Bakıdakı 7 saylı Doğum Evinin həkimlərinin səhlənkarlığı ilə bağlı AzNews.az-a şikayət daxil olub.
Xəstə Hüseynova İradə Qələndər qızının anası Sənəm İsayeva AzNews.az-a bildirib ki, Bakıdakı 7 saylı Doğum Evinin həkimlərinin səhlənkarlığı və kobudluğu ucbatından yeni dünyaya gələn körpə ölüb, qızı isə ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib:
“Qızım Hüseynova İradə Qələndər qızı Səbayel Rayon, Bayıl qəsəbəsində 5 saylı qadın məsləhətxanasında qeydiyyatda olub və 9 ay mütəmadi olaraq, müayinə olunub. Həmin müddət ərzində hamiləliklə əlaqədar onda heç bir fəsad aşkarlanmayıb. Həkimlər isə uşağın sağlam olduğunu bildirib. Həmçinin, bu onun ikinci doğuşu olub”.
S. İsayeva deyib ki, bu gün gecə saatlarında qızı yaxınları tərəfindən doğuşun həyata keçirilməsi üçün 7 saylı Doğum Evinə aparılıb: “Doğuşu aparmaq üçün Səbinə adlı həkimə təhvil verilib.
Həkim isə onunla çox kobud rəftar edib. Xəstə ilə belə rəftar edərlər? Sonradan ona ağrıkəsici vurulub. Bu iynədən sonra uşaqlıqda qanaxma başlayıb. Qanaxma daxilə sirayət edib. Qanaxmanın qarşını ala bilmədiyini və vəziyyətin pisləşdiyini gördükdə təcili olaraq, üzərində keysəriyyə əməliyyatı aparılıb. Əməliyyat zamanı uşağı götürüblər”.
Ana bildirib ki, həkimlərin səhlənkarlığı səbəbindən uşaq əməliyyatdan sonra tələf olub: “Ən dəhşətlisi isə bundan sonra olub. Bizə demədən qızımın uşaqlığını tamamilə götürüblər. Vəziyyətin pis olduğunu görən həkimlər İradəyə qan lazım olduğunu deyiblər və bunun üçün bizdən 300 manat da pul aldılar. Belə xəstəxana olar? Heç kəsə bir söz demədən nə istəyirlər onu da edirlər. Biz nə qədər soruşsaq da, deyirlər ki, məlumat verə bilmərik”.
S. İsayeva hazırda qızının reanimasiya şöbəsinə yerləşdirildiyini və vəziyyətinin yaxşı olmadığını deyib.
Sorğu
Yeni dizaynımız necədir?