Baş nazirin keçmiş müavini Abid Şərifovun Böyük Britaniyada yaşayan nəvəsi Nicat Mahmudov bu il fevralın 14-də Londonda ikinci şirkətini qeydiyyatdan keçirib. LONDONCAPSULE LIMITED İngiltərə paytaxtının Durweston Street 17 ünvanında hüquqi qeydiyyata alınıb. Şirkət Britaniya paytaxtında brend geyimlərin satışı ilə məşğul olacaq.
Nicat Mahmudov 6 saylı cəzaçəkmə müəssisəsinin rəisi Məmməd Mahmudovun oğludur. Onun 5 il əvvəl təsis etdiyi ABEONA GLOBAL LIMITED isə restoran biznesi sahəsində fəaliyyət göstərir, Londondakı Buta Lounge qəltan barı Şərifovun nəvəsinə məxsusdur.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?