Gundemxeber.Az dogruxeber.az-istinadla bildirir ki, 14.04.2022 -ci il tarixində "Dövlət Satınalma Portalı"nda "Cəlilabad Müalicə Diaqnostika Mərkəzi" Publik Hüquqi Şəxsinin "Nam Group" MMC (VÖEN - 1402633301) ilə "Sair torpaq, tikili və avadanlıqların cari təmiri xərcləri" müqaviləsi bağladığı barəsində məlumat dərc edilib. Lakin, sözügedən müqavilənin adının qarşısında "ətraflı məlumat" bölməsi boş saxlanılıb. Bu isə o deməkdir ki, tərəflər arasında katirovka sorğusu keçirilmədən bağlanmış tender müqaviləsi barəsində ətraflı məlumatlar ictimaiyyətdən gizlədilir. Bunun səbəblərini aydınlaşdırmaq məqsədilə Cəlilabad Müalicə Diaqnostika Mərkəzinin rəsmi internet səhifəsində yerləşdirilən (+9942524)5-43-80 telefon nömrəsi ilə əlaqə saxladıq. Telefona cavab verən şəxsə (səsindən yuxulu olduğu anlaşılırdı) ilk öncə özümüzü təqdim edib, sonra, dəqiqləşdirmək məqsədilə zəng etdiyimiz ünvanın Cəlilabad Müalicə Diaqnostika Mərkəzinin olub-olmadığını soruşduq. "Yuxulu" şəxs isə "səhv düşmüsünüz" - deyib, dəstəyi asdı. Qeyd edək ki, zəng etdiyimiz əlaqə nömrəsini "Getkontakt" mobil tətbiqi üzərindən axtarış verdikdə, başqalarının telefonunda "Cəlilabad MDM baş həkimi" adı kimi qeyd olunduğu məlum oldu. Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?