GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Sumqayıt Apelyasiya Məhkəməsinin sədri TEMİR oğlu Tofiq Paşayevin tərcümeyi-halı…- Qazaxıstan vətəndaşı məhkəmə sədri oldu..?

Sumqayıt Apelyasiya Məhkəməsinin sədri TEMİR oğlu Tofiq Paşayevin tərcümeyi-halı…- Qazaxıstan vətəndaşı məhkəmə sədri oldu..?

Tarix: 13-04-2022, 18:30 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 913

Qazaxıstan vətəndaşı necə  Azərbaycana gəldi və üstəlik məhkəmə sədri oldu..? 

Məhkəmə-hüquq  sistemimizin hansı durumda olması barədə uzun-uzadı müzakirə açmağa  ehtiyac görmürük.
Gündəlik-Bakı olaraq  bu problem ilə bağlı  zaman-zaman yazmışıq.
Yazılarımızda hətta  onu da qeyd etmişik ki, millət vəkillərindən biri  Milli Məclisin tribunasından birbaşa dedi ki, Azərbaycanda məhkəmə sistemi FƏLAKƏTLİ vəziyyətdədir.
Bunu hansısa blogger, yaxud  sosial şəbəkə iştirakçısı  demir ee...millət vəkili deyir.
Təəssüf ki, Prezident İlham Əliyev cənablarının “Ədalət sarayı” adlandırdığı  məhkəmə binalarında oturanlar, dövlət başçısının onlara göstərdiyi etimadı doğrultmurlar.
Belə məhkəmə hakimlərindən biri də  Sumqayıt Apelyasiya Məhkəməsinin sədri  Tofiq Paşayevdir.
Bu adamın  özünün yazdığı rəsmi tərcümeyi-halına baxanda adam məəttəl qalır.
Ali məhkəmənin  https://courts.gov.az/  rəsmi saytı  yazır:
Tofiq  Paşayev  1966-cı ildə anadan olub.
Görəsən, Tofiq Paşayev harada, hansı ölkədə, hansı şəhərdə doğulub..? Bunu niyə gizlədirlər..?
1993-cü ildə  Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.
Bunun tayları aspiranturanı bitirəndə, elmi dərəcə alanda bu adam 28 yaşında  BDU-nu bitirb.
Yaxşı, bu adam neçənci ildə BDU-ya daxil olub..? Bunu yazmaq  bu qədərmi çətindir..?
Deyilənə görə ortada  ciddi  saxtakarlıq faktları var.
Sayt yazır ki, Tofiq Paşayev  1988 – 1992-ci illərdə  Qazaxıstanın Baş Prokurorluğunda kriminalist  işləyib.
Lənət şeytana. Bu adam 1988-ci ildə hələ heç tələbə də deyildi, Qazaxstanın Baş Prokurorluğunda  kriminalist işləyə bilərdi..?
Bu adam Allah qoymasa, BDU-nun tələbəsi ola-ola  necə 1992-1993-cü illərdə  Qazaxıstanın Aktau Şəhər Prokurorluğunun baş müstəntiqi işləyə bilərdi..?
Axı, bu adamın  1992-ci ildə ali təhsil diplomu yox idi.
Bu adamın diplomu olmadığı halda  necə  Qazaxıstanın Vilayət Prokurorluğunun mühüm işlər üzrə müstəntiqi  ola bilərdi..? Bəlkə Tofiq müəllim qiyabi oxuyub? Onda da Qazaxıstanda işləyə bilməzdi.
Sonra bəlli olur ki, bu adam 1995 – 1997-ci illərdə  Qazaxıstan Dövlət İstintaq Komitəsi İstintaq hissəsinin rəisi, idarə rəisi olub.
Sonrası  ümumiyyətlə, tamam başqa cür olub.
Belə ki, İstintaq idarəsinin rəisi  1998 – 2000-ci illərdə  "Renessans" Elm-İstehsalat Mərkəzi Humanitar elmlər şöbəsinin elmi işçisi və hüquqşünası olub.
Axı, İstintaq İdarəsinin rəisi necə ola bilər ki, hansısa bir  şirkətin hüquqşünası olsun. Bəs o boyda İdarə nə oldu..?
Niyə  rəsmi tərcümeyi-halda  yazılmır ki, bu “Renessans”dır-nədir, bu hansı xarabada yerləşir, hansı ölkədədir, bu  nə ilə məşğul olur..?
TEMİR müəllimin oğlu, Tofiq Paşayev  birdən Azərbaycanda peyda olur və  birbaşa ( 2000 – 2007-ci illərdə )  Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimi olur.
Bu adam uzun illər  Qazaxıstanda  mühüm dövlət qurumlarında çalışıb. Deməli, Qazaxıstan dövlətinin vətəndaşı olub.
Bəs xarici ölkənin vətəndaşı  necə oldu ki, gəldi Azərbaycan dövlətinin vətəndaşı oldu və...üstəlik Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimi olur.
Vallah, heç  nağıllarda da belə  hala rast gəlmək olmaz.
Bu dəhşətdir, bu qanunlarımızı ələ salmaqdır.
Bu hələ harasıdır..?
Tofiq Paşayev  2007 – 2012-ci illərdə  Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin sədri olub.  
2012 – 2021-ci illərdə  Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin sədri  olub.
2008 – 2021- ci illərdə  Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) Pilot məhkəmələr şəbəkəsinə daxil olan məhkəmənin sədri olub.
Görəsən, Tofiq Paşayev  hansı  ƏDALƏT MÜHAKİMƏSİNDƏN danışır, özü  öz dediyinə inanırmı..?
Yoxsa,  sadə vətəndaşlara ağsaqqalların misalı olmasın “cırıq üçlük”  gəlir...?
Bəli,  Tofiq Paşayev  2021-ci ildən  Sumqayıt boyda şəhərin  Apellyasiya Məhkəməsinin sədridir.
Və üstəlik, Məhkəmə-Hüquq Şurasının üzvüdür.
Gundemxeber.az bildirir ki, gündəlik-bakının araşdırmaları zamanı bəlli olub ki, Tofiq Paşayevin həyat yoldaşı  Qazaxıstan  Respublikasının Ədliyyə nazirinin qızı imiş.
Daha dəqiq desək, Tofiq Paşayevin qayınatası Nursultan Nazarbayevin prezidentlik dönəmində  ədliyyə naziri olub.
İndi bəlli oldumu ki,  Tofiq Paşayevin keçmişi  haralara bağlıdır.
Onu da qeyd edək ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin sayəsində xeyli sayda Orta Asiya kökənli məhkəmə sədrlərimiz var.
Onlardan biri də  TEMİR oğlu Tofiq Paşayevdir.
Əbəs yerə deyil ki, Tofiq Paşayev ağsaqqalım deyib öpdüyü, fəxr etdiyi Ramiz Mehdiyevin hər an qulluğunda durur, qayığısına qalır.
Biz onun bu qayğıkeşliyi ilə bağlı nəsə deyə bilmərik.
Ancaq onu deyə bilərik ki, Sumqayıtda bir binada yerləşən Sumqayıt Şəhər Məhkəməsinin, Qubadlı məhkəməsinin, Sumqayıt şəhər İnzibati məhkəmənin və Apelyasiya məhkəməsinin  hamısının başında  Temir kişinin oğlu Tofiq Paşayev dayanır.
Yazıda adları çəkilən bütün şəxslərin mövqeyini dərc etməyə hazırıq, xatırladaq ki, yazıda müxtəlif saytların məlumatlarından da istifadə olunmuşdur.


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Yeni məhkəmə sədrlər təyin edildi- Siyahı

    Yeni məhkəmə sədrlər təyin edildi- Siyahı ...

    7-08-2013, 22:38

  • 
  • Ali Məhkəmənin sədri seçki prosesində müşahidə olunan hüquq pozuntularından danışdı

    Ali Məhkəmənin sədri seçki prosesində müşahidə ...

    31-07-2013, 17:40

  • 
  • Məhkəmə sədrinin işə gedərkən ürəyi tutdu, öldü

    Məhkəmə sədrinin işə gedərkən ürəyi tutdu, öldü ...

    3-07-2017, 16:54

  • 
  • Şəki rayon məhkəməsində “cərimə rüşvəti“ - Məhkəmənin sədri Ceyhun Əhmədov hara baxır?

    Şəki rayon məhkəməsində “cərimə rüşvəti“ - ...

    17-04-2021, 13:46

  • 
  • Prezidentdən Ali Məhkəmə ilə bağlı - Sərəncam

    Prezidentdən Ali Məhkəmə ilə bağlı - Sərəncam ...

    11-07-2017, 18:42


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu