GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “İrşad Elektroniks” müştərinin başına oyun açdı – 4090 manatlıq qalmaqal

“İrşad Elektroniks” müştərinin başına oyun açdı – 4090 manatlıq qalmaqal

Tarix: 5-04-2022, 10:40 Bölmə :GündəmXəbər / Manşet Baxış: 407


Oğuz sakini Valehova Aygün Tacət qızının ailəsindən “İrşad” dükanından aldığı məhsulları qaytardıqları halda məhsulun məbləğindən 3 dəfədən çox bir məbləğ ödəmə tələb olunur.

Ailə 2021-ci ilin martın 10-da Qəbələdə yerləşən “İrşad” mağazasından 10 yaşlı oğlu üçün bir noutbuk, bir qulaqcıq, bir kompüter çantası, bir kompüter siçanı və bir ədəd də “Wi-Fi” aparatını kreditlə alıb.

Aldıqları məhsulları götürərkən imzaladıqları müqavilənin şərtlərinə əsasən, müştəriyə məhsullarla bağlı hər hansı bir narahatlıq olarsa, 14 gün müddətində məhsulu geri qaytarmaq və ya dəyişmək imkanı verilir.

Gundemxeber.az bildirir ki. musiqi müəlliməsi olan Aygün Valehova “Arqument.az”a deyib ki, “İrşad Elektroniks”dən aldıqları “Wi–Fi” aparatı Oğuz ərazisində işləməyib. Proqramçı və usta deyib ki, bu aparat Oğuz üçün uyğun deyil. “Noutbuk”un isə ekranı ağ-qara açılıb, işləməyib. Ailənin noutbuka 2 dəfə proqram yüklətməyi də bir işə yaramayıb.

Ailə 16 mart 2021-ci il tarixində 6 gün sonra vəziyyətdən dolayı şirkətə müraciət edib, məhsullar barədə məlumat verib. “Noutbuk” və “Wi-Fi” aparatını geri qaytarıb dəyişdirmək istədiklərini desələr də, şirkətin əməkdaşları razılaşmayıblar. Əlacsız qalan ailə ödəniş etməkdən imtina edib.

Aygün Valehova aldıqlarından 3 məhsul – qulaqcıq, çanta və kompüter siçanını saxlayıb qalan məhsulları qaytarsa da, onların əsas borc hissəsi 1636.2 manat azaldılmayıb, olduğu kimi saxlanılıb. Yəni müştəri hətta “İrşad”a geri qaytardığı məhsullara görə də ödəniş etmək məcburiyyətində qalıb.

Məqsəd məhsul satmaqdır, ya xarab məhsullardan gələn ziyanı günahsız vətəndaşa ödətmək?

Sənədlə tanış olan ailə etiraz edib. İlk dəfə məsələ ilə bağlı şirkətə müraciət zamanı Valehovlar ailəsi bildirib ki, məhsul xarabdır, onu dəyişdirsinlər, bir neçə yüz manat baha olsa belə olar. Əsas odur ki, məhsul yararlı olsun, boş yerə pul ödəməsinlər. Amma maraqlıdır ki, şirkət bu məsələyə laqeyd yanaşıb, ailənin bu təklifinə belə razı olmayıblar.

Onlar deyiblər ki, ailənin böyük oğlu II Qarabağ müharibəsinin qazisidir. O, narahat vəziyyətində anası ilə Qəbələdəki ofisə gedərək vəziyyəti izah edib, kömək istəyib, amma işçilər onunla kobud rəftar ediblər. O zaman belə bir sual yaranır ki, məqsəd nədir, həm suçlu, həm güclü davranışın arxasında nə durur?

Yerli olmaq qanunu pozmağa haqq verirmi?

Bir il keçən müddət ərzində şirkət ailədən heç bir ödəniş, ya da ödənişi gecikdirməmək tələbi qoymadığı halda 2-3 ay öncə şirkətin hüquqşünası ailə ilə bir dəfə əlaqə yaradıb.

Bildirib ki, onların borcu 1636,2 manat əsas borcun üzərinə gecikdirilmiş günlərə görə hesablanmış 2454 manat cərimə məbləği ilə birlikdə 4090,2 manat təşkil edir.

Əlaqə yaradan şəxs “İrşad Electronics” MMC-nin hüquq şöbəsinin müdiri İsmayıl İsmayılbəyli olub. Bir neçə gün öncə isə hüquqşünas ailə ilə əlaqə yaradaraq təkrar bildirib ki, qısa zamanda borcun hamısını ödəməlidir. O, işin məhkəmədə olduğunu deyib. Bildirib ki, əgər ödəniş etməzlərsə, borc məhkəmə qərarı ilə birbaşa müəllimə Aygün Valehovanın maaş kartına yönləndirilib ordan çıxılacaq.

Ailə etiraz edincə, hüquqşünas özünün də oğuzlu olduğunu deyərək bildirib ki, rəhbərlikdən xahiş edib fazi borcunu sildirəcək, amma nəticə dəyişməyib: “Əgər qanun qanundursa, imzalanıb, təsdiqlənib, ailəyə borc haqqında məlumat verilibsə, bəs o qanunu şirkət niyə özü pozur ki? Pozacaqdısa, qanunu niyə qoyub? Yoxsa şirkət üçün hüquqşünasın öz yerlilərinə hörmət etmək istəyi 3000 manata qədər məbləğdə şirkətin ziyana düşməsindən daha dəyərlidir? Bəlkə də, “İrşad” əslində xeyirxahlıq abidəsidir, sadə vətəndaşlar onu dəyərləndirənmir?”

Məhkəmə qərarının adı var, özü yox

Ailədən borcu tələb etsələr də, məhkəmə qərarını təqdim etməyi vacib saymırlar. Valehovlar ailəsi hüquqşünasdan məhkəmə kağızını tələb etsə də, aldıqları cavab ya “hələ kağız məhkəmədədir, iki həftə gözləyin, gələr, ya da gəlməzsə,özünüz müraciət edib məhkəmədən alarsınız” olub.

Arqument.az “İrşad Elektroniks”in Qəbələdəki ofisindən məsələyə münasibət ala bilməyib.

“İrşad Elektroniks”in baş ofisindən Murad adlı şəxs “Arqument.az”a bildirilib ki, müştəri özü baş ofisə yaxınlaşıb problemi bildirməlidir: “Son qərara görə onun götürdüyü avadanlıqlar dəyişdirilə bilər. Yaxşı olar ki, müştəri özü zəng etsin və ya ofisə yaxınlaşsın”.




  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “İrşad Electronics”in “zəmanət fırıldağı” - İTTİHAM

    “İrşad Electronics”in “zəmanət fırıldağı” - ...

    27-03-2019, 14:18

  • 
  • Baş redaktor “İrşad Telecom”da hökm sürən fırıldaqçılıqdan danışdı

    Baş redaktor “İrşad Telecom”da hökm sürən ...

    25-12-2014, 00:35

  • 
  • “İrşad Telekom”un rəhbəri naməlum şəraitdə dünyasını dəyişdi – Şirkət rəhbərinin intihar etdiyi iddia olunur

    “İrşad Telekom”un rəhbəri naməlum şəraitdə ...

    15-09-2018, 11:30

  • 
  • Nazir icra başçısına qarşı: İrşad Əliyevin bacısı BŞTİ-dən çıxarıldı

    Nazir icra başçısına qarşı: İrşad Əliyevin bacısı ...

    10-12-2013, 13:30

  • 
  • Rafiq Əliyevdən Aysel Əlizadəyə təklif: «IRŞAD otelin restoranı, Koroğlu heykəlinin yaninda…»

    Rafiq Əliyevdən Aysel Əlizadəyə təklif: «IRŞAD ...

    30-07-2014, 18:14


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu