DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov GundemXeber.Az-a açıqlamasında bildirib ki, zərərçəkmiş İmişli rayonu, Hacırüstəmli kənd sakini Dərgah Əhliman oğlu Mehtiyevin 2018-ci ildə Şirvan Şəhər Polis Şöbəsinə müraciət edərək özünə məxsus avtomobildən oğurluq edilməsi ilə bağlı məlumat verib. Məlumatla əlaqədar şöbə əməkdaşları hadisə yerində olublar, ilkin araşdırmalar aparılıb. Lakin həmin vaxt hadisəni törədən şəxs və ya şəxslərin isti izlərlə müəyyən edilərək saxlanılması mümkün olmayıb. Hadisə ilə bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?