GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Cənab Nazir ŞPŞ-nin rəhbərliyinə şiddətli töhmət versə də, problemlər hələ də aşıb-daşır - GİLEY

Cənab Nazir ŞPŞ-nin rəhbərliyinə şiddətli töhmət versə də, problemlər hələ də aşıb-daşır - GİLEY

Tarix: 13-04-2022, 09:17 Bölmə :GündəmXəbər / Manşet Baxış: 651

    
Bu gün çoxsaylı oxucularımızın diqqətinə onu çatdırmaq istəyirik ki, 08 aprel 2022-ci il tarixdə GundemXeber.az xəbər portalında “Şirvan ŞPŞ-də 16 min manatlıq oğurluq faktı niyə araşdırılmır?- SƏBƏB” başlıqlı məqalə yayımlandıqdan sonra, həmin günün səhəri redaksiyamızın elektron poçtuna DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı cənab Nizam Həmidov tərəfindən mövqe göndərildi. Qarşı tərəf göndərdiyi mövqedə qeyd edib ki, “Zərərçəkən İmişli rayonu, Hacırüstəmli kənd sakini Dərgah Əhliman oğlu Mehtiyev 2018-ci ildə Şirvan Şəhər Polis Şöbəsinə müraciət edib və özünə məxsus avtomobildən oğurluq olunması ilə bağlı məlumat verib. Məlumatla əlaqədar şöbə əməkdaşları hadisə yerində olublar, ilkin araşdırmalar aparılıb. Lakin həmin vaxt hadisəni törədən şəxs və ya şəxslərin isti izlərlə müəyyən edilərək saxlanılması mümkün olmayıb. Hadisə ilə bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir”. Bəli, biz KİV haqqında Qanunun tələbi əsasında redaksiyamızın elektron poçtuna göndərilmiş mövqeni də GundemXeber.az xəbər portalında yayımlamağı özümüz üçün borc bildik. Amma, bizim üçün qaranlıq qalan bir neçə məsələ var ki, cənab Nizam Həmidov tərəfindən həmin məsələlərə hansısa formada aydınlıq gətirilməyib. Məsələn, zərərçəkən Dərgah Mehtiyev redaksiyamıza təqdim etdiyi şikayət ərizəsində qeyd edib ki, “Prokurorluqdan bizə verilmiş cavab məktubda qeyd olunmuşdu ki, Şirvan ŞPŞ-nin müstəntiqi Əhməd Baloğlanov işin mühüm hallarını istintaqdan gizlətmiş, hadisənin baş verdiyi ərazidə müşahidə kamerasının olmasına baxmayaraq o, həmin kameraya baxış keçirməmişdir. Bundan əlavə, müstəntiq oğurluq hadisəsi baş verən vaxtlarda Müalicə Diaqnostika Mərkəzində mühafizəçi işləyən şəxsin şəxsiyyətini araşdırıb müəyyən etməmişdir. Bu cür hərəkətlər də onu söyləməyə əsas verir ki, deməli oğurluğu törətmiş şəxs və ya şəxslər Şirvan ŞPŞ-nin əməkdaşlarına məlumdur. O halda onu da ehtimal etmək olur ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs və şəxslər, yəni Rəhman və Tünzalə adlı şəxslərin Şirvan ŞPŞ-nin rəisi Hikmət Quliyevlə və müstəntiq Əhməd Baloğlanovla müəyyən işbirlikləri var. Qeyd edim ki, ilk əvvəl hər iki şəxs şübhəli şəxs qismində saxlanılırlar və onlar oğurlanmış pulun 6 (altı) min manatını boyunlarına alırlar. Amma çox keçmir ki, hər iki şəxs hansısa səbəbdən ŞPŞ-dən sərbəst buraxılırlar”.

Bundan əlavə, Dərgah Mehtiyev onu da qeyd edir ki, “Mən 09 dekabr 2021-ci il tarixdə ərizə ilə Şirvan ŞPŞ-nə müraciət edib cinəyət işinə aid materialların surətlərini əldə etmək istəsəm də, qarşı tərəf bundan imtina etdi və imtina etmələrini onunla  əsaslandırdılar ki, yalnız istintaq tam şəkildə baş çatdıqdan sonra iş materiallarının surətləri maraqlı tərəflərə verilə bilər. Əslində iş materiallarının surətlərinin mənə verilməsindən imtina olunması, birbaşa hüquqlarımın kobud şəkildə pozulması deməkdir. Unutmaq olmaz ki, qanun bütün hallarda cinayət işinin ibtidai istintaqı başa çatdıqdan sonra, mümkün məhkəmə baxışına hazır olmaq məqsədilə zərərçəkmiş şəxsə, təqsirləndirilən şəxsə, müdafiəçiyə və s. kimi şəxslərə iş materialları ilə tanış olmaq, onların surətlərini əldə etmək ixtiyarı verir. Digər tərəfdən, Azərbaycan Respublikası CPM-də proses iştirakçılarının cinayət prosesinin istənilən mərhələsində iş materialları ilə tanış olmaq, surətlərini əldə etmək hüququ nəzərdə tutulub. Bundan əlavə, Azərbaycan Respublikasının Konstitusiyasına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna, həmçinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüququn digər normalarına əsasən də, bunlar qanunla heç də qadağan olunmur. Bütün bunlara baxmayaraq, zərərçəkən şəxs olaraq Şirvan ŞPŞ-dən cinəyət işinə aid materialların surətlərini əldə edə bilmədim. Daha düşündürücü hallardan biri də, ünvanladığım şikayət ərizələrinə hər dəfə eyni məzmunlı məktublarla cavabların verilməsi və bununla da qarşı tərəfin işini bitmiş hesab etməsidir”. Daha yaxşı hal o olardı ki, DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı cənab Nizam Həmidov mövqe bildirərkən, məhz bu kimi məsələlərlə də bağlı mövqeyini ifadə etsin.


 Bir xatırlamanı da yada salaq ki, ölkəmizdə fəaliyyət göstərən media qurumlarından birində Şirvan ŞPŞ-də baş verən qanunsuzluqlarla bağlı, 04 iyun 2021-ci il tarixdə “Vilayət Eyvazov Şirvan polisinin rəhbərliyini cəzalandırdı” başlıqlı yazı yayımlanmışdı. Yəni, yayımlanan yazıda qeyd olunmuşdu ki, cənab nazir Vilayət Eyvazovun əmri ilə xidməti fəaliyyətində yol verdiyi nöqsanlara və vəzifələrinin öhdəsindən layiqincə gələ bilmədiklərinə görə, ŞPŞ-nin rəisi, polis polkovniki Hikmət Quliyevə, baş əməliyyat işləri üzrə müavin, polis mayoru Ramil Salayevə və təhqiqatçılara şiddətli töhmət verilib. Hətta, Şöbənin Cinayət Axtarış şöbəsinin rəisi Bəhruz Mirzəyev, baş əməliyyat müvəkkili Şamil adlı polis əməkdaşı və baş təhqiqatçı polis orqanlarındakı xidmətdən tamamilə xaric olunurlar. Demək, cənab Nazirin bu yöndə atdığı addım reallığa söykənən addım olur ki, o, zamanında belə bir mühüm qərarını verir. Məsələnin düşündürücü tərəfi odur ki, bəlkə bu gün də cənab nazir Vilayət Eyvazov zərərçəkən Dərgah Mehtiyevin üz-üzə qaldığı olay haqda, daha dəqiq desək müstəntiq Əhməd Baloğlanovun apardığı ibtidai istintaq araşdırmaları barədə lazımınca məlumatlı deyil. İnanırıq ki, yaşanan olay haqda cənab Nazir lazımınca məlumatlı olduqdan sonra, dərhal Dərgah Mehtiyevin üzüzə qaldığı problemin araşdırılması və müvafiq qərarın verilməsi yöndə bir çox addımlar atılacaq. Biz bir redaksiya olaraq DİN-i cənab Vilayət Eyvazovun olduqca alicənab şəxs olmasına, hər zaman haqqın və ədalətin bərpası yöndə lazımi addımlarını atmasına arxayın olduğumuz üçün, bu gün belə bir yanaşmamızı ortaya qoyuruq. Düşünürük ki, bundan sonra DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı cənab Nizam Həmidovun, baş verənlərlə bağlı bildirəcəyi mövqe tamam fərqli olacaq. Yazıda adı çəkilən hər kəsi dinləyə bilərik.
 Mövzuya qayıdacağıq.

GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Şirvan Şəhər Polis Şöbəsi mövqe bildirdi

    Şirvan Şəhər Polis Şöbəsi mövqe bildirdi ...

    9-04-2022, 13:29

  • 
  • "Azərpoçt"un filialından seyf oğurlanıb - FOTO

    "Azərpoçt"un filialından seyf oğurlanıb ...

    13-12-2018, 14:39

  • 
  • Şirvanda polisə müqavimət

    Şirvanda polisə müqavimət ...

    30-10-2017, 18:36

  • 
  • ​Hacıqabulda polisə müqavimət göstərən şəxs zərərsizləşdirildi

    ​Hacıqabulda polisə müqavimət göstərən şəxs ...

    30-10-2017, 17:37

  • 
  • Qanunsuz narkotik dövriyyəsi ilə məşğul olan şəxs ələ keçdi

    Qanunsuz narkotik dövriyyəsi ilə məşğul olan şəxs ...

    28-08-2018, 11:23


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu