Milli Məclisin Regional məsələlər komitəsinin üzvüdür. Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Argentina, Belarus, Fransa, Xorvatiya, İspaniya, Kanada, Koreya, Kuba, Qətər, Litva, Polşa, Ukrayna parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Birinci ondan başlayaq ki, bu adamın ömür  boyu Şəmkir-Daşkəsən bölgəsinə ayağı dəyməyib, heç kəsi tanımır.
Görəsən, bu adam həmin bölgədən necə deputat olub..?
Kamran Bayramov öz müsahibəsində deyir seçki vaxtı seçicilərlə  görüşündən danışır və s.
Bir soruşan yoxdur ki, Şəmkirin, eləcə də Daşkəsənin kifayət qədər  nüfuzlu  insanları olduğu halda, sən Kamran Bayramov necə deputat ola bilərdin..? 

Müxbirin məhz  bu  yöndə sualına Kamran Bayramov nə cavab versə yaxşıdır ? 
Cavabları  olduğu kimi dərc edirik: 
Partiya məsləhət bildi, mən də deputat oldum...
Deputat maaşım məni tam qane edir, şikayətçi deyiləm...
Avtobus və metrodan istifadə edirəm...və s. 
Fikir verdinizmi, bu adam deyir ki, partiya məsləhət bildi və mən də deputat oldum. 
Bu adamdan soruşan lazımdır ki, deməli sənin öz şəxsi təşəbbüsün olmayıb. 
Bu adam deyir ki, deputat maaşı məni qane edir və artığına ehtiyacım yoxdur. 
Onda bu adamdan soruşan lazımdır ki, bəs onda niyə kimlərinsə tapşırığı ilə nəsə alırsan, nəsə verirsən...bəs bunlar nədir..? 
Yaxşı, bütün bunları bir kənara qoyaq. 
Bəs adını çəkmək istəmədiyimiz yüksək vəzifəli məmurların ( düzdür  o münasibətlər artıq zədələnib ) münasibətlərindən istifadə etməyini hara yazaq..? 
Elə bilirsən, sənin deputat olmağının “mənbəyi”  bəlli deyil..? 
Adam necə durduğu yerdə deputat ola bilər..? 
Cənab deputat, deyirsən ki, metroya, avtobusa minirəm-filan...
Amma  qəbul etdiyiniz qanunların qüvvəyə minə bilməsindən, kağız üzərində qalmasından heç danışmırsan..? 
Sənin nəyə minib-minməməyin  seçicilər üçün maraqlı deyil, əsas olan qanunların qüvvəyə minməsidir. 
Sözün qısası cənab deputat Kamran Bayramovun müsahibəsi  onun mahiyyətini açıb ortaya qoyur. 
Və düşünürük ki, növbəti seçkidə Kamran Bayramovun Şəmkir-Daşkəsən sakinlərinin səsini qazanması mümkün deyil. 
Yekə müsahibəsinin sonunda Kamran Bayramov Milli Məclisdəki keçmiş parta yoldaşı olan  Rüstəm Xəlilovdan danışır. Və onunla bir partada oturmağından qürur duyduğunu qeyd edir. 
Sözün düzü, deputatın  belə duyğusal cavabından sonra yazmağa bir söz tapmadıq. 
Həm də mövzumuz Rüstəm Xəlilovla birbaşa bağlı olmadığı üçün çox dərinlərə getmədik. 
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Xatırladaq ki, yazıda müxtəlif saytların məlumatlarından da istifadə olunmuşdur.


GundemXeber.Az


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Milli Məclisin yeni deputatları - Siyahı

    Milli Məclisin yeni deputatları - Siyahı ...

    2-11-2015, 13:03

  • 
  • Samir Şərifovu Azər Bayramov əvəzləyəcək - İDDİA

    Samir Şərifovu Azər Bayramov əvəzləyəcək - İDDİA ...

    9-01-2020, 13:40

  • 
  • Milli Məclisin daha 3 deputatı mandatdan məhrum ediləcək

    Milli Məclisin daha 3 deputatı mandatdan məhrum ...

    24-04-2018, 11:09

  • 
  • Onların yerinə namizəd olanlar qeydə alındılar - 4 deputat susur

    Onların yerinə namizəd olanlar qeydə alındılar - ...

    28-09-2015, 19:32

  • 
  • Yasamalın yeni icra başçısı kim olacaq?

    Yasamalın yeni icra başçısı kim olacaq? ...

    12-07-2017, 15:43


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu