Təhsil naziri Mikayıl Cabbarovun tapşırığı ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsində aparılan “təmizləmə” əməliyyatı yüksək vəzifəli məmur ailələrindən də yan keçməyib.
AzNews.az-a daxil olan məlumata görə, BŞTİ-nin Ümumtəhsil şöbəsinin əməkdaşı Simuzər Əliyeva da işdən azad edilib. Uzun müddət Xətai rayon təhsil şöbəsində yüksək vəzifələrdə işləyən, BŞTİ yarandıqdan sonra isə qurumda fəaliyyətə başlayan S.Əliyeva Kürdəmirin icra hakimiyyətinin başçısı İrşad Əliyevin bacısıdır.
S.Əliyeva BŞTİ-də Səbael rayon məktəbləri üzrə əlaqələndirici vəzifəsini daşıyıb.
Ancaq yeni nazirin tapşırığı ilə idarədə “təmizləmə” işləri aparılarkən şöbənin bir neçə əməkdaşı kimi icra başçısının bacısı da vəzifədən kənarlaşdırılıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?