Ali məhkəmədə Dairə Seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirilib. Kursların üçüncü günü Ali Məhkəmənin sədri Ramiz Rzayev “Seçki hüquqlarının məhkəmə müdafiəsi, mübahisələrin məhkəmə aidiyyatı və bu sahədə məhkəmə təcrübəsi” mövzusunda məruzə ilə çıxış edib.
Ramiz Rzayev qeyd edib ki, hər kəs dövlət orqanlarının siyasi partiyaların, həmkarlar ittifaqının qərarlarından, hərəkətsizliklərindən məhkəməyə müraciət edə bilər. Seçki hüquqlarının pozulmasi ilə bağlı ərizəyə üç gün ərzində baxılmalıdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında məlumat onun həll edilməsinə mane olmur. İş üzrə məhkəmə qərarlarından həmin qərarın təqdim olunduğu 3 gün müddətində məhkəməyə müraciət edilə bilər. MSK qərarından və hərəkətsizliyindən Apelyasiya Məhkəməsinə müraciət edilir.
Ramiz Rzayev vurğulayıb ki, 2010-cu ildə Ali Məhkəmənin Mülki Kollegiyasında 168 işə baxılıb. Onlardan apelyasiya instansiyası məhkəməsinin 160 iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab edilərək qəbul edilmiş məhkəmə qərarı qüvvədə saxlanılıb. 8 iş üzrə apelyasiya məhkəməsinin qətnaməsi qanunsuz olduğundan ləğv edilib. Onlardan 4 iş üzrə yeni qərar qəbul edilib, 4 iş üzrə apelyasiya instansiya məhkəməsinin qrarı ləğv edilərək işlərin yenidən baxılması üçün məhkəməyə göndərilib. 2010-cu ildə baxılmış işlərin 16-ı bələdiyyə seçkiləri ilə əlaqədar, 152-si Azəbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərlə əlaqədar olub.
2011-ci ildə Ali Məhkəmədə seçki hüququ üzrə yalnız 1 işə baxılaraq aplelyasiya instansiya məhkəməsinin qərarını qüvvədə saxlayaraq kassasiya şikayəti təmin edilməyib.
2012-ci ildə baxılmış 1 iş üzrə məhkəmə qərarı qüvvədə saxlanılıb, digər 1 iş üzrə isə apelyasiya məhkəməsinin qərarı ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?