GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “O həkimə görə ana olmaq imkanından məhrum olmuşam”

“O həkimə görə ana olmaq imkanından məhrum olmuşam”

Tarix: 2-04-2022, 13:23 Bölmə :GündəmXəbər / Manşet Baxış: 445

““German” Hospitalın həkimi Zeynəb Şaqidulinanın səhlənkarlığı nəticəsində mənim həyatım demək olar ki, məhv olub. Mən ana olmaq imkanından məhrum olunmuşam, sağlamlığıma ağır zərər vurulub”. 

Gundemxeber.Az bildirir ki, bu şikayətlə “Qafqazinfo”ya həmin xəstəxanada əməliyyat olunmuş Türkan Bayramova müraciət edib. Onun sözlərinə görə, bir müddət öncə hamiləlik zamanı üzləşdiyi problemlərlə əlaqədar “German” Hospital klinikasında fəaliyyət göstərən həkim Zeynəb Şaqidulinaya müraciət edib.
Xəstənin iddiasına əsasən, həkim onu müayinə etdikdən sonra fallopiya borusunda problem olduğunu müəyyən edib, təmizləyəcəyini və bundan sonra rahatlıqla hamilə qala biləcəyini bildirib: “Lakin əməliyyat zamanı razılığım olmadan borunu kəsib. Əməliyyat ötən ilin dekabrın 9-da olub. Əməliyyatdan öncə bütün tələb olunan analizlərdən ve müayinələrdən keçdim. Həkim əməliyyat xərclərinin ilk öncə analizlərlə birlikdə ümumi 1000 manat olacağını bildirmişdi. Lakin əmaliyyat günü müəyyən oldu ki, analizlərə görə, ayrıca 160 manat ödəməliyəm. Əməliyyata görə 900 manat kassaya, 300 manat isə həkimin bank kartına göndərdim. Analizlərin nəticəsinə görə əməliyyat olunmağım üçün bir problem yox idi. Əməliyyat olundum və anesteziyadan ayıldıqdan sonra həkim mənə bildirir ki, borunu kəsib xaric etməli oldular. Səbəb kimi də pis vəziyyətdə olmasını bildirdi. Halbuki mənim buna razılığım olmamışdı. Daha sonra əməliyyat yeri ilə yanaşı sol ayağımda (dizə qədər olan hissə) və cinsi orqanımın bir hissəsində kəskin ağrılar var idi. Həkimə bunu bildirdikdə dedi ki, bu normaldır və keçəcək”.
Vətəndaş deyir ki, ağrılar azalmaq əvəzinə daha da artıb: “Bir həftə sonra tikişləri çıxartmaq üçün xəstəxanaya getdim. Əməliyyatdan sonra yaranan ağrılarım barəsində yenidən həkimə şikayətimi bildirdim. Həkimdən soruşdum ki, əməliyyat zamanı sinirə toxunulma ehtimalı varmı? Buna cavab olaraq həkim bildirdi ki, var və 1 aya keçəcək. Ağrılar dözülməz həddə çatdığına görə 1 həftə sonra yenidən həkimə müraciət etdim. Mənə təqribi 300 manat dəyərində vitamin resepti yazdı və bildirdi ki, bu vitamin kursu bitdikdən sonra keçəcək. Lakin heç bir yaxşılaşma olmadı”.

Türkan Bayramovanın sözlərinə görə, başqa ginekoloqun müayinəsinə də gedib. Ona əməliyyat videosunu göstərdikdə bildirib ki, əməliyyat zaman lazımsız yerlərə toxunublar: “Zeynəb doktordan xahiş etdim ki, bu fəsadları aradan qaldırmaq üçün mənə yardım etsin. Həkim məni “German” Hospitalda çalışan nevropatoloq müayinəsinə dəvət etdi. Həmin müayinəyə getdikdə otaqların birində elə özünün də iştirakı ilə digər xanım nevropatoloq mənə sadəcə göz ilə baxıb müayinə etdi. Heç bir analiz, ya da MRT-yə göndəriş olmadan mənə soyuqdəymə diaqnozu qoydu. Baxmayaraq, artıq əməliyyatdan 3 ay keçib yaranan fəsadları hələ də aradan qaldıra bilməmişəm. Bu 3 ay ərzində mən xeyli vəsait xərcləmişəm”.


Vətəndaş bildirir ki, məsələ ilə bağlı xəstəxanaya məktub yazıb. Cavab gəlmədiyi üçün baş həkimin qəbuluna da gedib: “Bir gündən sonra onlardan əl çəkməyim üçün mənə əməliyyat pulunu qaytardılar. Təəssüf ki, bu məbləğ mənim problemimi həll etmir. Nevropotoloqlar tərəfindən mənə bildiriblər ki, yazılan müalicələr fəsadları aradan qaldırmasa, gələcək müalicə digər ölkədə olmalıdır. Çünki bizdə belə növ müalicə yoxdur. Zeyneb doktorun yanına getdikdə o bildirdi ki, yalnız 500 manat verə bilər. Əlavə olaraq bildirir ki əməliyyat uğurlu keçib, həmçinin deyir ki, əməliyyatda assistent olduğuna görə biz məhkəməyə müraciət etsək belə ona məhkəmənin heç bir sualı olmayacaq, gedib hara istəsək şikayət edə bilərik. Həmçinin mənə əməliyyata aid sənədlərin nüsxəsini verməkdən imtina ediblər. 
Hazırda mən gəzə bilmirəm, əmək qabiliyyətimi itirmişəm. Şəxsi gigiyenamla məşğul ola bilmirəm. Ağrıdan şalvar geyinmək belə olmur. Əməliyyatdan sonra yaranan bu fəsada görə mən hamiləlik planlanması da edə bilmirəm. Çünki fəsadların aradan qaldırmaq üçün yazılan müalicə və dərmanlarla hamiləlik planlamaq olmaz”. 
Türkan Bayramova şikayətlə bağlı prokurorluq orqanlarına da müraciət etdiyini qeyd edib.
Məsələ ilə bağlı “German” Hospitalın həkimi Zeynəb Şaqidulinanın özü ilə əlaqə saxladıq.

Həkim “Qafqazinfo”ya açıqlamasında iddialara cavab olaraq bildirdi ki, əməliyyat zamanı pasiyentin icazəsi olmadan heç bir iş aparılmayıb: “Bəli, bu xanım bizim klinikada əməliyyat edilib. Lakin onun razılığı olmadan heç bir proses aparılmayıb. Tək o xanım deyil, ümumiyyətlə bütün əməliyyatlarda pasiyentin razılığı olmalıdır. Biz Türkan Bayramova ilə əməliyyatdan əvvəl danışmışıq və ona izah etmişəm ki, mümkün olsa, boru təmizlənəcək, əgər mümkün olmasa, o zaman kəsilib xaric ediləcək. Onun razılığı ilə əməliyyat həyata keçirilib. Düzdür, sonradan ağrılarının olması ilə bağlı müraciət edib və mən də onu xəstəxanamızın nevroloquna yönləndirdim. Nevroloq bu xanımı tam təmənnasız müayinə edib və müalicə yazıb. Amma əslində bunu biz etməli deyildik. Hətta Türkan Bayramova başqa həkimə müraciət etmişdi, həmin həkim də eyni diaqnozu qoymuşdu. Lakin Türkan xanım özünü elə aparır ki, sanki həyatı təhlükəsi var. Axı belə deyil. Onun sinir sistemi zədələnməyib. Əməliyyatın görüntüləri də var”.
Həkimin sözlərinə görə, Türkan Bayramovanın təkrar əməliyyata ehtiyacı olsa, bunu icra edə bilərlər: "Lakin o dedi ki, bizə inanmır və müalicəsini başqa yerdə etdirmək istəyir. Dedi ki, buna görə ona pul verək. Həyat yoldaşı da ağlayırdı ki, əməliyyatı etdirmək üçün borc alıb, imkanı yoxdur. Onun əməliyyat pulunu 1200 manat olaraq geri qaytardıq. Ekspertiza da aparılmışdı və məlum olmuşdu ki, əməliyyatda bizim tərəfdən heç bir yalnış olunmayıb. Həyat yoldaşı ilə danışıb yenidən xanımın vəziyyəti ilə maraqlananda mənə dedi ki, xəstəxananın verdiyi pul onun müalicəsinə bəs etmədi. Mən ona kömək məqsədilə pul verəcəyimi dedim. Lakin o mənim verəcəyim pulla kifayətlənmək istəmədi. Məndən 5000 manat pul istədi. Bundan sonra bir də mənə yaxınlaşmayıb. Bu danışıqdan sonra bir daha danışmamışıq.
Bu xanım heç bir sosial şəbəkə hesabında bu məsələ ilə bağlı öz adı ilə heç nə paylaşmır. Tanışları paylaşır. Ayrı-ayrı səhifələrdə bu barədə paylaşımlar edilir, lakin özü etmir. Çünki çox yaxşı bilir ki, haqqımda yalan danışdığına görə mən onu məhkəməyə verəcəyəm”.


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Şəkidə ana əməliyyatdan sonra ölüb

    Şəkidə ana əməliyyatdan sonra ölüb ...

    2-04-2018, 10:40

  • 
  • Daha bir “həkim terroru” - Uşaq öldü, ana isə ağır vəziyyətdədir

    Daha bir “həkim terroru” - Uşaq öldü, ana isə ...

    20-02-2014, 11:50

  • 
  • Pənah Hüseynovla “Medistyle Hospital”ın işi prokurorluqda – Təfərrüat

    Pənah Hüseynovla “Medistyle Hospital”ın işi ...

    31-05-2018, 15:52

  • 
  • Lənkəranda həkimin döyülməsi ilə bağlı - Açıqlama

    Lənkəranda həkimin döyülməsi ilə bağlı - Açıqlama ...

    25-12-2013, 13:55

  • 
  • “Ege Hospital”dan növbəti biabırçılıq - Türkiyədə səhvən xəstənin boğazını kəsən həkim Bakıda çalışacaq

    “Ege Hospital”dan növbəti biabırçılıq - Türkiyədə ...

    18-07-2018, 18:00


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (252)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu