GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » ADAU-dakı özbaşınaalıqlar PİK HƏDDƏ... - NARAZILIQ!

ADAU-dakı özbaşınaalıqlar PİK HƏDDƏ... - NARAZILIQ!

Tarix: 4-04-2022, 12:30 Bölmə :GündəmXəbər / Manşet Baxış: 372


Azərbaycan Dövlət Aqrar Universitetinin bir qrup tələbəsi adından ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Müraciətdə bir sıra ittihamlar yer alıb. Gundemxeber.az  bildrir ki, bir nüsxəsi də dia.az-a daxil olan müraciətin rektora xitab olunan bəzi hissələrini təqdim edirik:


"Ay yoldaş rektor İbrahim Cəfərov, bu şəxslərin Universitetdə çalışması belə Azərbaycan Dövlət Aqrar Universitetinə hörmətsizlikdir, təhqirdir. Siz bununla minlərlə Aqrar Universitetin biz məzunlarını və tələbələrini təhqir edirsiniz. Siz bu şəxslərlə, bu kadrlarla hansı təhsildən danışa bilərsiniz? Aydın İsayev magistraturada şöbə müdiri olanda belə tələbələrin gündəlik “qayıb”lərini sayaraq rüşvət alırdı. Magistrləri aylığa buraxırdı. Onun adi savadı belə yoxdur. Siz onu şöbə müdirliyindən çıxaranda biz sevindik. İndi eşidirik ki, Sizə küllü miqdarda pul veribdir və ixtisası uyğun olmayan böyük bir kafedraya müdir təyin olunubdur. O, bizə "Texniki təminat", "Traktorlar və avtomobillər" fənnini belə tədris edə bilmirdi. Üzündən oxuyub bəzi şeylər yazdırırdı,yazdırdığından heç özünün başı belə çıxmırdı, ancaq yekunda pulumuzu alırdı.

Sual olunur, Siz onun hansı savadına görə ixtisası ayrı olan kafedraya müdir təyin etmisiniz? “O olmasın, bu olsun” tamaşasındakı kimi onun ancaq puluna və dayısına görəmi???

Ayaz Həsənov da 80-ci illərin köhnə kurs layihələrini (kursavoylarını) bizə 60 manata satırdı. Belə ki, keçmiş dövrlərin kolxoz və sovxozları üçün nəzərdə tutulan köhnə təmir emalatxanasının və maşın-traktor parkının sxemlərini satırdı. Yadımızdadır, biz deyəndə ki, bizim müəllimimiz, kurs işi rəhbərimiz kimdir. Deyirdi ki, hamısını özüm həll edirəm. Bu gün biz məzunları heç bir yerə işə belə götürmək istəmirlər. Zor-bəla ilə öz qabiliyyətimizə görə işə girə bilirik. Bir qrupumuz da biznes ilə məşğul olur. Universitetdə artıq yeniliklər etmək lazımdır. Bu gün kənardan bizim Universiteti tanımırlar.

Hörmətli Prezidentimiz Aqrar Universitetə böyük maraq göstərir. Lakin İbrahim müəllim ancaq özünə maraq göstərir. Çünki, pulu ancaq bu kimi alverçi, tacir müdirlərdən almaq olar.

Bu gün təhsil alan tələbələr də Universitetdə olan dərs və tələbəlikdən narazıdırlar. Hətta III kurs tələbəlrinin əksəriyyətindən Aydın İsayev kurs işinə görə 70 manat almışdır. Burada maddi maraq çərçivəsində istənilən qiyməti almaq olar və aylarla dərsə gəlməmək də olar. Bunlarla yanaşı, Universitetdə hamı bilir ki, İbrahim müəllimdən çoxları qorxur. Ona nazirlik də söz deyə bilmir. Ona görə də istədiyi adamı təhqir edir, istədiyi adamı aşağılayır və istədiyi rüşvəti də alır.

Bir Universitetdə ki, ayaqqabı satan, kartof satan, ət satan, dovğa satan, alma satan və paltar satan kadrlar kafedraya – təhsilə və elmə rəhbərlik edir, onda buradan heç nə gözləyə bilmərik. Çünki, yaxın gələcəkdə də bu şəxslər elmlər doktoru, professor olacaqlar.

Bir anlığa təsəvvür edin: Ayaz Həsənov mətbuatda deyilən kimi əlavə dil bilmir, kompyuterdən başı çıxmır, elektron resurs tanımır, lakin müdafiə edib professor olacaq və kurs işini daha baha qiymətə satacaqdır. Çünki, onu ancaq satmaq, alver maraqlandırır. Biz bu yoldaşları yaxşı tanıyırıq. Rektora da bunlar xeyir verə bilir.

Odur ki, belə ədalətsizliyin, saxtakarlığın qarşısı alınmalıdır. Hamı bilir ki, rektor İbrahim Cəfərovun bir amalı var. Kimin pulu çoxdur, yalnız o kafedra müdiri və ya digər vəzifədə ola bilər.

Biz ölkə rəhbəri hörmətli Prezidentimizdən, Kənd Təsərrüfatı Nazirimizdən xahiş edirik təcili tədbir görsünlər, yoxsa bu gün buraxılacaq kadr siyasəti üzrə səhvliklər bu Universiteti məhvə aparacaq. Bunu da bərpa etmək üçün ən azı 10-15 il vaxt lazım olacaqdır".

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...


Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan Dövlət Aqrar Universitetinin ( ADAU ) rektoru İbrahim Cəfərov öz tay-tuşları kimi orta məktəbi bitirəndə ali məktəbə daxil ola bilməyib.

    Azərbaycan Dövlət Aqrar Universitetinin ( ADAU ) ...

    19-05-2021, 11:55

  • 
  • Tədris ustası ADAU rektoruna tənələr yağdırdı: - “Siz rektor olandan bəri…”

    Tədris ustası ADAU rektoruna tənələr yağdırdı: - ...

    4-05-2020, 14:56

  • 
  • Rektordan Nazirlər Kabinetinin qərarına hörmətsizlik - İLGİNC FAKT

    Rektordan Nazirlər Kabinetinin qərarına ...

    12-12-2020, 20:43

  • 
  • Azərbaycan Dövlət Aqrar Universiteti “cərimə batalyonu kimi”: Rektora talançılıq ittihamı-PREZİDENTƏ MÜRACİƏT!

    Azərbaycan Dövlət Aqrar Universiteti “cərimə ...

    15-03-2022, 22:14

  • 
  • İbrahim Cəfərov sədaqətinin bəhrəsini gördü - İDDİA

    İbrahim Cəfərov sədaqətinin bəhrəsini gördü - ...

    12-11-2020, 15:45


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu